Metro-2033. Дмитрий Глуховский
Чтение книги онлайн.
Читать онлайн книгу Metro-2033 - Дмитрий Глуховский страница 4
Öz stansiyalarında filtrasiya qurğusu olmayan, zəhərli, şüalanmış sudan ölməyə məhkum insanlar vəhşiləşərək generator olan, sutəmizləyən filtrasiya qurğularına sahib, göbələklərin yetişdirildiyi, donuz saxlanıldığı qonşu stansiyalara hücum edirdilər. Bu basqınçılara metroda “barbar” deyirdilər. Barbarları irəliyə həm özünü qorumaq instikti, həm də inqilabi “alıb-bölüşdürmək” prinsipi atırdı.
İnkişaf edən stansiyalardasa peşəkarlar tərəfindən keçmiş hərbi birləşmələr tipində müdafiə dəstələri yaradılırdı. Bu dəstələr son damla qana qədər döyüşür, əks-hücumlar təşkil edirdi. Beləliklə, stansiyalararası tunellərin hər metri döyüşlə verilir, döyüşlə də alınırdı. Stansiyalar qonuşlarını cəzalandırmaq, ya da qənimət ələ keçirmək üçün öz hərbi güclərini artırmağa çalışır, silah, patron ehtiyatının çoxluğuna önəm verirdilər.
Həmçinin, müxtəlif dəlmə-deşiklərdən yol tapıb tunellərdəki insanlara hücum edən eybəcər varlıqlara – mutantlara qarşı da mübarizə aparmaq lazım gəlirdi.
O pis, qəribə, görkəmsiz, təhlükəli varlıqlar, bəşəriyyət qaydalarına elə ziddiydilər ki, bunlardan bircə dənəsini Darvin görə bilsəydi, böyük ümidsizliyə qapılardı.
Çox güman, məhz radioaktiv şüalar heyvanlar ələminin zərərsiz nümayəndələrindən cəhənnəm varlıqları yaratmışdı. Bəlkə də bunlar həmişə o dəhlizlərdə yaşamışdılar, indi də insanlar onları narahat etmişdi. Bu qəribə varlıqlar mövcud heyvan növlərindən nə qədər fərqli olsalar da, yenə yer üzündəki həyatın bir parçasıydılar. Demək olar, formasız, qeyri-müəyyəndilər, amma hər nə olursa olsun, həyatın bir parçasıydılar. Bu planetdəki bütün orqanizmlər kimi, onlar da başlıca impulsa tabeydilər.
Həyatda qalmalıydılar. Həyatda qalmaq üçünsə çoxalmalı və döyüşməliydilər.
* * *
Artyom, içi çayla dolu ağ rəngli qutunu götürdü. Doğma çaydı bu, öz stansiyasının çayı. Əslində tərkibinə görə, əvvəlki çaydan çox fərqlənirdi: ağ göbələklərin qaynadılmasından əldə edilmiş bir şeydi, çünki əsl çayı tapmaq artıq qeyri-mümkündü. Göbələk suyundan çox bahalı olduğu üçün, sadəcə əhəmiyyətli bayram günlərində içirdilər. Gəl gör ki, stansiyadakılar yenə də o qarışıq, pis qoxulu içkiləri sevirdilər, bu səbəbdən də hətta böyük fəxrlə ona “çay” deyirdilər.
Başlanğıcda stansiyaya gələn xaricilər ağızlarına alan kimi iyrənərək geri qaytarmış, amma sonralar öyrəşmişdilər. Bu çayın adı qısa vaxtda məşhurlaşmışdı, səyyar satıcılar belə, yalnız çay üçün buraya gəlirdilər. Məhz bu çaya görə əvvəllər bir neçə nəfər özünü təhlükəyə də atmışdı. Amma VDNX çayı bütün stansiyalarda məşhurlaşandan sonra “Hanza” İttifaqı belə, çayla maraqlanmış, bu sehrli içkini satın almaq üçün böyük karvanlar VDNX stansiyasına axın etmişdilər.3 Nəticədə böyük pul kütləsi axışmağa başlamışdı. Pul harda varsa, orda silah da vardı və təbii ki, odunla, vitaminlər də. Yaşamaq bu idi. Metro sakinlərinin “pul” olaraq dəyərləndirdiyi əsas vahidsə patrondu. Metroda bütün ticarət işləri patronlarla həyata keçirilirdi.
VDNX stansiyasında da çay istehsalıyla birgə stansiya inkişaf etməyə başlamışdı. Ətrafdakı stansiyalardan, “Koltsevaya” xəttindən işgüzar adamlar da bura köçmüş, bolluq və firavanlıq ayaq açmışdı.
VDNX stansiyası sakinləri donuzlarıyla da qürur duyurdular.
Sanki donuzlar ilk burdan metroya daxil olmuşdular.
İsti çayını diqqətlə, sakitcə, qurtumlarla içən Andrey:
– Bura bax, Artyom, Suxoyun işləri necə gedir? – deyə, soruşdu.
– Saşa əmini deyirsən? Hər şey qaydasındadır. Bizimkilərlə getdiyi eskpedisiyadan təzəcə qayıdıb. Yəqin siz də bilərsiz…
Andrey Artyomdan 15 yaş böyükdü. Əslində nəzarətçiydi. 250 metrdən əvvəlki bölgədə çox az görünürdü, o da sadəcə karton komandiri olaraq. Amma bu dəfə Andrey Petroviçi 150 metrədək olan bölgəyə qoymuşdular. Ona görə ki, bütün dəhlizlər onu çəkirdi, qaranlığın daha yaxınına getmək, sirli valıqlara bir az da yaxınlaşmaq üçün ən yaxşı bəhanələrdən istifadə edir, ən kiçik səhvi fürsət bilirdi. Tuneli sevirdi, tunelin bütün giriş-çıxışlarına yaxşı bələddi, amma stansiyada yaşayan şəhərlilər, işçilər, alverçilər, idarə işlərində çalışan rəhbərlər arasında özünü bədbin, narahat hiss edirdi. Bəlkə də orda özünə ehtiyac duyulmadığı üçün belə düşünürdü. Göbələk əkmək üçün kiçik ləklər qazmadan dura bilmirdi, nəfsinə hakim olmağı bacarmır, bu xüsusiyyətini də çox yaxşı bilirdi. Bundan başqa, dizinə qədər palçığa girib donuzlar üçün yem hazırlayırdı. Həmçinin, ticarət də ona uyğun iş deyildi uşaqlığından bəri satıcılarla yola getmirdi. Hər zaman döyüşçü, əsgər olaraq qalmışdı, kişiyə yaraşan, kişi üçün ən uyğun işin bu oldğunu düşünürdü. Üst-başları üfunət iyi verən qara camaatı, acgöz alverçiləri çox vaxt hərəkətlərinə tab gətirə bilmədikləri dövlət işçiləri, az yaşlı uşaqlarla qadınları qorumaqdan başqa işinin olmamasından dolayı hər zaman özüylə fəxr etmişdi. Andreyin özündən razılığı, kobud rəftarına baxmayaraq həmişə ətrafındakıları qoruması, vəziyyətlərilə maraqlanması hamı, xüsusən də qadınlar tərəfindən böyük rəğbətlə qarşılanırdı. Qadınlar ona qucaq açır, rahatlıq vəd edirdi. Andreyin rahatlığısa ancaq 50-ci metrdə, stansiyanın işıqları gözdən itəndən sonra başlayırdı.
Çay onu elə isitmişdi ki, beretini başından çıxardı, formasının qoluyla nəm bığlarını silərək Artyomdan atalığı Saşanın – Saşa əminin son tədqiqat gəzintisiylə bağlı danışdığı təzə xəbərlərdən, ətrafda dolanan söz-söhbətlərin nə olduğunu soruşdu.
Saşa əmi 19 il əvvəl “Timiryaşevskaya” stansiyasında körpə oğlan uşağını siçovullardan xilas edən, sonra atmağa vicdanı yol vermədiyi üçün Artyomu öz oğlu kimi böyüdən adamdı.
– Bunlar haqqında bildiklərim ola bilər, – Andrey dedi, – Amma ikinci dəfə dinləmək yenə də mənə xoşdur. Narahat etmirəm ki?
Andrey Artyomu yola gətirmək, danışdırmaqçün böyük əziyyət çəkdi. Artyom ögey atasının əhvalatlarından onsuz da böyük fəxrlə danışırdı, nəticədə hamı onu böyük maraqla dinləyəcəkdi.
– Yəqin hara getdiklərindən xəbəriniz var da… – Artyom dedi.
– Hə… Cənuba tərəf getdiyini bilirəm. Stansiya rəhbərliyi hər şeyi böyük sirr kimi gizlədir, – Andrey kinayəylə yanındakı adamlardan birinə göz vuraraq dedi, – Başa düşürük,