Günahsız günahkar. Roman. Hissə – 1. Fatma Axmed kızı Nabieva

Чтение книги онлайн.

Читать онлайн книгу Günahsız günahkar. Roman. Hissə – 1 - Fatma Axmed kızı Nabieva страница 4

Günahsız günahkar. Roman. Hissə – 1 - Fatma Axmed kızı Nabieva

Скачать книгу

kəsən ömürlərini sənin ömrünə çalasın qızım, – Məliyə: mənə oların ömürləri lazım deyil Məlik dayı, hər kəs verilən ömrünü yaşasaydı haqsızlıq olmazdı dünyada bu qədər. Məlik gözlərinin yaşını sildi, – Aylına: düz deyirsən qızım səninlə bu fikirdə razıyam, cox haqsızlıqlar edir bəzən bizlərə qarşı zalım fələk, qismətimizdir qacılmazdır deyib vaxtsız dözülməz dərtlərlə dücar edir. Aylın qarşısında yaşlı insanın ağlamasını istəmirdi, – Məliyə: anam yanılmadı mənə Aylın adını qoymasında, bir bilsə həyatım neçə işıqlı – parlaqlı oldu oların ölümündən sonra, dərindən nəfəs alıb baxdı Məliyə. Aylın gördü kişinin əlləri əsir tez söhbəti dəyişdi, bilmirsənmi xanım nə üçün çağırır məni? hec onunla üzləşmək istəmirəm. Məlik əsən əlləriylə gözlərinin yaşını silib – Aylına: bilmirəm qızım demədi səbəbini, sənə kobutluqmu etdi gələn kimi? dayının xətrınə döz bir təhər yola ver qızım, mən uzun illərdi burda calışıram və tək məni bu evə bağlayan Ramizin varlığıdır. Əlbəddə sözsüz birdə dayının mənə qarşı insan davranışıdır, Aylın dərindən nəfəs alaraq – Məliyə: indi burda olmağımın səbəbi elə dayıma görədir Məlik dayı, oğlunu tanımıram görmədim hec, yəqin xanım kimi oda üstən aşağı baxandı bizim kimilərinə. Məlik – Aylına: yox – yox qızım Ramiz başqadır gördüyündə sevəçəksən onun gözəl ürəyni, – Məliyə: o hələ kəsilməmiş qarpızdır gördüyümüzdə qiymətləndirərik, ançaq bunu deyim mən səni çox sevdim Məlik dayı. Məlik – Aylına: sağol qızım mənim ücündə evlad sayılırsan bundan sonra, nə lazım olsa mənə de cəkinmə tamammı? arvadın səsi gəldi bağıran, nə oldu Məlik hansı çəhənnəmdəsiniz? harda qaldınız. Aylın – Məliyə: gedək Məlik dayı mən səbəb olub xanım sənidə açılmasın, aşağı gəldilər arvadın qarşısına catıb dayanıb gözlədilər nə deyəçəyini. Arvad əlindəki məktubu kənara qoyub üzünü Məliyə tutdub kobutça, bunu evdə görüləçək işlərlə tanış et, həyətdə sənə kömək etsin nə iş görsən yanında olsun, indidən işə başını qatsın ki sonra ipini çəkməyə rahat olsun. Aylın baxıb düşünürdü, “ bu qadın insan üzündə dünyaya gəlmiş şeytan idi sanki, özündən başqasını adam yerinə qoymurdu, mərhəmət yoxdu ürəyində». Bura istirahətə gəlmədiyini anlasın vaxtında, Məlik başını aşağı salaraq yavaş səslə – arvada: xanım bunu Həsən bəy görsə – duysa mənə açıqlanar, arvad kişinin üstunə yüksək səslə bağırdı, sənə dediyimi et çəhənnəmə açıqlansın anladınmı? sənə nə deyirəm qabağıma söz qaytarmadan yerinə yetir. Anlamıram yoxsa səndə məni öyrətməyəmi calışırsan? kişi yavaş səslə – arvada: yox xanım əstəfrüllah. Arvad bağırdı kişinin üstünə, o zaman dediklərimi et çavab qaytarmadan, Aylın gördü ki arvad özünə görə yazıq kişini açılayır böyük – kicik qanmır mədəniyyət yoxdur, özünü zor tutdu arvada çavab qaytarmamaq ücün. Aylın – kişiyə: Məlik dayi sən məni görüləçək işlərlə tanış et, mən sevirəm iş görməyi narahat olma dayım hec bir söz deməz sənə, birdə sənin kimi gözəl ürəkli insanın yanında calışmağımla qürur duyaram. İnana vaxtımızda gözəl kecər gedək tanış et işlərlə məni, yazıq kişinin kövrəldiyini görüb mehribanlıqla qolundan tutdu, gedək Məlik dayı baxcanı göstər mənə, kişi könülsüz halda – Aylına: buyur qızım. Aylın gedərkən arvada tərs – tərs baxaraq Məliklə getdi həyətə, oturduğu yerdən ardlarınça deyindi öz -özünə: yüksək səslə bağıraraq, bunun dayısı istəməzmiş açılayarmış, mən dayısınıda o gətirdiyinidə peşman etməssəm adım Sənubər olmasın. Masanın üstə məktubu atıb əsəblə ayağa qalxıb bağırdı! – xadiməyə: hansı çəhənnəmdəsən otağıma qəhvə gətir, üzünü turşudub getdi ilan calmış kimi otağına.

      Kamil atasınada danışmışdı olanlar haqda, anası cayları gətirib masaya qoydu, atası cox sağol Solmaz xanım əllərinə sağlıq. Arvadı ərinin zarafatcıl və özünə qarşı cox hörmətcil olduğunu bilirdi, – ərinə zarafatla: nuş olsun Nadir bəy, qızı anasına cayları paylamağa kömək etdi. Anası cox sağol qızım əyləş, Nərgiz yaxında olaçaq imtahanlarına hazırlaşırdı, qardaşından özünə kömək etməsini xayiş etdi – Kamilə: qardaşım mənə kömək edərsənmi? – Nərgizə: edəçəm ançaq sonra indi yox, biraz işim var həll edim yardım edəçəm söz. Nərgiz uşaq kimi şıltaq idi, – qardaşına: sən demişdin imtahanlarımı yüksək balla qazansam məni istədiyim yerə aparaçaqsan, elə deyilmi? Kamil fikirli idi – baçısına: hə aparaçam, sən hələ qazan yüksək balını. Nərgiz gülümsəyərək, ana bax sizdə eşitdiniz qardaşım aparaçam dedi, – qızına: ay mənim hələdə böyüməyən kicik qalmış gözəl qızım, yaxşı bilirsən ki qardaşın sənə verdiyi sözünü tutandır. Səndə dərslərinin üstüdə çiddi duraraq calış ki yüksək bal qazana bilərsən, sonrada qardaşın səni gəzməyə aparsın dediyin yerlərə, – anasına: görəçəksiniz mən sözümü tutaçam və ən yüksək bal toplayaçam. Atası qızının şıltaqlığına baxaraq gülümsədi, – inanıram mən qızıma inşallah toplayaçaqsan yüksək bal, caylarını götürüb icdilər. Kamilin axlı qalmışdı Aylının yanında, bunu ata – anası artıq anlamışdılar biri – birilərinə baxdılar. Əri arvadına işarə etdi ki hər şey yaxşı olaçaq, anası istəmirdi oğlu üzülsün dərt cəksin, dərindən nəfəs alıb oğluna baxaraq cayını icdi.

      Aylın Məliklə həyətə gəlmişdilər, Məlik əli ilə həyətı göstərib – Aylına: buraların işinə mən baxıram qızım, sən xanımın dediyinə baxma hər işin öfdəsindən gəlirəm mən, – kişiyə: Məlik dayı məndə sizə kömək edəçəm narazılıq istəmirəm. Dayım mənə görə üzülməsin xalamın dır – dırını eşidib, xanımın gözü önündə olmaqdansa sənin yanında olmaq xoş olar mənə, kişi gülümsədi Aylının sözünə. Qızım sənin ananda cox mərəfətli qadındı idi, hər gəldiyində mənimlə söhbət edərdi hal – əhvalımı soruşardı. İnan oda sənin kimi deyərdi coxu vaxdını bizimlə kecirdərdi, arvadımla söhbət edərdi bizimlə bir masada cörək yeyərdi, cox saf ürəkli biriydi rəhmətlik, səndə anana cox bənzəyirsən qızım xasyyətindən, bəxtin oxşamasın. Dayın səslədiyində getmək istəməzdi, sevməzdi xanımın yanında qalmağı bilirdi söz – söhbət edərək gününə açılıq qataçaqdı qardaşının. Mənə deyərdi, səninlə vaxt kecirmək mənə xoşdur Məlik dayı o yad planetlinin yanında qalmaqdansa, zarafatlaşıb gülümsəyərdi, xanım bu planetdəkiləri sevmir o başqa planetdən gəlmiş deyərdi. Aylın anasının dediyi zarafata ürək açısıyla gülümsədi, – kişiyə: Məlik dayı sizin ailəniz yaxındamı yaşayır? kişinin gözləri doldu yaşla bir anda, aravadımı bir – necə il qabağa itirdim qızım. Aylın pis oldu duyduğunda, – kişiyə: Allah rəhmət etsin bilmirdim cox üzüldüm, kişi göz yaşını silib – Aylına: ölənlərinə rəhmət olsun qızım. Bizim gözümüzün ağı – qarası bir oğlumuz vardı, başqa şəhərdə təhsil alırdı və cox savadli idi. Həmişə deyərdi, ata mən təhsilimi bitirdikdən sonra artıq nə sən, nədə anam calışmayacaqsınız, bilmirəm nə oldu hansı səbəbdən oğlumu öldürdülər. Kişi göz yaşlarını saxlaya bilmirdi sel kimi üzünə axırdı, Aylında cox pis təsir etdi oğlunuda itirdiyini duyduğunda, yaxşı anlayırdı qarşısındakı gözü yaşlı carəsız insanın yaşadıqlarını.

Скачать книгу