Hekayələr. О. Генри

Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - О. Генри страница 5

Автор:
Жанр:
Серия:
Издательство:
Hekayələr - О. Генри Hekayə ustaları

Скачать книгу

jiletinin aşağı düyməsindən ta yuxarıya qədər özünə arxayın idi: üzünü təmiz qırxmış, münasib pencək geyinmişdi, qara rəngli gözəl qalstuku isə ona Şükranlıq günündə21 bir missioner qadın bağışlamışdı. Əgər diqqət çəkmədən özünü masaya yetirə bilsə, deməli, müvəffəqiyyət təmin olunmuşdur. Bədəninin masadan yuxarı görünən hissəsi ofisiantda heç bir şübhə doğurmayacaqdı. Sopi düşündü ki, əvvəlcə qızardılmış ördək və bir şüşə şərab sifariş versin. Sonra isə pendir, bir fincan qara qəhvə və siqar. Birdollarlıq siqar yerinə düşər. Hesab yüksək olmaz və kafe rəhbərliyi qisas məqsədi ilə sərt tədbirlərə əl atmaz. O isə bu cür nahardan sonra ləzzətlə öz qış sığınacağına səyahətə başlaya bilər.

      Lakin Sopi restoranın kandarına ayaq basan kimi baş ofisiantın iti gözləri dərhal onun sürtülmüş şalvarını və əyilmiş çəkmələrini gördü. Qüvvətli, çevik əllər cəld onu çevirdi və sakitcə küçəyə ötürdü. Bununla da ördəyin canı onun üçün hazırlanmış kədərli taledən qurtardı.

      Sopi Brodveydən geri qayıtdı. Belə düşünürdü ki, onun Adaya gedən yolu qızılgüllərlə bəzədilməyəcək. Nə etməli? Cənnətə daxil olmaq üçün başqa üsullar axtarmaq lazımdır.

      Altıncı küçənin axırında müxtəlif mallarla gözəl bəzənmiş vitrinlərin gur işıqları yoldan ötənlərin nəzərini cəlb edirdi. Sopi yerdən bir daş götürüb şüşəyə atdı. Tindən çıxan adamlar ora-bura qaçışdılar. İrəlidə isə polis yüyürürdü. Sopi əllərini cibinə salıb dayandı və polisin qarşısında gülümsəməyə başladı.

      – Bunu kim edib? – polis tələsik xəbər aldı.

      – Sizə elə gəlmir ki, bu işdə mənim barmağım var? – Sopi xəfif istehzayla, lakin öz böyük uğuruna sevinən adam təki mehribancasına soruşdu.

      Polis Sopini heç fərziyyə kimi də qəbul etmək istəmədi. Mağazaların vitrinlərini daşla qıran adamlar qanun keşikçiləri ilə danışığa girmirlər. Onlar o dəqiqə dabanlarına tüpürüb qaçırlar. Polis məhəllənini axırında tramvaya çatmaq üçün qaçan adamı gördü və dəyənəyini qaldırıb onun arxasınca yüyürdü. Sopi qəlbində ikrah hissi ilə yoluna davam etdi. İkinci uğursuzluq…

      Küçənin qarşı tərəfində xüsusi tələbləri olmayan bir restoran yerləşirdi. O, böyük iştahası və az pulu olanlar üçün nəzərdə tutulmuşdu. Qab-qacağı və havası ağır, süfrəsi bəzəksiz və şorbaları dadsız idi. Bu mədə məbədgahına Sopi öz eyibli çəkmələrini və sürtülmüş şalvarını əngəlsiz keçirə bilərdi. O, masa arxasında oturub bifşteks, bir porsiya oladya22 və bir tikə piroq yedi. Sonra isə restoran xidmətçisinin nəzərinə çatdırdı ki, lap xırda qəpiklərlə də ümumi tanışlığı yoxdur.

      – Yaxşı, indi isə, – Sopi dedi, – tez olun! Polisi çağırın. Lütfən, cəld tərpənin, centlmeni gözləməyə məcbur etməyin.

      – Polissiz də keçinərsən! – ofisiant yağlı bulka kimi yumşaq səslə dilləndi və kokteyldəki albalıya oxşar gözləri işıldadı, – ey, Kon, kömək elə!

      İki ofisiant Sopini səliqə ilə sol qulağı üstə səkinin üstünə yıxdı. O, uzun dülgər xətkeşi kim yerdən hissə-hissə qalxdı, paltarının tozunu çırpdı. Həbs olunmaq ona xoş arzu, Ada isə əlçatmaz xəyal kimi görünürdü. İki ev aralıdakı aptekin yanında dayanan polis gülüb yoluna davam etdi.

      Sopi bəxtini bir daha sınamaq üçün cəsarət toplamazdan əvvəl beş məhəllə dolaşası oldu. Ciddi və gözəl geyinmiş cavan bir qadın mağazanın vitrini qarşısında dayanmışdı, üz qırxmaq üçün ləyənçələrə və mürəkkəbqabılara baxırdı. İki addım kənarda isə zorba, zabitəli bir polis dirsəyini yanğınsöndürən krana söykəyib özünü nümayiş etdirirdi.

      Sopi ikrah doğuran küçə arvadbazı rolunu oynamaq qərarına gəldi. Nişan aldığı qadının münasib xarici görkəmi və heybətli polisin yaxında olması tezliklə polisin güclü əlini çiynində hiss edəcəyinə və qış mövsümünü rahat adacıqda keçirəcəyinə təminat verirdi.

      Sopi missioner xanımın hədiyyəsi olan qalstuku düzəltdi, sözə qulaq asmayan manjetini çölə çıxardı, şlyapasını rəşadətlə yan qoydu və düz gənc qadına sarı addımladı. O, şuxluqla qadına göz vurdu, qaqqıldadı, gülümsədi, öskürdü, bir sözlə, küçə avaralarına məxsus bütün klassik fəndlərdən həyasızcasına istifadə etdi. Sopi gözünün ucu ilə baxıb gördü ki, polis diqqətlə onu izləyir. Gənc qadın bir neçə addım kənara çəkildi və yenidən ləyənçələrə baxmağa başladı. Qadının arxasınca gedən Sopi sırtıqcasına onunla yanaşı dayandı və şlyapasını qaldırıb dedi:

      – Ah, siz necə də gözəlsiniz! Bir az gəzişək?

      Polis izləməkdə davam edirdi. Təhqir olunmuş gənc qadının barmağını qaldırması kifayət edərdi ki, polis özünü yetirsin. Sopi artıq polis məntəqəsinin istiliyini və rahatlığını canında hiss edirdi. Amma birdən Sopiyə tərəf çevrilən gənc qadın onun əlindən tutdu.

      – Məmnuniyyətlə, Mayk! – qadın sevinclə dilləndi. – Pivəyə qonaq edərsən? Mən elə əvvəldən səninlə danışardım, amma polis baxırdı.

      Gənc qadın sarmaşıq palıd ağacına dolaşan kimi Sopinin ətrafında dolanırdı. Beləliklə, o, qadınla əl-ələ qanun keşikçisinin yanından ötub-keçdi. Müsbət olanı o idi ki, Sopi azadlıqdan ləzzət almağa məhkum olunmuşdu. Yaxınlıqdakı küçədə o, yol yoldaşından kənarlaşıb aradan çıxdı. O, reklam işıqları ilə bəzədilmiş məhəllədə dayandı. Bu məhəllədə insanlar da, qəlblər də, musiqi də eyni dərəcədə xoşagəlimli idi. Qadınlar xəzlərində, kişilər isə isti paltolarında soyuq küləklə mehriban ünsiyyətə girmişdilər. Sopini qəfil qorxu hissi bürüdü. Bəlkə, hansısa yaman caduların hesabına o, polislərin qarşısında dişbatmaz olub? Çaşıb-qalmışdı. Polisin yanına çatdığı zaman teatrın işıqlandırılmış girişi qarşısında vüqarla dayandı və “ictimai yerdə xuliqanlıq” adlanan sonuncu saman çöpündən yapışmaq qərarına gəldi.

      Sopi xırıltılı səsi ilə gücü çatdığı qədər hansısa mahnını keflilərsayağı bağırmağa başladı. O, səkinin üstündə rəqs eləyir, bağırır, ədabazlıq edir – asayişi pozmaq naminə bütün üsullardan yararlanırdı. Polis dəyənəyini fırladı və arxasını qalmaqalçıya çevirərək yoldan ötən birinə dedi:

      – Bu, tələbədir. Onlar bu gün Hartford kollecinin futbol komandası üzərində çaldıqları qələbəni bayram edirlər. Səs-küy salırlar, amma bu, təhlükəli deyil. Bizi təlimatlandırıblar ki, onlara toxunmayaq.

      Çarəsiz Sopi heç nəyə yaramayan canfəşanlığına son qoydu. Doğrudanmı, bir polis tapılmayacaq ki, onun yaxasından yapışsın? Adadakı həbsxana ona əlçatmaz arzu kimi görünməyə başladı. O, nazik pencəyini bərk-bərk düymələdi: soyuq bütün bədəninə

Скачать книгу


<p>21</p>

Şükranlıq günü – rəsmi amerikan bayramı; Yeni Dünyada ilk məhsul yığımı şərəfinə (noyabrın axırıncı cümə axşamı) Yeni İngiltərənin kolonistləri tərəfindən təsis edilmişdir.

<p>22</p>

Oladya – buğda unundan hazırlanmış kökə