Son yeniçəri. Reha Çamuroğlu

Чтение книги онлайн.

Читать онлайн книгу Son yeniçəri - Reha Çamuroğlu страница 6

Автор:
Жанр:
Серия:
Издательство:
Son yeniçəri - Reha Çamuroğlu

Скачать книгу

style="font-size:15px;">      Qucaqlaşma səhnəsi bir müddət davam etdi, sonra nəhayət, başa çatdı. Çox da hündür olmayan bir divarla əhatələnmiş geniş bir bağın içində, ikimərtəbəli evin qar-şısında olduğumuzu indicə gördüm. Çöl qapısının ağzın-da başına ağ şal bağlamış yaşlı qadın dayanmışdı. İlk dəfə idi türk qadını görürdüm. Yəni üzünü. Qəfil, içəridə − qa-pının ağzında başqa bir qadının da dayandığını başa düş-düm. Qadının qucağında yorğana bükülmüş uşaq var idi. Arif ağa yaşlı qadına yaxınlaşdı, əlini öpdü və alnına qoy-du. Yaşlı qadın Arif ağanı qucaqlamışdı, ondan ayrılmaq istəmirdi, elə bil. Nəhayət, yaşlı qadın ağlaya-ağlaya qol-larını Arif ağanın boynundan açdı və evin qapısına tərəf getdilər. Yusiflə Mehmet hərəkətə gələn kimi mən də cəld tərpənib qapıdan bağçaya keçdim. Qapıdakı qadın Arif ağanın əlini öpdü, alnına apardı, üçü də evə keçdi. Mən çaşqın halda Yusiflə Mehmetə baxırdım. Onlar evə tərəf getdilər, mən də qorxa-qorxa arxalarınca addımladım. Bə-li, içəri girdik. Aman, Tanrım, inana bilmirdim. Tanrım, mən sənə neyləmişəm ki?

      Sandığı qapıdan girən kimi içəri qoydular. Mən də heybəni yerə qoydum. Əllərini sinələrində saxlayıb, eləcə dayandılar. Mən də.

      Dayanmışdıq. İçəridən sevinc dolu uşaq səsləri gəlir-di. Ağlamaq, gülmək səsləri bir-birinə qarışmışdı. Dayan-mışdıq, hələ nə qədər belə dayanacağımızı da bilmirdik. Yusif və Mehmet kimi davrandığıma, onların elədiklərini təkrarladığıma görə gözlərimi qaldırıb ətrafıma baxa bil-mir, ancaq gözucu nəzər salırdım. Geniş otaqda idik. Üçü də bağlı olan qapılar var idi. Yuxarı mərtəbəyə də bir pil-ləkən çıxırdı. Bir də aşağı düşən pilləkən var idi.

      Eləcə dayanmışdıq.

      Sonra yuxarı çıxan pilləkənin yanındakı qapı açıldı, Arif ağa otaqdan çıxıb Yusifə nəsə dedi və təzədən içəri girdi. Yusif dərhal solumuzdakı qapını açdı, Mehmetlə birlikdə sandığı ora apardılar. Mən də heybəni apardım. Pəncərənin yanında bir qarış taxtadan düzəldilmiş uzun döşəyin üstündə oturdular. Mən oturmaqdan qorxdum, elə-beləcə kənarda büzülüb qaldım.

      İçəridən gələn səslər azala-azala bir müddət də da-vam elədi. Ailə artıq bir-birindən az da olsa doymuşdu. Qapı təzədən açılanda Arif ağa qucağında oğlan uşağı ilə oturduğumuz otağa gəldi. Üçümüz də dərhal ayağa dur-duq və yenə o əvvəlki vəziyyətdə dayandıq. Bizim necə dayanmağımız Arif ağanın heç vecinə də deyildi. Xoşbəxt idi. O qədər xoşbəxt idi ki, üç qızdan sonra doğulan oğ-lunu, hətta mənə də sevinə-sevinə göstərdi.

      Hələ də silahlarını və əbasını çıxarmamışdı. Mənə gülməli gəlirdi bu vəziyyət. Canavar kimi görünən bu adam və balaca yorğana bükülmüş oğlan uşağı… Lakin o, bütün bunları görmürdü. Heç vaxt tərk etmədiyi vüqarlı halını belə tərk etməyə hazır idi. Xoşbəxt idi. Bəlkə də, ye-ganə həyat mənbəyi olan bu uşağı mənə, Yusifə və Meh-metə göstərirdi.

      Sonra dayandı, həmin o ciddi və vüqarlı halı təzədən qayıtdı. Belə dedi:

      − Oğlum etiqadında, dinə və dövlətə xidmətdə həmi-şə sabitqədəm olacaq. Atasının üzünü ağ edəcək. Anadan yeniçəri kimi doğulub, yeniçəri kimi də yaşayacaq. Ona görə də adını Sabit qoyuram. Allah utandırmasın.

      EVİM

      İki il necə də tez keçib getmişdi. İndi öz-özümə fikir-ləşirəm ki, gör cavanlıq necə böyük nemət imiş. Cavanlı-ğın çətini-asanı olmur ki. Çətin dediyin işlər asan, asan dediyin işlər bir anda çətin olur.

      Tanrı mənə əsarəti layiq bilmişdi, amma dərmanını da gəncliyimlə vermişdi. Güclü idim, tez öyrənirdim. On-lara sarı saçlarım və gömgöy gözlərimlə qəribə görünür-düm.

      Bütün bağ-bağat mənə baxırdı. Hökmranlıq edirdim həyətə. Evin zirzəmisində qapısı bağçaya açılan balaca bir otaqda qalırdım. Səhər tezdən bağa çıxır, quyudan su çə-kir, evin giriş qapısının yanında olan böyük qablara tö-kürdüm. Qış olanda odun doğrayır, aşağı mərtəbədəki böyük sobanı qalayırdım. Ağacları budamaq, tut varsa tut, əncir varsa əncir yığmaq mənim işim idi.

      İşlərim bununla da yekunlaşmırdı. Sabiti və qızları əyləndirmək, bağçada yelləncək düzəldib onları yellət-mək, cümə günü evdəki böyük xanımın – adı Zəhra idi – arxasınca bazara gedib aldıqlarını evə daşımaq… Bütün bunların hamısı mənim vəzifələrimidi. Qapıdan içəri gi-rən satıcılara fikir vermək, mis qabları qalaylatdırmaq, ev-dəki taxta əşyaların təmir edilməsi – hələ mən bunları saymıram. Həyətdə balaca yer düzəltmiş, tapdığım dül-gər alətlərini ora yığmışdım. Qısa müddət ərzində bu mə-sələni də həll eləmişdim. Sən demə, bu məsələdə də ba-carığım var imiş. Evdəkilər ən çox Beltsi formalı dolabları bəyənirdilər.

      Ən mühim və bəlkə də, ən vacib vəzifəm Arif ağanın qonaqlarına xidmət etmək idi. Ən çox həyəcənlandığım vaxtlar da məhz bu anlar idi. İlk vaxtlar türkcə yaxşı bil-mədiyimə görə gələnlərin nə istədiklərini başa düşmür-düm. Amma sonra türkcə öyrəndikcə, gəlib-gedənləri ta-nımağa başladıqca, rahatlaşmış, xidmət barəsində də us-talaşmışdım. Qəhvələri köpüklü hazırlamaq, çubuqları tez-tez dəyişdirmək, yandırmaq mənim üçün elə də çətin deyildi. Türk dilində danışılanları yaxşı başa düşürdüm və söhbətin nədən getdiyini anlayırdım.

      Arif ağa, əsasən, qonaqları ilə din və dövlət məsələ-ləri haqda danışırdı. Mən onun daha çox dini mövzularda danışmağını istəyirdim. Çünki bu cür söhbətlər edərkən Arif ağanın üzü, hərəkətləri çox mülayim olurdu. Üzündə təbəssüm yaranır, dərin düşüncələrə dalırdı. Dövlət işlə-rindən danışmağa başlayanda isə olduqca ciddi görkəm alırdı. Elə bil xəncərinin qəbzəsi ilə boynumun dalından vuran insan geri qayıdırdı.

      Bu iki il ərzində elə bu söhbətlərə görəArif ağa məni şillələmişdi. Bir dəfə söhbət əsnasında ayaq üstə dayan-mışdım və özümdən asılı olmadan öskürdüm. Arif ağa qəzəblə mənə baxdı və:

      − Sarı, – dedi, – tez bura gəl.

      Yanına getdim, əyildim:

      − Buyur, ağam, – dedim. Və deməyimə də peşman ol-dum. Sifətimə dəyən şillədən az qala yerə yıxılacaqdım. Məni ən çox sarsıdan isə beş nəfərin yanında vurulmağım idi. Sanki daha çox vurmaq istəyirdi, amma nəyə görəsə bir şillədən sonra insafa gəldi və eyni səs tonu ilə:

      − İndi isə keç yerinə! – deyə əmr etdi.

      İkinci dəfə vuranda isə haqlı idi, amma mən

Скачать книгу