Həyat sandığı. Zaur Pənahov

Чтение книги онлайн.

Читать онлайн книгу Həyat sandığı - Zaur Pənahov страница 18

Həyat sandığı - Zaur Pənahov Qaranlıq günəş

Скачать книгу

heyva ilə geri qayıtdı. Bu mehmanxananın qaydalarından idi. Heç kim, hətta təhlükəli methalar belə Lem – Tokra pivəsi ilə doğranmış heyvaya yox deyə bilməzdi. Yoxsa bir insan mehmanxanada niyə otursun?!

      Kök qadın əlindəkiləri masaya qoymaq üçün yaxınlaşarkən qorxu dolu gözlərini üzü görünməyən yad adamdan çəkməmişdi. Yumru, qırmızı yanağından və alnından tər axırdı. Yavaş-yavaş əyilib öncə heyvanı sonra pivəni qoydu, gözləri hələ də kapyuşonun içindəki qaranlığa kilidlənmişdi. Yadın başını qəfil çevirməyi ilə qadın incə bir çığırtı saldı və ayaqlı top kimi önünə çıxan stulları aşıraraq oradan uzaqlaşdı. Bu, orda olan az adamın diqqətini çəkmişdi. Onlar da qəhqəhə ilə gülüb qəribə əyyaş rəqslərinə davam etmişdilər.

      Mehmanxananın qapısı bu dəfə bir az fərqli açıldı. Başqaları yağan yağış səbəbi ilə özünü dərhal içəri atarkən o, ehtiyatla girərək hər bir adamın gözünə şübhə ilə baxırdı. Bütün bədəni su, ayaqları palçıq içində olmağına baxmayaraq onu narahat edən başqa bir şey vardı.

      Yad adam ovunun toruna düşməyini güdən hörümçək kimi onun üzünün işığa çıxmağını gözlədi. Axtardığının o olduğunu dəqiq bilirdi, ancaq ekrolar üçün ən vacib şeylərdən biri sayılan əmin olma istəyi üstün gəldi. Ovu öz simasını artıq göstərmişdi. Ətrafındakı insanların gözlərinə baxmaqdan ayağının altına baxmağa imkan tapmırdı. Hər dəfə nəyəsə ilişir, kiməsə dəyirdi. Sonra toqquşduğu daha bir neçə nəfərdən üzr istəyərək mehmanxana sahibinə yaxınlaşdı. Yad onun gecələmək üçün yataq istədiyini bilirdi. Ancaq bütün otaqlar və yataqlar çoxdan dolmuşdu.

      Yad adam qalxaraq ona doğru addımlamağa başladı. Görünməyi və adamın şübhəsini çəkməyi işığa çıxdıqdan yalnız bir neçə döyüntü sonra baş vermişdi. Adam ürkək baxışlarla ona baxan zaman gözlərini görməsə də içini bürüyən qorxunun mənasını tez anlamışdı. Vaxt itirmədən qarşısına çıxanı itələyib özünü çölün yağışlı havasına atdı. Onu xilas edəcək yolun hansı tərəf olduğunu bilmirdi, belə bir yolun varlığına belə şübhə edirdi. Dondurucu küləyin əksi istiqamətində, kəndin çıxışına doğru qaçmağa başladı.

      Şimal dağlarının ətəyi sayılan Tehlaş təpəliyində kiçik bir qəbilənin az tanınan kəndinə qaçmağın yaxşı fikir olduğunu düşünmüşdü. Görünür yanılıb. Onu burada lap çoxdan gözləyirdilər.

      Küçələr işıqsız, yer yöndəmsiz idi. Arxasına baxaraq qaçarkən dəfələrlə yıxılmış, bütün paltarı palçıq içində qalmışdı. Ara-bir şaqqıldayan ildırımların ağ işığı dolaşıq yolları və bir-birinin eyni olan evləri ani olaraq işıqlandırırdı. Çarəsizlikdən yerində donub qalan adam hər parıltıda gördüyü kölgələrin getdikcə yaxınlaşdığını hiss edirdi.

      “Qaçışın mənasızdı,” bir neçə addım gerisindən kapyuşonlu yad səsləndi “Bunu özün də bilirsən.”

      Adam çevrilib zil qaranlığa baxdı. Onu görmək üçün növbəti ildırımın çaxmağını gözləyirdi.

      “Sənin üçün lazımından artıq vaxt itirdik,” deyə yad palçıqlı yolda addımlayaraq bildirdi. Ayaq səsləri demək olar ki eşidilmirdi. “Mənə sənin həyatın lazım deyil, bunun üçün özümü yormaram bilirsən. Mənə bildiklərin lazımdı.”

      İldırımın işığı yenidən küçəni aydınlatdı. Adam, kapyuşonlu yadın arxasında qara paltarlı bir neçə döyüşçü gördü. Öz arxasında daha bir neçəsi olduğuna şübhə etmirdi.

      “Nə istədiyinizi bilirəm,” dedi adam. “Amma digərləri kimi mənim də bu haqda məlumatım yoxdu.”

      Yad daha da yaxınlaşdı. İndi aralarında heç, bir, addım da yox idi.

      “Bəs onda niyə gizlənirsən?”

      İldırımın ani işığı kapyuşonlu yadın üzünü aydınlatdı. İnsanın içini donduran o gözlər… başqa heç nə bu qədər qorxulu ola bilməz.

      “Bir-birimizi yaxşı tanıyırıq Etrak,” deyə adam bütün cəsarətini toplayaraq bildirdi. Onu, simasından əvvəl səsindən tanımışdı. “Həyat Sandığı haqda nə isə bilsəydim, siz bilməyəsiniz deyə özümü çoxdan öldürərdim.”

      Etrak yumruğunu sıxdı.

      “Bu gümüşü gözlərin nə mənaya gəldiyini yaxşı bilirəm,” dedi adam.

      Gecənin qaranlığında çox qısa bir qışqırtı eşidildi. Yenidən ildırım çaxan zaman nə Etrak, nə də digər döyüşçülər orada deyildi. Yalnız qara alovlar içində yanaraq külə dönən bir cəsəd qalmışdı.

      6. Qovulmuş nakra yoxsa metha

      Ümidsizlik hiss edirəm

      İçimdəki dərin boşluq

      İşıq saçan qara günəş

      Yuxudan durmaq getdikcə çətinləşir, yataqdan qalxmaq isə hər gün daha da əzablı gəlirdi. Eçsonun Mərkəzi Azar şəhərinə gəlişindən artıq iki ay keçmişdi. Keçirdiyi ruh düşkünlüyü və yataqxananın ondan, dərslərə və idmana qatılmaq haqda tanıdığı azadlıq Günəş döyüşçüsünü yatağan bir tənbələ çevirmişdi. Pulu artıq tükənməyə başlamışdı və uzun müddətdir ki, addımını yataqxanadan çölə atmırdı.

      Eçso yataqdan qalxıb ərincək addımlarla əlüzyuyana yaxınlaşdı. Qabdakı suda öz əksini görüb bir müddət seyr etməyə başladı. Baş ağrısı kefsiz yanaqlarında və qızarmış gözlərində əks olunurdu. Bir aya yaxındı qırxmadığı tüklü üzü qaşınırdı və bədəni hədsiz dərəcədə əzgin idi. Üzünü yuyub, yataqda oturdu. Qarnı acmışdı. Səhər yeməyinə çoxdan gecikdiyini bilirdi, amma ola bilsin günorta yeməyini də qaçırmışdı.

      Paltarını geyinib yeməkxanaya endi. Adətən Eçso yeməyini ya nakrinlər yeməyə gəlməzdən əvvəl, ya da getdikdən sonra yeyirdi. Hər şeyi öyrənməyə maraqlı yeniyetmələrin suallarına və baxışlarına səbri çatmırdı. Demək olar ki, heç kimi tanımırdı, heç kimlə əlaqə saxlamırdı. Bir vaxtlar evi kimi gördüyü bu yerdə uğursuz bir yad kimi hiss edirdi özünü

      Bu dəfə günorta yeməyinə gecikməmişdi. Yeməkxanada aşpaz və bir neçə işçidən başqa heç kim yox idi. Bu hadisəyə artıq öyrəşməyə başlayan aşpazlar Eçsonu görən kimi onun yeməyini çəkib, çörəyini verdilər. Bu tənbəl gəncin varlığına artıq hər kəs öyrəşməyə başlayırdı. “Heyf belə gəncdən.” Bu sözü heç kim onun üzünə deməsə də, Eçso bunu hər birinin gözlərində oxuyurdu. Hətta indi də o, arxasını çevirən kimi pıçıldamağa başlayırdılar. Bu Eçsonu çox yaralayırdı. İnsanların üzünə əvvəlki kimi tez-tez baxmasa da, onun haqda düşündüklərini yaxşı bilirdi. Özündən nifrət etməyi üçün

Скачать книгу