Hekayələr. Ги де Мопассан

Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Ги де Мопассан страница 9

Hekayələr - Ги де Мопассан Hekayə ustaları

Скачать книгу

krujka çilik-çilik oldu. Bu əclaf zabitin hərəkətləri hamını qeyzləndirdi. Onların qəzəbdən ağızlarından od tökülməyə başladı. Ona, bu həyasız zabitə cavab vermək üçün birləşdilər, elə bil Gonbuldan tələb olunan məsələdə iştirak etmək və hərə öz payını vermək üçün hazır olduqlarını bildirdilər. Qraf ikrah hissi ilə dedi ki, bunlar özlərini qədim vəhşilərdən də pis aparırlar. Xüsusilə qadınlar Gonbulun halına yanıb dərdinə şərik oldular. Öz otaqlarından ancaq yeməkdən-yeməyə çıxan rahibələr başlarını aşağı salıb susdular.

      Aradan bir az keçdikdən və əsəbləri bir qədər sakitləşdikdən sonra nahar eləməyə başladılar. Nə qədər çalışdılarsa da, bir sözün ucundan tutub söhbət edə bilmədilər. Hamı düşüncəyə dalmışdı.

      Xanımlar nahardan sonra tələsik öz otaqlarına getdilər. Papiros çəkməyə qalan kişilər isə qumar oynamağa başladılar, zabiti inadından döndərmək üçün məsləhət almaq məqsədilə cənab Folanvini də oyuna dəvət etdilər. Amma mehmanxana sahibindən heç nə öyrənə bilmədilər. O heç nə eşitmir, heç kəsə cavab vermir, oyuna girişərək tez-tez:

      – Cənablar, oynayın, oyununuzu oynayın! – deyirdi.

      O elə qızışmışdı ki, hayxırağını tüpürməyi belə unutmuşdu. Ona görə də dolmuş sinəsi körük kimi xışıldayırdı. Onun sinəsindən cürbəcür səslər çıxırdı. Gah yoğun xırıltı, gah da yenicə banlamaq istəyən xoruzbeçə səsi kimi cır səslər çıxırdı.

      Yorğunluqdan ayaq üstə güclə dayanan arvadı dalınca gəlib onu yatmağa çağıranda da Folanvi getmədi. Arvadın əlacı kəsilib özü təkcə yatmağa yollandı, çünki o, budaqda yatan quş kimi səhər tezdən, gün doğmamış yuxudan durardı. Əri isə gec yatar, dostları ilə lap səhərə qədər oturmağı sevərdi. Folanvi arvadının arxasınca: “Mənə qoqlu-moqlu çal və sobanın üstünə qoy”, – deyə qışqırdı və yenə də oynamağa başladı. Sərnişinlər ondan söz qoparmağın mümkün olmadığını gördükdə yatmağın vaxtı çatdığını qərara aldılar və dağılışıb hər kəs öz otağına getdi.

      Bu iyrənc karvansarada bir gün də ləngiyə biləcəklərindən qorxuya düşən və ona görə də getmək arzusu daha da şiddətlənən sərnişinlər ertəsi gün, ümidləri az olsa da, səhər tezdən oyandılar. Əfsus ki, atlar yenə tövlədə idi və faytonçu gözə dəymirdi. Əlacsız qalıb karetin ətrafında xeyli dolandılar.

      İştahsız və könülsüz halda səhər çörəyini yedilər. Hiss olunurdu ki, Gonbula münasibət bir az soyumuşdu, deyəsən, gecə götür-qoy etmişdilər və fikirlər dəyişmişdi. İndi, demək olar, onların hamısı qızın necə xəlvətcə prus zabiti ilə görüşüb yoldaşlarının oyanmasına qədər xoş bir sürpriz hazırlamadığına görə hirslənmişdi. Burada çətin nə vardı ki? Bir də bu işdən axı kim xəbər tutacaqdı? O, prus zabitinə el gözünə deyə bilərdi ki, bu işə məyuslaşmış yol yoldaşlarının xatirinə razılıq verir. Bu, Gonbuldan ötrü çox asan və mənasız işdir. Ancaq hələ heç kəs ağlından belə şeylər keçdiyini boynuna almaq istəmirdi.

      Günortadan sonra darıxıb əldən düşdüklərinə görə qraf bir az çıxıb dolanmağı təklif etdi. Buxarının qırağında oturmağı hər şeydən üstün tutan Kornyude və bütün günü kilsədə, ya da keşişin yanında keçirən rahibələrdən başqa qalanları möhkəmcə bürünərək yola düşdülər.

      Gündən-günə şiddətlənən şaxta qulaqları, burunları kəsirdi. Ayaqları donduğundan addım ata bilmirdilər. Düzənliyə çatanda ağ örtük altına sərilmiş çöllər elə məşum göründü ki, dərhal onları qüssə bürüdü, ürəkləri sıxıldı və geri döndülər. Xanımlar qabağa düşdülər, üç kişi isə onların dalınca addımladı. Vəziyyəti gözəl başa düşən Luazo birdən:

      – Bu fahişənin ucbatından biz bu viranxanada çoxmu qalacağıq? – deyə soruşdu.

      Həmişə ədəb-ərkan gözləyən qraf:

      – Belə bir təhqiramiz işə qadını məcbur etmək olmaz, – dedi. – Bu iş gərək xoşluqla olsun, onun öz razılığı ilə.

      Ancaq cənab Korre-Lamadon qeyd etdi ki, əgər deyilən kimi olsa, yəni fransızlar Dyepdən keçib əks-hücuma başlasalar, vuruşma mütləq Totda olacaq. Bu fikir onun müsahiblərini qorxuya saldı.

      – Piyada qaçıb getsək, necə olar? – deyə Luazo dilləndi.

      Qraf çiyinlərini çəkdi:

      – Nə danışırsınız, belə qarlı havada, özü də arvadlarla? Bundan başqa, dərhal dalımızca adam göndərər, onca dəqiqədən sonra tutub əsir alarlar və bizi əsgərlərin ixtiyarına verərlər.

      Bu söz ağlabatan idi. Hamı susdu.

      Xanımlar geyim-kecimdən söhbət edirdilər. Amma deyəsən, aralarında pərtlik vardı.

      Birdən küçələrin qurtaracağında bir zabit göründü. Üfüqə qədər uzanan qarlı çöllərin işığında onun eşşəkarısına oxşayan uzun bədəni aydınca seçilirdi. O, silinib təmizlənmiş uzunboğaz çəkmələrinin palçığa bulanmasından ehtiyat edən bir hərbçi vərdişi ilə dizlərini qatlaya-qatlaya irəliləyirdi.

      Zabit xanımlara yaxınlaşanda təzim etdi və kişilərə şübhə ilə baxdı. Onlar isə şəxsi ləyaqətlərini saxlayıb şlyapalarını çıxartmadılar. Təkcə Luazo az qalmışdı ki, əlini papağına uzatsın.

      Gonbul qulağının dibinəcən qızardı. Onunla yanaşı gedən ərli üç xanım isə kobud zabitin onları bir yataqda yatmaq istədiyi küçə qızı ilə bir yerdə görməsindən özlərini təhqir olunmuş sayırdılar.

      Dərhal zabitin görkəmi, onun sir-sifəti, boy-buxunu haqqında söhbətə başladılar. Həyatı boyu çox zabitlər görüb yola salan və onların yaxşı-pisindən başı çıxan xanım Karre-Lamadon dedi ki, bu prus zabiti o qədər də pis kişi deyil, hətta təəssüfləndi ki, əgər o, fransız olsaydı, arvadların ağlını yerindən oynadan gözəl bir qusar ola bilərdi.

      Gəzintidən qayıtdıqdan sonra bilmədilər nə iş görsünlər. Hətta hər balaca, mənasız məsələdən ötrü bir-birini acılamağa başladılar. Sakitcə və tələsik nahar etdilər və dərhal da otaqlara dağılışıb yatmağa getdilər ki, vaxtı öldürsünlər.

      Ertəsi gün səhər tezdən, sərnişinlər yuxudan durub yemək otağına toplaşanda yorğun və qəzəbli görkəmləri vardı. Xanımlar Gonbulun üzünə baxıb onunla kəlmə belə kəsmək istəmədilər.

      Kilsə zəngi çalındı. Deyəsən, uşaqları xaç suyuna çəkmək mərasimi olacaqdı. Gonbulun bir uşağı vardı. İvetoda bir kəndli qadınına saxlamağa vermişdi. Onun üzünü ildə bircə dəfə ancaq görürdü və çalışırdı ki, balasını yadına salmasın. Amma indi kilsədə zəng sədaları altında kiminsə körpə uşağının xaç suyuna çəkiləcəyini bildikdə birdən-birə Gonbulun qəlbində doğma balasına qarşı

Скачать книгу