Hekayələr. Ги де Мопассан
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - Ги де Мопассан страница 12
Yeməkdən sonra çərəz veriləndə arvadlar eyhamlı, ikibaşlı sözlər danışmağa başladılar. Çox içdiklərindən gözləri alışıb-yanırdı. Hətta belə hallarda öz təmkinini saxlayan qraf özünə bir qədər sərbəstlik verib indiki vəziyyətlərini qütbdə qışlayanların vaxtının qurtarması ilə müqayisə etdi və keçirdikləri halı gəmi qəzasına uğrayan, nəhayət, Cənuba doğru uzanan yolların üzlərinə açıldığını görən insanların sevincinə bənzətdi. Qrafın zarafatı hamının xoşuna gəldi.
Özündən çıxmış Luazo qədəh əlində ayağa qalxdı:
– Bizim xilas olmağımızın şərəfinə içirəm!
Hamı ayağa durdu və onun dediyinə şərik oldu, hətta rahibələr də xanımların şirin dilinə uyub ömürlərində dadını bilmədikləri köpüklü şərabdan bir-iki qurtum içdilər və dedilər ki, bu şərab köpüklü limonada oxşayır, ancaq ondan dadlıdır.
Luazo deyilənləri yekunlaşdırdı:
– Heyif ki, fortepiano yoxdur, olsaydı, çalıb-oynayardıq!
Kornyude bir kəlmə də danışmadı, yerindən də tərpənmədi. O, ağır düşüncələrə dalmışdı və hərdənbir uzun saqqalını dartışdırır, elə bil onu bir az da uzatmaq istəyirdi. Nəhayət, gecəyarıya yaxın dağılışmağa başlayanda ayaq üstə güclə dayanan Luazo gözlənilmədən onun qarnına bir dürtmə vurdu və dili dolaşa-dolaşa:
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.