Günahsız günahkar. Roman. Hissə – 1. Fatma Axmed kızı Nabieva
Чтение книги онлайн.
Читать онлайн книгу Günahsız günahkar. Roman. Hissə – 1 - Fatma Axmed kızı Nabieva страница 34
Anası əyləşmişdi divanda, Kamili Aylını geyinikli görüb – olara: gəzməyəmi gedirsiz qızım? Aylın – arvada: yox Solmaz xala Nərgiz mənə iş tapıb ora baxmağa gedirik Kmilnən. Kamil kefsiz idi anası anladı oğlunun halından, ayağa qalxıb yaxınlaşdı ki nəsə isə desin, – arvada: Solmaz xala mənə dua edin işim düzəlsin, arvadın sözü ağzında qaldı Aylını qıra bilmədi. Arvad gülər üzlə – Aylına: mən sənə hər gün dua edirəm qızım, neçə ki hər gün öz evadlarıma edirəm hec ayırmıram şüphən olmasın, Aylın arvadın əlindən öpüb, cox sağolun siz hamınız yaxşı insanlarsınız. Allah ürəyinizə görə versin haqınızı ödəyə bilmərəm, arvad Aylının sacını sığallayıb mehribanlıqla – Aylına: qızım qoy Kamil getsin baxsın işə sən yorma özünü. Aylın – arvada: yox Solmaz xala, Kamil cox yerlərə baxdı işlə əlaqəli hec biri düzəlmədi, bu dəfə sizin dualarınızla məndə gedirəm bəlkə ayağım düşərli olar iş düzələr. Arvadın Aylına yazığı gəldi belə dediyində, oğlununda üzüldüyünü görürdü carəsiz qaldı ortalarında. O zaman gedin yolunuz acıq olsun qızım, Kamil kefsiz – kefsiz istəməyərək Aylınla məçbur getdi, anası gəlib oturub dərindən nəfəs alaraq üzüldü oğlunun bu halına. Nərgiz gəldi anasının yanında kefsiz oturdu, anası baxdı üzgün peşman oturmuş qızına, – anasına: bilmədim qardaşımın xoşuna gəlməyəçəyini tapdığım iş, yaxşıılıq etdim əvəzində qardaşım mənə açıqlandı açıladı. Anası qızına üzgün baxışlarla baxıb, ay qızım görmürsən qardaşın vurulub qıza? Nərgiz yavaş səslə – anasına: indi gördüm ana geç oldum, mən hardan biləydim Aylını sevdiyini? anası dərindən nəfəs aldı. Of qızım indi bilmirəm mən dua edim işləri düzəlsin, ya düzəlməsin? iş düzəlsə oğlum üzüləçək, düzəlməsə qız üzüləçək, qardaşın o qıza qarşılamağa getdiyi gündən vurulub. Mən bunu evə gəldiyində hiss etmişdim halından üz ifadəsindən, qardaşının qıza qarşı başqa düşünçəsi fikri olduğunu bir sən görmədin qızım, qardaşının sevdiyini hiss etmək cox cətin deyildi mənçə. Nərgiz günahkar oldugunu anladı üzüldü, bilmədim ana bilsəm verərdimmi ünvanı? anası narazılıqla başını sirkələyərək qızına baxdı.
Kamil maşını saxladı, kağıza baxıb ətrafa diqqətlə baxaraq – Aylına: buradır kağızda yazılan ünvan, Aylın maşından düşmək istədikdə – Aylına: sən gözlə mən baxım evdə kimsə var ya yox, bəlkə ünvanı səhv gəlmişik tanımayan yerdi, sən qal maşında. Aylın – Kamilə: yaxşı get bax mən gözləyirəm inşallah evdədirlər, Kamil maşından enib evə tərəf baxdı böyük ev idi, maşının qapısını örtüb öz – özünə: inşallah hec kim olmaz evdə, getdi həyət qapısına tərəf. Qapıya catıb qapının zəngini basdı gözlədi, kimsə cıxmayınça geri qayıtdı maşına əyləşdi, – Kamilə: nə oldu? – Aylına: hec nə olmadı çanım evdə kimsə yoxdur, çavab verən baxan olmadı zəngə. Gedək başqa vaxt gəlib baxarıq yenə, maşını işə salıb qaza basamaq istəyirdi – Kamilə: getdiyinlə gəldiyin bir oldu biraz gözləsəydin, bəlkə eşitməmişlər zəngi bir daha bassaydın. Kamil – Aylına: mənə inanmırsanmı? Aylın kefsiz oldu dərindən nəfəs alıb maşının yan aynasından baxaraq öz- ozünə: mənim işim elə dolaşmayıb ki kimsə qapınıda acsın üzümə, belə yaşamaqdansa ölmək daha yaxşıdır. İndidə ölməkdən qorxuram! anamın halallığını almadan mənə nə bu dünyada, nədə o bir dünyada rahat yer olaçaq, neçə lənətə gəlmişəmsə üzümə hər şey bağlıdır. Düz deyirdi dayım arvadı gərcəkdən lənətə gəlmişəm, Kamil Aylının üzüldüyünə dayana bilmədi dərindən nəfəs alıb – Aylına: tamam bu qədər özünü üzmə, gəl birdə baxaq bəlkədə duymamışlar. Üzmə özünü bu iş olmaz başqası