Hannibal. Richard A. Gabriel

Чтение книги онлайн.

Читать онлайн книгу Hannibal - Richard A. Gabriel страница 6

Автор:
Жанр:
Серия:
Издательство:
Hannibal - Richard A. Gabriel Tarixi yaradanlar

Скачать книгу

keçərkən başlarına gələnləri göstərmək olar. Həmin vaxt onlar tamam əldən düşmüşdülər, üstəlik, soyuqdan tir-tir əsirdilər. Nəticədə karfagenlilərin qəfil hücumu ağır məğlubiyyəti qaçılmaza çevirdi. Başqa bir qayda döyüşün baş verdiyi ərazinin coğrafi göstəricilərindən maksimum şəkildə istifadə etmək idi. Karfagenli sərkərdələr tez-tez cinahlarda ağır hərbi birləşmələr yerləşdirir, bu zaman düşmənə manevr etməsi üçün mümkün qədər az yer saxlayırdılar. Bəzən bunun üçün piyada və süvari dəstələrlə yanaşı, fillərdən də istifadə olunurdu. Coğrafi mövqe əlverişlidirsə, Karfagen süvarilərinin bir hissəsi rəqibin qoşununu döyüş meydanından sıxışdırıb çıxarır, digər hissəsi isə arxadan qəfil hücuma keçirdi.

Bir sözlə, Hannibalın ordusu əksər qələbələrini ağıllı şəkildə düşünülmüş və dəqiqliklə icra edilmiş hərbi qərarlar nəticəsində qazanmışdı.

Karfagenlilərin düşməni – romalılar

Roma ordusu uzun müddət legion adlanıb. Legion manipula adlı hərbi dəstələrə, bu hərbi dəstələr isə senturiyalara bölünürdü.

Roma ordusunda 100 illər boyunca əsasən romalıların özləri xidmət edirdilər. 17 yaşından 46 yaşınadək bütün kişilər hərbi xidmətə çağırıla bilərdi. Piyada qoşunlarda xidmət müddəti 20, süvari dəstələrdə isə 10 il idi. Yoxsul romalıları daha çox hərbi donanmalarda qulluğa götürürdülər.

M.ö. 400-cü ildə orduda qeyri-romalıların da xidmət etməsinə icazə verildi. Oğlan uşaqları hərbi xidmət haqqında ilk bilikləri atalarından öyrənirdilər. Orduya çağırılan gənclər bir neçə həftə ərzində təcrübəli hərbi tribunların başçılığı ilə təlim keçir və yalnız bundan sonra legionun tərkibində döyüşə yollanırdılar. Növbəti təlimə görə isə legionun rəhbəri məsuliyyət daşıyırdı.

Respublikanın əsası qoyulandan sonra (M.ö. 509-cu ildə) ilk Roma qoşunu yunan hərbi ənənələri üzərində formalaşmışdı. Onların hətta silahları yunan döyüşçülərinin silahlarını xatırladırdı. Romalı əsgərlər qısa nizədən, yumru qalxandan, dəbilqədən, yaraq-əsləhədən, ayaq süpərisindən10 və qılıncdan istifadə edirdilər.

M.ö. 343–341-ci illərdə baş verən Samnit müharibəsindən sonra romalılar o vaxtadək cinahlara bölünən legionu manipullara bölünən legionla əvəzlədilər. Üstəlik, əvvəlkindən fərqli olaraq yüngül taxta qalxanlardan və skutumlardan11 istifadə etməyə başladılar. Romalılar skutumlarla yanaşı, pilumlardan12 da faydalanırdılar və hər iki silahı Samnit müharibəsindəki rəqiblərindən – Mərkəzi İtaliyada məskunlaşmış qədim xalq olan samnitlərdən götürmüşdülər. Manipulyar legion, adətən, 4300 piyada əsgərdən və 300 atlıdan ibarət olurdu. Zəruri zamanlarda legionun sayı 5200 piyada döyüşçüyədək artırıla bilərdi.

Manipulyar legion Pun müharibələri boyu əsas hərbi birləşmə idi. Lakin romalılar karfagenlilərin ispan ağır piyada qoşununa tab gətirə bilməyəcəklərini anlayanda legionun sayını daha da artırmalı oldular.

Roma ordusunun özünəməxsus düzülüşü vardı. Ən gənc və zirək, bununla belə, az təlim görmüş döyüşçülər yüngül piyada qoşunlarına cəlb edilirdi. Onlara velit13 deyilirdi, döyüşlərdə daha çox ox və nizə atıcısı kimi çıxış edirdilər. Ön xətti təmsil edən ikinci qrup döyüşçülər isə qastatlar adlanırdı və dəbilqə, sinəbənd, ayaq süpəri kimi yaraqlarla silahlanırdılar. İkinci xətdə ən yaxşı və ən təcrübəli döyüşçülər – prinsiplər düzülürdülər. Prinsiplər əsasən 30 yaşlarında olan və canları döyüşlərdə bərkimiş veteranlar idi. Onlar qastatlar kimi silahlanmışdılar. Üçüncü xətt 40-45 yaşlı veteranlardan – triarilərdən ibarət idi. Uzun nizələrlə silahlanmış triarilərin öz vəzifəsi vardı. Belə ki, irəlidəki iki ön xətt düşmənə tab gətirməyəndə onlar geriyə çəkilən qastatlarla prinsiplərin qarşısını kəsir, hər iki qrupun yenidən toparlanmasına imkan yaradırdılar. 4200 döyüşçüdən ibarət legiona 1000 velit, 1200 qastat, 1200 prinsip, 600 triari və təxminən 100 zabit daxil idi.

Romalıların döyüş taktikaları da öz dövrünə görə kifayət qədər ağıllı düşünülmüşdü. Manipullar ordunun əsas taktiki bölməsi idi və hər birinin tərkibinə 120 əsgər daxildi. Döyüşün gedişində onlar da yarıya bölünərək iki senturiya yaradırdılar. Manipullar şahmat düzülüşü ilə yerləşirdilər. Ön xəttin döyüşçüləri düşmənə güc gələ bilməyəndə tədricən geri çəkilir, bu zaman ikinci xəttin əsgərləri döyüşə atılırdı. Beləcə, fürsətdən istifadə edən ön xəttin döyüşçüləri yenidən toparlanmağa macal tapırdı. Həmin manevr bir neçə dəfə təkrarlanır və nəticədə ön xətdəki döyüşçülərin uzun müddət tam gücü ilə vuruşması təmin edilirdi.

Xətlər arasındakı bu cür yerdəyişmə daha bir üstünlük yaradırdı. O dövrdə ön cərgələr məğlubiyyətə uğrayan kimi əsgərlər qaçıb canlarını qurtarmağa çalışırdı. Lakin xətlər arasındakı mütəmadi yerdəyişmə fərarilik cəhdlərinin qarşısını alırdı. Publi Ssipion (oğul) öz əsgərlərini bu manevrlə döyüşdürən ilk romalı sərkərdə idi.

Tarixdə vahid ordunun tərkibində vəziyyətə uyğun sərbəst şəkildə qərarlar verə və həmin qərarlar üzrə hərəkət edə bilən ilk əsgərlər də romalılar olub. Bu da onlara bir çox döyüşlərin gedişatını kökündən dəyişmək imkanı yaradıb.

Daha bir maraqlı məqam: romalılar karfagenlilərlə döyüşdə daha çox yunanlarda rast gəlinən qısa qılınclardan istifadə ediblər. İkinci Pun müharibəsi zamanı isə İspaniyada bəzi legionlar tədricən falkatalarla14 silahlanmağa başladılar. Bu qısa qılınclar uzun təkamül yolu keçdikdən sonra məşhur qladiusa – ispan qılıncına çevrildi. Roma qladiusunun uzunluğu iyirmi düym15, eni isə təxminən üç düymə çatırdı. Möhkəm poladdan düzəldilən bu qılınclar sınmadığından romalı əsgərə psixoloji cəhətdən ciddi üstünlük qazandırırdı. Hərçənd həmin qılıncdan istifadə etmək üçün yüksək hazırlıq və bacarıq tələb olunurdu.

Romalıların müharibədəki aparıcı hərbi gücü ağır piyada qoşunları idi. Bu qoşunlar mərkəzdə dayanır və düşmən ordusunu zəiflədənədək zərbələr endirirdi. Karfagenlilər savaş zamanı çox vaxt qalları irəli verdiyindən və mərkəzi mühafizə etmək üçün cinahlarda düzülmüş ispan piyada qoşunlarına bel bağladığından bu romalıların işinə yarayırdı. Belə ki, onlar ispanlarla müqayisədə daha nizam-intizamlı və inadkar təsir bağışladıqlarından çox keçmirdi ki, düşmən üzərində üstünlük əldə edirdilər.

Buna baxmayaraq, Roma ordusunun zəif yerləri də az deyildi. Məhz həmin zəif yerləri yaxşı dəyərləndirən karfagenli sərkərdələr uğur qazanmağı bacarmışdılar. Birincisi,

Скачать книгу

10

Süpəri – qədim döyüşçülərdə ayağı dizdən topuğa qədər örtən dəmir sipər

11

Skutum – ortasında dəstəyi olan uzun qalxan

12

Pilum – nizə növü

13

Velit – qədim Roma ordusunda piyada dəstələri

14

Falkata – oraqşəkilli qılınc

15

Düym – 2,54 santimetrə bərabər uzunluq ölçüsü