Hannibal. Richard A. Gabriel

Чтение книги онлайн.

Читать онлайн книгу Hannibal - Richard A. Gabriel страница 2

Автор:
Жанр:
Серия:
Издательство:
Hannibal - Richard A. Gabriel Tarixi yaradanlar

Скачать книгу

Maqondan savayı daha iki nəfərin adı çəkilir. Onlardan biri Qannon, digəri isə «Təkbaşına» ləqəbli Hannibal Monomax idi.

      Hannibal hərbi hazırlıqlara 13 yaşında başlayıb. Qısa vaxtda karfagenlilərə və ispan tayfalarına məxsus bütün silahlardan istifadə etməyi öyrənib. Üstəlik, tarixi mənbələrdə onun məharətlə at çapdığı, həddən artıq iradəli və dözümlü olduğu yazılıb. Bununla yanaşı, Hannibal Pireney yarımadasını əhatə edən Kelt-İberiya mədəniyyətini, oradakı tayfaların adət-ənənəsini və idarəçilik qaydalarını öyrənmişdi. Bu tayfalar arasında ittifaqlar və ədavətlər barədə dərindən məlumatlı idi. Onların dini dünyagörüşlərindən tutmuş döyüş taktikalarınadək hər şeyi bilirdi. Yəqin, elə buna görə tezliklə başa düşmüşdü ki, Karfagen ordusundakı döyüşçülərin sayı İspaniyada zəbt edilən əraziləri əldə saxlamaq üçün çox azdır. Üstəlik, həmin torpaqları itirməmək üçün əsgərlərin sayını artırmaqdan daha vacib iş var: yerli tayfalar arasında qurulan və tərkibi mütəmadi olaraq dəyişən ittifaqlarla ayaqlaşmaq, dil tapmaq!

      Hərbi hazırlıqlarla yanaşı, Hannibal hərtərəfli təhsil almışdı: onun müəllimləri böyük ehtimalla Siciliyada və İspaniyada muzdla işləyən yunanlarla karfagenlilər olub. Yunan dilini mükəmməl bilirdi hətta sonralar sürgündə olduğu müddətdə Suriya, Ponta və Vifiniyada yunanca danışan zadəganlarla rahat ünsiyyət qururdu. Qədim mənbələrdə onun digər dillərin də bilicisi olduğu yazılıb. Ümumiyyətlə isə dillərə olan bu həvəsi gələcəkdə müxtəlif tayfa başçıları ilə danışıqlar apararkən karfagenli sərkərdənin dadına çox çatıb.

      Gənc hərbçi

      Atası oretan tayfası ilə döyüşdə həlak olarkən Hannibalın 20 yaşı vardı. Hadisə belə baş vermişdi: Haminkar sahil kənarı bir şəhəri mühasirəyə aldı və karfagenlilərin müttəfiqi olan oretan tayfasının başçısını gözlədi. Oretanlar gələndən sonra o, ordunun böyük bir hissəsini geri göndərdi. Lakin tayfa başçısı Haminkarı düşmənə satdı – oretanlar karfagenlilərə hücum çəkdilər. Daha çox oğullarının həyatına görə narahat olan Haminkar düşmən mühasirəsindən çıxmağa cəhd etdi. O, Hanniballa Hasdrubalı xilas etmək üçün oretanların diqqətini özünə çəkməyə çalışdı. Oğullarını yola salıb özü tamam başqa yolla getməyə başladı. Hiyləsi baş tutdu və övladları xilas oldu. Oretanlar Haminkarla döyüşçülərini sonadək təqib etdi. Fərziyyələr müxtəlifdir: kimi sərkərdənin suda batdığını, kimi də ələ keçirilərək qətlə yetirildiyini bildirir. Həmin vaxt Haminkarın təxminən 50 yaşı var idi və artıq 9 ildir ki, İspaniyada Karfagenin maraqları uğrunda döyüşürdü.

      Respublika olan Karfagendə hərbi rəisləri senat təyin edirdi. Hannibal, Karfagen ənənələrinə görə, bu mühüm vəzifə üçün hələ çox gənc idi. Bu səbəbdən də Haminkarın ölümündən sonra ordu və karfagenlilər onun kkürəkəni, «Gözəl» ləqəbli Hasdrubalı sərkərdə seçir. Beləcə, Hannibal M.ö. 228-ci ildən M.ö. 221-ci ilədək Hasdrubalın rəhbərliyi altında xidmət edir. O həmin illər ərzində cəsur komandir kimi tanınır. Livinin yazdığına görə, «Hasdrubal qətiyyət tələb olunan döyüşlərdə həmişə Hannibala üstünlük verirdi. O, tabe olduğu qədər də əmr etməyi bacarırdı. Təhlükə qarşısında həm cəsarət, həm də müdriklik nümayiş etdirir, hər cür əziyyətə qatlaşırdı. İstiyə və soyuğa eyni qədər dözümlü idi. Heç vaxt lazım olandan çox yeməz və içməzdi. Asudə vaxtını rahat yataqda deyil, hərbçilərin arasında və qarovulda keçirərdi. Geyimi də Hannibalı digər döyüşçülərdən fərqləndirmirdi. Onu yalnız silahından və atından tanımaq olurdu. Döyüşə hər kəsdən öncə atılar, hər kəsdən sonra çıxardı».

      Hannibal Gözəl Hasdrubalın rəhbərliyi altında üç il kiçik bir hərbi hissənin rəhbəri kimi xidmət edib. Ardınca isə qoşun başçısı təyin olunub. Bir neçə ay sonra bu təyinatı Karfagen senatı da təsdiqləyib. Həmin vaxt onun vur-tut 26 yaşı vardı, lakin böyük hərbi təcrübəyə yiyələnməyə macal tapmışdı. Odur ki qədim dövrün bir çox sərkərdələrindən daha yetkin və təcrübəli təsir bağışlayırdı. Bircə İspaniya qoşunlarına rəhbərlik edən Afrikalı Ssipionun3 hərbi təcrübəsini Hannibalın təcrübəsi ilə müqayisə etmək olardı.

      Hannibalın xarakteri

      Hannibal xaraktercə çox qorxmaz idi. Lakin bəzən onun cəsarəti həddi aşır və həyatı üçün ciddi təhlükəyə çevrilirdi. Məhz buna görə dəfələrlə ölümdən dönmüşdü. Məsələn, Hannibal indiki İspaniya ərazisində yerləşən Saqunt qalasını mühasirəyə alarkən nizə ilə yara almışdı. Antik müəlliflərin yazdığına görə, «ehtiyatsızlıq edən Hannibal mizraqla ombasından ağır yaralanır. Bundan sonra hücumdan imtina edən karfagenlilər bir neçə gün sərkərdənin yarasının sağalmasını gözləmişdilər. Həmin zaman kəsiyində döyüşlərə ara vermiş, hər iki tərəf fürsətdən faydalanaraq səngər qazmış və istehkam qurmuşdu».

      M.ö. 218-ci ildə baş verən bir döyüşdə Hannibal yenə yaralanır, ancaq yarası sağalmağa macal tapmamış növbəti qalaya doğru hərəkət edir. Orada romalıların çörək anbarları vardı. Müharibənin əvvəlindən burada kəndlilər sığınacaq tapmışdılar. Onlar Hannibalı silahla qarşılamaq qərarına gəlirlər, hərçənd ilk toqquşmadaca məğlub olurlar. Baxmayaraq ki, qarşılarında yaralı bir sərkərdə vardı.

      Bundan bir müddət sonra Hannibal Arno çayının yanındakı bataqlıqdan keçərkən gözünə infeksiya düşür. Nepotun dediyinə görə, sərkərdə «ağır göz xəstəliyi keçirir və nəticədə sağ gözü zəifləyir». Livi isə yazır ki, onun gözləri iltihablanır və müalicə almağa vaxtı olmadığından bir gözünü tamamilə itirir.

      Bir sözlə, hədsiz cəsarəti, qarşısına qoyduğu məqsədə mümkün olduğu qədər tez çatmaq istəməsi çox vaxt Hannibala baha başa gəlirdi: yaralanır, səhhətində problemlər ortaya çıxırdı.

      Yeri gəlmişkən, romalı müəlliflər Hannibalın xarakteri ilə bağlı bir çox hallarda qərəzli məlumat verirlər. Onlar sərkərdənin hərbi istedadını təkzib etməsələr də, xasiyyətindəki nöqsanları xüsusi qabardırlar. Hannibalı tənqid edən bir sıra tarixçilər onun tamahkar, qəddar və vəhşi birisi olduğunu irəli sürür, əxlaqi seksual pozğunluqda hətta adamyeyənlikdə ittiham edirlər! Sərkərdəni ən obyektiv qiymətləndirən qədim dövr tarixçilərindən biri olan Polibi4 təsdiqləyir ki, «karfagenlilər Hannibalı tamahkar, romalılar isə qəddar sayırdılar». Məsələn, yunan əsilli Roma tarixçisi İsgəndəriyyəli Appian Hannibalı «sevgi macəraları yaşamaqda» ittiham edir. Livi isə yazırdı ki, Hannibal Alp marşrutunu planlaşdıranda azuqə ehtiyatı məsələsi müzakirə olunurmuş. «Təkbaşına» ləqəbli hərbçilərdən biri – Monomax deyir ki, Alpı uğurla qət etmək üçün yolda ölənlərin ətini yemək lazım gələcək. Livi Hannibalı bu təklifdən imtina etməməkdə günahlandırırdı.

      Bütün bu tənqidi fikirlər romalıların özlərini düşmənlərindən mənəvi cəhətdən yüksək göstərmək

Скачать книгу


<p>3</p>

Publi Korneli Ssipion (M.ö. 235 – M.ö. 183) – Qədim Roma sərkərdəsi və siyasi xadim. Hərbçi və dövlət xadimi olan atası ilə eyni ad və soyadı daşıyırdı. Odur ki əsərin müəyyən yerlərində onları fərqləndirmək üçün mötərizədə yazılmış «ata» və «oğul» sözlərindən istifadə edəcəyik.

<p>4</p>

Polibi – M.ö. 200 – M.ö. 120-ci illərdə yaşamış qədim yunan tarixçisi, dövlət xadimi və sərkərdə