Dünya tarixinin Turan Dövrü. Ələsgər Siyablı
Чтение книги онлайн.
Читать онлайн книгу Dünya tarixinin Turan Dövrü - Ələsgər Siyablı страница 16
İkiçayarasının və Avestanın əfsanələrində turların ilk insan oğlu kimi öküzün toxumlarından yaranması haqqında hekayətlər mövcuddur. Akkad yaradılış əfsanəsində insan “Tanrıçanın toxumu” yəni İştar ilahəsinin (Venera ilahəsi) toxumu kimi izah edilir.
Avestanın Bundaxşindəki yaradılış əfsanəsinə görə Ahuramazda ilk insan olan Qayomartı və öküzü eyni zamanda yaratdı. Mükəmməl təmizliyə malik iki yaradılış 3 min il yer üzərində yaşadıqdan sonra şəri təmsil edən Anqramanyu meydana çıxaraq öz gücünü göstərdi. Onun ilk işi öküzü öldürmək oldu. Lakin öküzün bədənindən düşən toxumdan xeyirli heyvan və bitkilər meydana gəldi. (Lenormant F. 1882, Səh. 60)
Şərq mifoligiyasında öküz məhsuldarlıq rəmzidir və burda öküzün öldürülməsi qışın sona çatması və mövsüm dəyişikliyi nəticəsində yazın gəlişi, bitki və heyvanların doğulması və həyatın yenilənməsi hadisəsini əks etdrir.
Otuz il sonra Anqramanyu Qayomartı öldürdü və bu ilk insanın yerə düşən toxumlarından ravənd bitkisi böyüdü, bu bitkinin ortasında arxaları bir-birinə bitişik qadın və kişi vardı. Ahuramazda onları bir-birindən ayırdı, onlara ağıl və ruh verdi, bütün insanlar bu qadın və kişidən törədilər. Onlar ilk insanlar olan Maşya və Maşyana idilər. (Lenormant F. Beginnings of History, Səh. 61)
Anqramanyu/Əhrimən bu hərəkəti ilə yalnız ruhlar aləmində mövcud olan varlığı, təbiət canlıları və insanlar şəklində yerə yendirdi və fiziki aləmin yaradılmasının səbəbkarı oldu.
Fikrimizə görə ilk insan Qayumart haqqındakı iran yaradılış əfsanəsi, hind-avropalılar bunu etiraf etmək istəməsələr də, Sumer yaradılış əfsanəsinin təhrif olunmuş variantıdır. Qayumart adının əsli Qu-martu şəklindədir və Sumer-akkad dilində “öküzün/buğanın oğlu” deməkdir. (F.Delitzsch. 1896, Səh. 391)
Qayumart Sumer yaradılış əfsanəsindəki göyüzü tanrısı, tanrıların atası Anın oğlu “öküzdən törəmiş öküz” tituluna malik Enkinin İran əfsanəsinə yansımış prototipidir. Sumer yaradılış əfsanəsində də, öküz/buğanı təcəssüm etdirən Enkinin mayasından canlı aləmin əsasını təşkil edən öküz timsalında təcəssüm olunan çaylar yaranmış və özü ilə bərəkət və məhsuldarlıq gətirmişdir.
Ahuramazda Qayumartı və öküzü eyni zamanda yaratmışdır. Əhrimən öküzü öldürdükdən sonra onun toxumlarından bütün canlılar və o cümlədən insan yaranmışdır. Sumer əfsanəsində də öküz obrazında Enki insanlar olan qadın və kişinin və bütün canlıların yaradıcısıdır. Dünyaya həyat verən Dəclə və Fərat çayları Öküzün mayasından yaranmışdır.
İranlıların mifologiyasında turanlılardan əxz etdikləri öküz obrazı mühüm yer tutur. Gənc oğlan obrazında təsvir olunan tanrı Mitra söl əli ilə öküzün biynuzundan tutmuşdur sağ əlindəki bıçaqla öküzü qurban verir. Öküz günəşin rəmzidir və o adətən axşamlar qurban verilir. Avestada və sanskrit əfsanələrinə görə Günəş tanrısının əmri ilə Mitra qurban verilən öküzün qanından təbiət canlıları, toxumlarından isə insanlar yəni oğullar-turlar yaranır. Qurban verilən öküz yaranışın və doğulmanın səbəbi və simvoludur, doğulmanın və yaradılışın başlanğıcı və atasıdır. Tur adı həm öküz, həm də oğul və doğulma mənasındadır.
Sumer dilində Tur sözü insan mənasında oğul, uşaq, körpə anlamı daşıdığı kimi kiçik, bala, cavan heyvanları da, o cavan öküzü də ifadə edirdi. (J.Halloran. Sumerian Lexicion, Səh. 45)
Sumer mifologiyasında Tur tanrıdır. T.Yakobsen tanrı Mardukun adının əslində Tur-Utu olduğunu və günəş tanrısı Utunun öküzü anlamı daşıdığını yazır. C. Qadd sumercə “luqal Mar-da-dinqirra” ifadəsinin emesal dialektinə uyğun olduğunu və əslində ifadənin “tanrısal kral Tur” şəklində olduğunu yazır. (Jacobsen T. 1968, səh. 104–108.;Qadd C. 1924, Səh. 49)
Oppertin və Lenormanın da qeyd etdikləri kimi Tur tanrı adı idi və o Günəş tanrısı Utunun öküzü idi. Tur-Utu tanrı adı kassilərin Babildəki hakimiyyətləri dövründə tanrı Marduk şəklində ifadə olunurdu.
Tur İran rəvayətlərində Firudinin üç oğlundan biri və türklərin ulu atası hesab olunur. Əgər Turan sözünü iran əfsanələri əsasında izahını qəbul etsək onun mənası Tur adının sonuna cəm halını bildirən “an” şəkilçisini artırmaqla meydana gələn Turlar və Turların ölkəsi deməkdir. Avropa və Rusiya alimlərinin böyük qismi Turları irandilli hesab etsələr də, İranlılar lap qədimlərdən Turları türk, Turanı isə türklərin ölkəsi kimi qəbul etmişlər.
Avestada oturaq əkinçi və heyvandar xalqların ərazilərinə daima basqınlar edən, onları çapıb talayan şimal və şərqdəki köçəri xalqlar mənası şər ruhlu, amansız, vəhşi, talançı mənasında olan Tura adlandırılmışdır.
Sasanilər sülaləsinin hakimiyyəti dönəmində də Türklərin yaşadığı əraziləri Turan və Mərz-i Turan yəni Turanlıların ərazisi adlanırdı.
Firdovsinin “Şahnamə” əsərində və digər ərəb-fars mənbələrində İranı təmsil edən farslarla, sakları təmsil edən Turan arasında uzun illər ərzində davam edən və gah birinin gah da digərinin qələbəsi ilə nəticələnən çoxsaylı savaş səhnələri öz əksini tapmışdır. Bu savaşlarda Turanlıların başında iranlıların Əfrasiyab adlandırdıqları padşah dururdu. Mahmud Qaşqarlı və Yusif Balasaqunlu Əfrasiyabı Turan padşahı Alp Ər Tonqa adlandırırlar. İranlıların başında isə Kəyanilər sülaləsi, xüsusən də onlara mənsub olan və farsların Keyxosrov, avropalıların isə Kir adlandırdıqları şahları dururdu.
Turları inadcıllıqla irandilli tayfalar kimi qələmə verən avropa və rus tarixçilərinin iddalarının əksinə olaraq Şahnamə müəllifi Firdovsi heç bir şübhəyə yer qoymadan onların türklər olduqlarını aydın şəkildə yazmışdır.
Türklərin qədimdə adlarından biri Tur olduğu kumu digər adları da Sak idi. VI əsr Bizans tarixçisi Menandr Türklərdən bəhs edərkən onların qədim zamanlarda sak adlanrıldıqlarını yazır.
Fars dilində Turan həm turlar həm də turların ölkəsi deməkdir. Fransız tarixçi J.Blochet Avestada bəhs olunan Tur və Tura kəlmələrinin Türk demək olduğunu isbat etmişdir. İngilis türkoloq Marqvart da özlərini ilk dəfə Tura adlandıranların sak mənşəli massagetlər olduqlarını yazır.
Tur