Metro-2033. Дмитрий Глуховский

Чтение книги онлайн.

Читать онлайн книгу Metro-2033 - Дмитрий Глуховский страница 8

Жанр:
Серия:
Издательство:
Metro-2033 - Дмитрий Глуховский

Скачать книгу

öldürəcəklərini düşünmüşdüm! – Andrey rişxəndlə sözə müdaxilə etdi, 450-ci metrdə ocağın ətrafında oturan hər kəs qəhqəhəylə güldü.

      Pyotr Andreyeviç Andreyə əvvəlcə hirsli baxışlarla nəzər saldıqdan sonra o da özünü saxlaya bilməyib güldü. Gülüş səsləri tunel boyunca eşidilirdi. Birdən tunelin dərinliklərində bir yerdə qorxulu, nəyinsə səsinə oxşadılması çətin, qəribə səs eşidildi. Hamı susub qulaq kəsildi.

      Tunelin dərinliklərindən, şimaldan, yenə eyni qorxulu, gurultular eşidildi; xışıltı və müəyyən edilə bilməyən ayaq səsləri.

      Təbii ki, ilk müdaxiləni Andrey etdi, digərinə də susmağı işarə etdi. Sonra avtomatını götürüb səs gələn tərəfə hərəkət etdi. Sakit şəkildə silahını ayağa çəkdi, darağını doldurdu və ocağın başından uzaqlaşdı. Tunelin divarlarına kürəyini dayayaraq tunelin içinə tərəf yavaş-yavaş addım-addım irəlilədi.

      Artyom da yerindən cəld ayağa qalxdı, bundan qabaq əlindən qaçırdığı şeyin nə olduğunu görmək üçün Andreyin arxasınca hərəkət etdi. Andrey arxasına dönüb sakit səslə nəsə dedi.

      Silahı hədəfə tərəf nişan almış şəkildə, qaranlığın get-gedə artdığı nöqtədən durub silahını qarnının üzərinə yerləşdirib səsləndi:

      – Buranı işıqlandırın!

      Adamlardan biri stansiyadakı elektrik şitindən çəkdiyi, avtomobil fanarından quraşdırdığı aparatı işə saldı. Kəskin işıq qaranlığı bir anlıq yoxa çıxardı. Bir saniyədən sonra, qaranlığın içindən bir kölgə çıxdı. Ardından da kiçik görünməyən nəsə geriyə, şimala qaçdı.

      Artyom artıq özünü saxlaya bilməyib var gücüylə qışqıraraq:

      – Niyə atəş açmırsan? Görmürsən qaçır?!

      Nə üçünsə Andrey silahını heç tərpətmədi! Andreyin silahının atəşə hazır vəziyyətə gətirilməsinə baxmayaraq Pyotr cəld yerindən tərpənərək səsləndi:

      – Andryuşa, hələ sağsan?

      Ocağın ətrafındakı insanlar həyəcanla öz aralarında pıçıldaşdılar, hamısının silahı ayağa çəkilmişdi.

      Andrey, nəhayət, fanarın işığında göründü, pencəyini silkələdi.

      – Əlbəttə, hələ yaşayıram! – gülərək cavab verdi.

      – Ortada güləcək nəsə var – deyə, Pyotr Andreyeviç kinayəylə soruşdu.

      – Üç ayaqlı, iki başlı mutantlar! Qaralar gəlib, hamınızı kəsib yeyəcəklər. Atəş aç, yoxsa qaçar. Burada durub boş-boşuna gülürsünüz, nə baş verib heç nə başa düşmədim.

      Andrey ocağa yaxınlaşanda, Andreyeviç qəzəblə soruşdu:

      – Nə üçün atəş açmadın? Yanımdakı oğlanı başa düşürəm, hələ çox cavandır, əvvəl o da tətiyi çəkə bilmədi. Amma sən niyə tətiyi çəkmədin, nə üçün atəş açmadın? “Poleşayevskaya”da nələr baş verib, bilirsən?

      – Eh, bu Poleşayevskaya hekayəsini ən az on dəfə dinlədim. Maraqlanmayın sadəcə bir it haqqındadır. Yaşı kiçik, balaca it, ocağın yanına yaxınlaşır, həm isinmək həm də işıqçün… “Sizsə onu tikə-tikə doğrayacaqdınız, siz heyvan düşmənlərisiz!”

      Özünü təhqir edilmiş hiss edən Artyom soruşdu:

      – İt olduğunu hardan biləcəkdim? Elə maraqlı, qəribə səslər çıxardı ki, xüsusilə, burdakıların təxminən bir həftə bundan qabaq siçovul gördüyünü eşitmişdim, donuz böyüklükdə bir siçovul.

      Bu sözləri Artyom danışarkən yerində titrəyirdi.

      – Bütün darağı üstünə boşaltdıqları halda belə dipdiriydi və ölməmişdi.

      – Bütün bu nağıllara inanın, görək axırı necə olacaq! Gözlə! Sənin danışdığın o donuz böyüklüyündəki siçovulu indi gətirəcəm, – deyib Andrey cavab verdi, silahını çiyninə asaraq təkrar qaranlığa yönəldi.

      Bir dəqiqədən sonra uzaqdan yüngül fit səsi eşidildi. Ardından da yumşaq, qışqırıq səsi eşidildi:

      – Gəl bura… Durma, gəl bura kiçik varlıq, qorxma!

      Uzun müddət, bəlkə də on dəqiqə qədər Andrey öz-özünə danışdı, fit çaldı. Axırda yarı qaranlığın içində kölgə göründü. Təkrar ocağın yanına gələndə qələbə qazanmış kimi güldü, pencəyini açdı. İçərisindən titrəyən yazıq şəklində, islanmış, qorxunc pis, keçələşmiş dərisindən rəngi bilinməyən, gözləri qorxudan bərəlmiş, balaca qulaqları bir-birinə bitişik kiçik it çıxardı. Yerə qoyan kimi qaçmaq istədi, amma Andreyin güclü əli onu ənsəsindən yapışdı. Balaca itin başını oxşadı, pencəyini çıxarıb üzərinə örtdü.

      – Bu balaca it əvvəlcə bir az isinsin, – dedi.

      – Bəsdir, Andryuşa, hər halda yaxşıca bitlənib, Pyotr Andreyeviç dedi, – Bəlkə də qurdlanıb. Sənə də bulaşacaq, sonra da bütün stansiyaya yayacaqsan.

      – Zırıldamağı burax, Pyotr. Bir buna bax!

      Andrey pencəyini açaraq Pyotr Andreyeviçə qorxudan, soyuqdan titrəməkdə olan itin burnunu göstərdi:

      – Hələ bunun gözlərinə bax! Bu gözlər əsla yalan deməz.

      Pyotr Andreyeviç şübhəylə iti təhlil etdi. Heyvanın gözləri hərçənd ki, qorxuyla baxırdı amma heç şübhə yox ki, məsum və yazıqdı. Pyotr Andreyeviçin qəlbi bir az yumşalmışdı.

      – Yaxşı! Eh, siz təbiət elmlərini bilənlərsiniz! Bir az gözlə, ona gəmirməsi üçün nəsə verim, – donquldanaraq əlini bel çantasına soxdu.

      – Al, görək! Bəlkə bunu yesə bir az özünə gələr və hansı heyvana oxşadığı bilinər. Misal üçün: bir alman çoban itinə, – Andrey pencəyini balaca itlə birlikdə ocağa yaxınlaşdırdı.

      Adamlardan biri soruşdu:

      – Bu birdən birə hardan çıxdı? Orada arxa tərəflərdə artıq insan qalmayıb ki… Sadəcə qaralar var. Onlar nə vaxtdan it saxlayırlar?

      Danışan, qarayanız, arıq adamdı. O ana qədər susmuş, ancaq danışanları dinləmişdi. İndi sizə istinin təsirindən yatmağa başlayan heyvana şübhəli gözlərlə baxırdı.

      – Düz deyirsən, Kirill, – Andrey ciddi şəkildə cavab verdi, – Bildiyim qədər, qaralar heç it saxlamırlar.

      – Bəs

Скачать книгу