Sözlərin tarixi. Айзек Азимов
Чтение книги онлайн.
Читать онлайн книгу Sözlərin tarixi - Айзек Азимов страница 9
E.ə. 48-ci ildə Yuli Sezarın gəmiləri Misirin paytaxtı İsgəndəriyyə limanında lövbər saldı (bu vaxt Romada vətəndaş müharibəsi gedirdi).
Misirdə bir il qaldığından Sezarın yerli təqvimlə diqqətlə tanış olmağa və onun Roma təqvimindən üstün cəhətlərini öyrənməyə kifayət qədər vaxtı var idi. O, yunan astronomu Sosigenin yardımından istifadə etdi və Romaya qayıdan kimi yeni təqvimin tətbiq edilməsinə əmr verdi. Yeni təqvimə görə ildə 12 ay var idi. 5 artıq gün isə bir yox, bir neçə aya əlavə olunduğundan bəzi aylar 30, bəziləri isə 31 gündən ibarət idi. (Fevral uğursuz ay sayıldığından ondan bir neçə gün çıxarıldı.)
Artıq qalan dörddə bir günü də unutmadılar. Hər dörd ildən bir bunlardan tam gün yaranır və ilə əlavə olunurdu. Beləliklə də, hər dörd ildən bir 366 gündən ibarət uzun il olurdu. Bundan əlavə, ilin başlanğıcı martın 1-dən yanvarın 1-nə keçirildi.
Yuli Sezarın bu əməyini qiymətləndirmək üçün doğulduğu kvisetili ayı onun şərəfinə iyul oldu. İndiyədək biz bu ayı belə adlandırırıq.
Kannibal
İnsanın müəyyən şəraitlərdə bir-birini yeməsinə icazə verən mədəniyyətlər mövcud olub və olmaqdadır. Bəzi hallarda bu, dini motivlərdən irəli gəlib, digər hallarda isə özü kimisini yeyən bunu qurbanına xas olan xüsusiyyətlərə sahib olmaq məqsədilə edib.
Mədəni cəmiyyətlərdə isə, hansısa fövqəladə vəziyyətlər istisna olmaqla, belə bir təcrübə mövcud deyil. Buna görə də adamyeyənlik barədə xəbərlər insanlarda ikrah və dəhşət hislərindən başqa heç nə oyada bilməz. Öz əsatirlərində adamyeyənlər haqda əfsanələr yaradan yunanlar belələrini antropofaq adlandırırdılar. Hərfi tərcüməsi elə adamyeyən deməkdir.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.