Bukre. Kahraman Tazeoğlu

Чтение книги онлайн.

Читать онлайн книгу Bukre - Kahraman Tazeoğlu страница 3

Автор:
Жанр:
Серия:
Издательство:
Bukre - Kahraman Tazeoğlu

Скачать книгу

gəldi və fikrindən daşındı. Yenidən jurnal masasının üstünə qoydu fincanı:

      “Belə sonluğu mən heç sevmədim, Səlim. Halbuki onu sonum olsun deyə seçməmişdim”.

      Səlim əlində çay dolu fincan gülümsəyirdi. “Noyabrı yaşaya bilmirsənsə, sentyabrda qalmısan deməkdir, Yavru Quşum”, – dedi. Səlim ona həmişə Yavru Quşum deyərdi. Çayından bir qurtum da içərək sözünə davam etdi:

      “Yəni onu demək istəyirəm ki, artıq bəzi şeyləri arxada buraxmağı öyrənməlisən. Əlbəttə, onu sonun kimi düşün-mürdün, amma bil ki, bəzi yollar addımlanmadan yol ola bilmir. Sən də yeridiyini və necə bir yolda yeridiyini başa düşdün. Yeriməsən anlaya bilməyəcəkdin. Təbii ki, sonuna çata bilmədin. Amma qoy olsun, yarı yoldan dönsəy-din, sonu həmişə ağlında qalcaqdı. Aldadıldın, düzdür-mü?”

      251

      Dikəldi Bukre. Bir anda yaxalanmışdı sanki cavabını bildiyi suala. “Hə”, – dedi fısıldayaraq. Üzünə kədər çökdü.

      “Ürəyini sıxma”, – dedi Səlim. Əlini tutdu sonra.

      “Gülümsə, görüm, – dedi, – səni aldadana təşəkkür etməli və gülümsəməlisən”.

      Bukre “Nə üçün?”, – deyə sual dolu bir baxışla baxdı üzünə Səlimin. Səlim dayanmadan sözünə davam etdi.

      “Çünki o təbəssüm və təşəkkür ona ömürboyu verilmiş

      cəza olacaq”, – dedi.

      Bukre güc aldı bu sözlərdən. ”Amma…”, – deyə başladı cümləsinə sonra. “Amma əsəbiyəm. Qəzəbliyəm! Nifrət hiss etdiyim birinə necə təşəkkür edə bilərdim, Qu-zu?”

      Bukre Səlimə hər zaman “Quzu” deyərdi. Bir az dayandı. Sonra ağlına başqa şeylər gəldi sanki. Ağlının qarmaqarışıq olduğu üzündən də hiss olunurdu, amma tam olaraq oxunmurdu.

      “Bütün nifrətimə baxmayaraq yenə də yarım qalmış

      hissəmi tamamlamış kimiydim onunla”, – dedi və Səlimin üzünə baxdı dalğın halda.

      “Deyəsən, nifrətim, yarım qalan hissəmin əslində bir boşluqla dolu olduğunu anlamaqdandır?” – deyə bitirdi cümləsini.

      Səlim sakitcə cavab verdi: “Bəzi insanlar həyatlarına girən adama onlar həyatlarına girdikdən sonra ehtiyacları olduğunu başa düşərlər. Əskikliyi bilməməkdir bu. O insanlar bir gün çıxıb getdikdə öz həyatlarını da onlarla birlikdə itirdiklərini düşünərlər. Çatışmazlığı öyrənmək-dir bu. Sənin vəziyyətin də, bax, belədir bir az… Məndən 251

      soruşsaydın, deyərdim ki, sizdən onsuz da yaxşı bir cütlük olmayacaq… Bir-birinə alışmaq eşqin özündən də çətindir, bilirsən?”

      Bukre diqqətlə Səlimə qulaq asır və sözlərini bitirmə-sini gözləyirdi.

      “İkisi də eyni xarakterli olduğu halda bir-birini başa düşməyən sevgililər gördüm mən. İkisi də tamam fərqli olduğu üçün ayrılanlar da. Amma ikisi də bir-birinə uyğun gələnini heç görmədim. Qarşısındakına oxşamaq ona uyğun gəlmək deyil. Özünü itirmədən qarşısındakı ol-maqdır”.

      Bax, belə filosofluğu vardı Səlimin. Gülümsəyərək danışardı ən qarışıq məsələləri izah edərkən belə… Sanki içini didib-dağıdan suallardan bir az qurtulmuşdu Bukre.

      Ona bu rahatlığı verdiyi üçün minnətdarlığını bildirdi dostuna. Təşəkkür etmək keçdi könlündən. Təşəkkür etmək və qucaqlamaq… Amma bu daxili rahatlığı bir az da yaşamalıydı. Bir az da hiss etməliydi.

      Başını divanın arxasına dayadı. Dərindən köks ötürdü. Gözləri tavandaydı. Sonra kənardan necə göründüyü gəldi ağlına. “Söylə, Səlim… – dedi, – aldadılan, tərk edilən insanın əvvəlcə acısımı, yoxsa yalnızlığımı hiss edilir?”

      Səlimi düşündürən bir sual oldu bu. Nəticədə o da tənha idi və əzab çəkirdi. Verəcəyi cavab özünü də aldatmaq olacaqdı bəlkə də. Bir müddət fikrə daldı. Cavab axtardı. Əgər cavabı olsaydı, nə tənha qalardı, nə də əzab çəkərdi. Gözləri uzaqlara dikildi. “Məndə nə görürsənsə, cavab da odur!” – dedi kədərli bir səslə. Başını aşağı saldı sonra.

      251

      Bukre bu sualı onu yaralamaq üçün verməmişdi əslində. Amma bəzi məsum sualların cavabı belə insanı məhv edə bilir… Əslində, bu məhv etmə sualda deyil, ca-vabsızlıqda idi. Bukre qəlbini qırdığını düşündü Səlimin.

      Günahkar bir səslə, – “Deyəsən qəlbini qırdım, üzr istəyirəm”, – dedi.

      Səlim məcburi bir təbəssümlə cavab verdi: “Qəm eləmə.... Nəbzi vurmayan qəlb qırılmaz”.

      Gözləri doldu Bukrenin. Ona Mərvəni xatırlatdığını anlamışdı. Gözlərinə baxmadan Səlimin, – ”Bu sözlər sənin dilinə heç yaraşmır”, – dedi.

      Səlim yerindən yavaşca qalxdı, pəncərəyə tərəf getdi.

      Başını pəncərənin kənarına dayayıb gözlərini uzaqlara dikdi. Əlləri cibindəydi. “Həyatda bir-birimizə yaraşdır-madığımız o qədər çox şey var ki…”, – dedi və udqundu.

      Gözləri hələ də uzaqlarda idi. “Mən də bu ölümü cəsə-dimə yaraşdıra bilməmişdim”, – söylədi.

      Eşitmədi Bukre. “Necə?” – deyə sual verdi.

      “Yox, heç bir şey… Sən mənə fikir vermə”.

      Onun hekayəsi başladığı kimi davam etməmişdi.

      Onun hekayəsi başladığı yerdəcə bitmişdi. Buna görə də

      bu qədər kiçik qalmışdı eşqdə Səlim… Buna görə də eşqlə

      bağlı nə desə boyundan böyük görünürdü sözləri. Eşq onu heç böyütməmişdi, amma yetkinləşdirmişdi. Mərvənin həyatında heç bir vaxt gəlməmişdi Səlimə növbə. Eşq ədalətsiz bir əzab idi. Ədalətsiz və növbəsiz…

      Bir neçə dəqiqə hərəkətsiz və səssiz dayandılar. Birdən axtardığı cavabı tapmış kimi doğruldu Səlim. Bukreyə tərəf döndü və ”Ağrı”, – dedi. Bukre üzündəki sual işarəsiylə baxdı Səlimə. ”Sualının cavabı ağrıdır… Çünki 251

      yalnızlıq insanların arasında, amma ağrı hər yerdə göstərər özünü”.

      Bukre xəyala daldı. Səlimin cavabı altında əzildiyini

Скачать книгу