Metro-2033. Дмитрий Глуховский

Чтение книги онлайн.

Читать онлайн книгу Metro-2033 - Дмитрий Глуховский страница 9

Жанр:
Серия:
Издательство:
Metro-2033 - Дмитрий Глуховский

Скачать книгу

düz deyirsən! – Pyotr Andreyeviç dedi, – İki həftə yanımızda hərəkətsiz vəziyyətdə qaldı, suyumuzdan içmədi, yeməyimizə də əlini vurmadı…

      Yenə soruşdu:

      – Onu dindirdiniz?

      – Danışdıqlarımızın bir kəlməsini də başa düşmürdü. Onunla son dərəcə normal danışdığın halda həmişə sakit dayanırdı. Davamlı olaraq susdu. Sanki dilini udmuşdu. Hətta döyüləndə danışmadı. Qabağına yemək də qoydular, amma bir kəlmə danışmadı. Sadəcə bəzən donquldandı, vəssalam. Ölməmişdən əvvəl də elə qışqırdı, bütün stansiya ayağa qalxdı.

      Kirill yenidən sözə müdaxilə etdi:

      – Bəs, indi bu it haradan gəlir?

      – Kərkəz quşu bilər! – Andrey cavab verdi, – Kərkəz quşlarından qaçıb gizlənmiş ola bilər. Bəlkə də iti parçalamaq istəyiblər. Bura sadəcə iki kilometr uzaqlıqdadır. Bəlkə də ancaq bir it buraya qədər gəlməyi bacara bilərdi, elə deyilmi? Ya da şimaldan buraya gəlməküçün yola çıxan, sonra da yolda qaralarla qarşılaşan birinə məxsusdur. İt vaxtında qaçmağı bacarıb. Hardan gəlir gəlsin mənim üçün maraqlı deyil. Ona bir diqqətlə bax; mutanta bənzəyir? Bir mutanta? Balaca, yazıq itdir, həmçinin, insanların yanına gəlməsi insanlara inamının göstəricisidir. Yoxsa nə üçün yanımıza gəlsin, burda üç saat yatsın?

      Kirill susmuşdu. Andreyin danışdığı fikirləri bir-bir beynində təhlil edirdi. Hamı sakit dayanıb qulaq asırdı. Pyotr Andeyeviç bardaqdan çaydana su tökdü və soruşdu:

      – Çay istəyən varmı? Bu axırıncıdır, bundan sonra keşikçi növbəsini dəyişəcəyik.

      – Yaxşı fikirdir, mən varam, – Andrey sevinclə dedi, digərləri də yenidən canlanmışdılar.

      Çaydandakı su qaynadı. Pyotr Andreyeviç, hamıya çay süzdükdən sonra:

      – Qulaq asın! – dedi, – Xahiş edirəm, daha qaralardan danışmağı saxlayın. Yenə bir gün burada sonuncu dəfə oturduğumuzda, heç kim onlar haqqında danışmamışdı, o vaxt da yenə sürünərək bura gəlmişdilər. Digərləri də mənə eyni şeyləri danışdılar. Bəlkə də təsadüfdü, batil inancım yoxdur, yenə də nə demək olar? Bəlkə bunları hiss edirlər? Növbəmiz, demək olar ki, bitmək üzrədir, hələ də bu şeytan uşaqlarıyla nə maraqlanırsınız?

      – Düzgün fikirdir! Onlar haqqında bu qədər düşünməyə dəyməz – Artyom da təsdiq etdi.

      – Bəsdirin, daha dostum… Qorxutma bizi! – Andrey dedi, – Necə olsa, həll edərik.

      Niyyəti Artyomu az da olsa güldürməkdi, amma səsi özünə belə inandırıcı gəlmədi, nə qədər gizlətməyə cəhd göstərsə də, qaralar ağlına gəldikcə, kürəyini buz kəsirdi. İnsanlardan qətiyyən qorxusu yoxdu, nə quldurlardan, nə anarxist qatillərdən və ya “Qızıl Ordu” döyüşçülərindən. Amma tam qorxmasa da, bu qara varlıqlar ağlına hər gələndə qəribə narahatlıq keçirirdi; bu insanlardan gələ biləcək təhlükəni düşünməkdən çox fərqli narahatlıqdı.

      Hamısı sakit dayanmışdı, ətrafı ağır, qorxulu sükut çuğlamışdı. Ocağa bir az da yaxınlaşdılar. Odun parçaları yandıqca tonqaldan çıxan səslərin ahəngilə tunelin dərinliklərindən və şimaldan gələn qəribə səslər onları qorxuya salmışdı. Moskva metrosu sanki bir mutantın böyük qarnıydı. Bu gurultu, havadakı dəhşəti daha da artırırdı.

      2

      Ovçu

      Artyomun ağlını yenə sərsəm şeylər qarışdırırdı. Qaralar… Öz növbəsi zamanı bu adamaoxşamazlar sadəcə bir dəfə Artyomun növbəsinə çıxmışdılar, yamanca qorxmuşdu. Niyə də qorxmayaydı?

      Keşik çəkirsən, ocağın yanına oturub isinirsən. Qəflətən tunelin hansısa yerindən, dərinlərdən qorxulu səslər eşidirsən. Əvvəlcə müəyyən uzaqlıqda yüngül, daha sonra yaxın məsafədən və qüvvətli. Birdən qorxunc bir inilti, sanki məzardan gələn fəryad səsi qulaq pərdəsini yırtacaq qədər yaxından eşidilir… Və mərəkə başlayır!

      Hamı cəld qum torbalarını, sandıqları təcili üst-üstdə yığıb müdafiə səddi yaradır. Komandir yüksək səslə qışqırır:

      – Həyəcan!

      Stansiyadan kömək üçün əlavə qoşun dəstələri gəlirdi, 300 metr məsafədə olan keşikçilər avtomatlarını çıxarıb, hücumun başlandığı mövqedə müdafiəyə keçmək üçün insanlar yerə uzanıb, silahlarını tunelin giriş hissəsinə tərəf tutub və hücum, atəş əmrini gözləyirlər. Mutantlar lap yaxınlaşanda adamlardan biri projektoru yandırır, ətrafa yayılan işıqda onları görürsən. Ağızlarını açaraq bərəlmiş gözlərilə, çılpaq, parlaq dərili siluetlər eyni sırayla sipərlərə doğru, insanların qarşısına, ölümə tərəf irəliləyirlər. Əyilmədən, dik şəkildə, hər an bir az daha yaxınlaşaraq üç, beş, səkkiz qorxunc varlıq… Ən qabaqdakı başını geriyə ataraq yenə o əcaib səsi çıxarır…

      Tüklərin biz-biz olur, sıçrayıb qaçmaq istəyirsən, silahını, dostunu, hamısını arxanda buraxaraq… Hər şeyi kənara atıb, sadəcə buradan qaç və canını qurtar… Kəskin işıq gözlərinə vursun deyə ,projektor bu qorxunc varlıqların üzərinə istiqamətlənib. Amma onlar gözlərini də qırpmır, əlləriylə üzlərini örtmürdülər. Əksinə bərəlmiş gözləriylə işığa baxır, dayanmadan böyük sürətlə, qorxulu səslər çıxararaq gözlərini geniş açıb irəliləyirlər.

      Sonda 150-cidə keşik çəkənlər avtomat tüfənglərlə qaçaraq atəş xəttinə girirlər. Hər tərəfdən əmrlər yağırdı. Hər şey hazır vəziyyətdədir. Ardından səbirsizliklə gözlənilən komandirin əmri gəlir:

      – Atəş!

      Bütün pulemyot və avtomatlardan atəş eyni vaxtda açılır və döyüş başlayır. Amma qaralar dayanmırlar, hətta əyilmirlər ki, güllə onlardan yan keçsin. Yoldan kənara çəkilmədən ayaqüstə düz açılan güllələrə tərəf gəlirdilər. Projektorun işığında onlara dəyən güllələrin necə parçalandığını, güllələrin təsirindən necə daldalı səndələdiklərini, sonra isə təkrar heç nə olmamış kimi yenə irəlilədiklərini görmək mümkündür. Sonra yenə o qorxuducu fəryad, inilti eşidilir, güllə qırtlaqlarını dəlib deşdiyi üçün bu dəfə çıxarılan səs həm daha qorxulu, həm də qəribədir.

      Dəmir mərmi yağışı bu qəribə varlıqları geri çəkilməyə vadar etdikdən sonra, bir anlıq süküt hökm sürür. Qaralar yerə yıxıldıqda, öldüklərinə əmin olmaq üçün yenidən atəş edilirdi. Hər şeyin bitməsinə, bu qorxunc varlıqları zərərsizləşdirdikdən sonra cəsədlərinin qazılmış çuxurlara atılmasına baxmayaraq baş verən qəribə hadisənin

Скачать книгу