Son yeniçəri. Reha Çamuroğlu

Чтение книги онлайн.

Читать онлайн книгу Son yeniçəri - Reha Çamuroğlu страница 7

Автор:
Жанр:
Серия:
Издательство:
Son yeniçəri - Reha Çamuroğlu

Скачать книгу

babanı iki şeyə görə sevirdim. Birincisi, o gə-ləndə Arif ağa çox sevinirdi. Həddindən artıq mülayim olurdu. İkincisi, Əhməd baba və yanındakı dərvişlər bu evə gəlib mənim kimi kölə ilə danışan nadir insanlardan idilər. Halımı-əhvalımı soruşur, əvvəlki həyatımla ma-raqlanır, hətta bəzi məsələlərdə fikrimi öyrənirdilər. Mən onların gələcəyi günü gözləyir və ən çox da onların söh-bətlərinə maraqla qulaq asırdım. Bəlkə bunun bir səbəbi də söhbətlərinin həmişə ahəngli olması və əvvəl-axır gəlib musiqidə dayanması idi. Mehmet dərviş zənburla çalıb oxumağa başlayanda mən artıq göz yaşlarımı tuta bilmir-dim. Bəzən ağlayırdım, bu zaman onlar da mənə qoşulub ağlamağa başlayırdılar. Yaxşı, mənim ağlamaq üçün xeyli səbəbim var idi, bəs Arif ağa niyə ağlayırdı?

      Evimizi və yaşadığım məhəlləni artıq tanıyırdım. İs-tanbulu isə demək olar ki, tanımırdım. Bir-iki dəfə Unqa-panına, bir-iki dəfə isə Ətmeydanındakı o qorxunc hərbi düşərgəyə getmişdim. Hamısında da Arif ağa ilə birlikdə.

      Arif ağa küçəyə heç vaxt tək çıxmırdı. Ən az iki əs-gərlə gəzir, bəzən mənimlə bir yerdə dörd nəfər olurdu yanında. Bu çoxluqdan istifadə edib əksər hallarda göz-dən itir, ətrafıma göz gəzdirirdim. Amma çölə çox tək çıx-mırdım. Qorxurdum. Kölə və kafir olduğumu hamı bilir-di. Arif ağanın köləsi olmağım məni qoruyur, mənə az da olsa toxunulmazlıq duyğusu bəxş edirdi. Amma eyni za-manda da mən onlardan aşağı idim. Bunu isə heç vaxt unutmurdum.

      Rastlaşdığım bir təfərrüat mənim bu kompleksimi aş-mağıma az da olsa, kömək etdi. Əli Fakih və Hacı Həmzə məhəllələrinin arasında bir neçə xristian məhəlləsi yerlə-şirdi. Onlar arasında ermənilər məzhəb baxımından fərqli olsalar da, yunanlarla eyni idik. Bunu keşişlərin geyimin-dən, xaçların formasından və ibadət günlərindən bilirdim. Düzdür, dinlə bağlı elə də çox şey bilmirdim, amma ol-sun, bildiklərim nəyisə başa düşməyimə kömək edirdi. Artıq müqəddəslərimizin adının belə ortaq olduğunu bi-lirdim. Buna görə də nəsə məni tez-tez zəng səslərini eşit-diyim yunan kilsəsinə tərəf çəkib aparırdı.

      Vişlovda kilsəyə atam kimi mən də, ancaq anam məc-bur etdiyi üçün gedirdim. Anam hər bazar mən kilsədən qayıdana kimi xüsusi yeməklər hazırlayırdı. Burda isə məni heç kim məcbur etmirdi, əksinə, özüm istəyirdim. Hətta Arif ağanın qorxusu belə bu istəyin qarşısında da-yana bilmirdi.

      Nəhayət, bir şənbə günü axşam tərəfi bütün cəsarəti-mi toplayıb Arif ağaya yaxınlaşdım. Nə ola bilərdi? Ən yaxşı halda, məni üçüncü dəfə şillələyəcəkdi. Olsun. Üçüncü şilləni də düşünmüş və öz-özümə təlqin etməyə başlamışdım. Üstəlik, otaqda ikimiz idik. Yəni məni, ən azından, başqalarının yanında vurmayacaqdı. Nəsə de-mək istədiyimi anlayan Arif ağa məni çox gözlətmədi:

      − Nə olub, Sarı? – deyə soruşdu. – Danış görüm.

      − İcazə istəyirəm, ağam.

      − Nə icazəsi? – deyə maraqla soruşdu.

      − Sabah kilsəyə gedəcəyəm.

      Vəssalam… Üçüncü dəfə şilləni hardan tutuzduraca-ğını düşünürdüm artıq. Və boynumu ona görə əymək is-təyirdim. Amma Arif ağa məni vurmadı. Bir müddət dü-şündü, sonra da çoxbilmiş adamların insanı şübhələndi-rən ədası ilə gülümsədi:

      − Əlbəttə, Sarı, – dedi, – Allah hərəyə bir din verib. Sənin də dinin budur.

      Sonra pul kisəsindən iyirmi qəpik çıxartdı:

      Bunu da nəzir verərsən, – dedi, – səhər tezdən get, yaxşı?

      Görəsən, məni vursaydı, dahamı yaxşı olardı? Allah şahiddir ki, bunun cavabını hələ də bilmirəm.

      Səhər tezdən ən təmiz paltarlarımı geyinib kilsəyə tə-rəf getməyə başladım. İlk dəfə orda yanımda atamı, ana-mı axtardım. Kilsəyə gedirdim, onlar isə yanımda yox idi-lər. Ətrafda bir nəfər də olsun ora – kilsəyə gedən görün-mürdü. Qapısı ağzında gözləyən qızlar, oğlanlar yox idi. Ətir eyni idi, onsuz da əgər ətir eyni olmasaydı, çoxdan fikrimdən daşınmışdım. Məhz bu ətir sayəsində mən öl-kələr aşır, son iki ili yaşamamış kimi qəbul edir, Vişlovu, uşaqlığımı xatırlayırdım. Gözlərimi bağlasaydım, ya da kilsədəki dindarlar gözlərini bağlasaydılar, elə bilərdim ki, uşaqlığıma geri qayıtmışam. Amma yox. Gözlərim açıq idi. Kilsədəkilər də gözlərini yummamışdılar. Hamı mənə qəribə-qəribə baxır, “bu türk köləsinin burda nə işi var?” – deyə düşünürdü.

      İlahi, mən burdayam. Sənin hüzurundayam. Və ya-dam bu yerlərdə. Qəribəm. Əllərimdən tutub məni ayağa qaldıracaq heç kim yoxdur yanımda… Yaxşı, deyək ki, mən bunlar üçün yadam. Səndəmi Mixailin oğlu Pyotru unutmusan, Tanrım?

      Qaça-qaça evə qayıtdım. Gözlərimdən axan yaşlar yanaqlarıma süzülürdü. Saxlaya bilmirdim göz yaşlarımı. Yatağımda oturdum, gözlərim şişənə kimi ağladım.

      Arif ağa heç nə demədi. Şişmiş gözlərimi o da gördü. Ümidsizliyimi də gördü. Sadəcə bircə cümlə dedi:

      − Səninlə bu yaxınlarda həll edəcəyimiz bir məsələ olacaq, Sarı.

      SARI ABDULLANIN HEKAYƏSİ

      Səninlə bu yaxınlarda həll edəcəyimiz bir məsələ ola-caq, Sarı.

      Elə beləcə də demişdi Arif ağa.

      Bu osmanlılar bir cür adamdılar. “Osmanlılar”, − de-yirəm, çünki onlara türk deyəndə acıqlarına gəlir. Biz on-ları türk kimi tanıyırıq, özləri isə nə üçünsə bu addan is-tifadə etmirlər. Qəribəlik burda da deyil, qəribəlik Arif ağanın mənə dediyi sözdə idi.

      Əgər tanımasam, bu söz mənə deyilən kimi oturub gözləyərdim. Çünki “yaxında”, demişdi. Amma osmanlı-lar üçün yaxın anlayışı fərqli ola bilərdi. Yəni “yaxında” bu gün də ola bilər, sabah da ola bilər, lap belə desən, üç gün də, üç həftə də, üç ay da, üç il də ola bilərdi. Burda bu iki il ərzində öyrəndiyim şey osmanlıların vaxtla bağlı dediklərinə elə də fikir verməmək olmuşdu.

      İndi də elə edirəm. Arif ağanın mənimlə danışmaq is-tədiyi məsələ haqqında heç düşünmürəm. Düşünməyə heç ehtiyac da duymuram. Çünki, düşünməyə başlasam, ağlım başımdan çıxa bilər.

      Amma Arif ağanın “yaxında” dediyi məsələni mə-nimlə danışması elə sürətlə baş verdi ki, özüm də heç nə başa düşmədim.

      Evdə qonaq olmayanda Arif ağa yeməyini ikinci mər-təbədə − hərəmində yeyərdi. Bir gün axşamüstü −

Скачать книгу