Qaraçı köçünün sirri. Энид Блайтон
Чтение книги онлайн.
Читать онлайн книгу Qaraçı köçünün sirri - Энид Блайтон страница 6
– Yaxşı, onda biz sabah sənin komana baxmağa gələrik! – Dik oğlana dedi.
Tövlədə gecəyarısı
Həmin gecə oğlanlar tövlələrin birində gecələdilər. Onlara bircə qaraçıların atının qaldığı balaca tövlədə yer vermişdilər. Zavallı heyvan ayağı sarğılı halda dinməz-söyləməz yerdə uzanmışdı. Enn atı yavaşca sığallamağa başladı. Bu, arıq, çəlimsiz, bir o qədər də gözəgəlimli heyvan deyildi, ancaq qəşəng, qonur gözləri var idi.
Samanların üstünə qalın mələfə salınmışdı ki, çöpləri uşaqların ətinə batmasın.
Qızlar isə kapitan Consonun evində gecələyəcəkdilər.
Gecəyarıdan keçmişdi.
Oğlanların yatdığı tövlənin qapısı qəfildən yavaşca aralandı. Ay işığında qapıda kiminsə silueti göründü. Xəstə at dərhal başını qaldırıb qapıya tərəf baxdı, əvvəl elə bildi ki, gələn qaraçı oğlandır. Sümsük atını çox sevir, ona qarşı həmişə yaxşı davranırdı. Ancaq qapıda dayanan adam oğlanın atası idi. Atın bu adamdan zəhləsi gedirdi, çünki onu gah qamçılayır, gah da təpikləyirdi.
Klip qaraçı kişini görən kimi astadan kişnədi.
Zavallı heyvan ayağı sarğılı halda dinməz-söyləməz yerdə uzanmışdı. Enn atı yavaşca sığallamağa başladı.
Sümsüyün atasının oğlanların tövlədə gecələdiklərindən xəbəri yox idi. Ata tərəf gedəndə qaranlıqda Culianın ayağını tapdadı, büdrəyib tappıltı ilə yerə dəydi. Səsə Culian yuxudan oyandı.
– Kim var burada? – oğlan qışqırdı.
Kişi qaranlıqda çöməlib nəfəsini içinə çəkdi. Culian öz-özünə fikirləşdi ki, yəqin, yuxu görüb. Elə isə, bəs ayağı niyə ağrıyır? Deməli, onu kimsə tapdamışdı. Oğlan qardaşını dümsüklədi:
– Oyan! Deyəsən, burada kimsə var! Fənərimiz hanı? Ora bax, qapı taybatay açıqdır! Bu lənətə gəlmiş fənər haradadır axı?!
Onlar, nəhayət, fənəri tapıb yandırdılar. Əvvəl heç nə sezə bilmədilər, kişi Klipin o biri tərəfinə keçib gizlənmişdi. Lakin Culian fənərin işığını həmin yerə tutanda qaraçını gördülər.
– Bu ki qaraçı oğlanın atasıdır! – Culian qışqırdı. – Tez ayağa durun görək! Gecə vaxtı burada nə işiniz var?
Kişi ağır-ağır ayağa qalxdı, qaraçının sırğaları fənərin işığı altında par-par parıldayırdı.
– Klipin dalınca gəlmişəm, – o dedi. – Bu mənim atımdır, nədir, guya bilmirsiniz?
– Sizə dedik axı, o, hələ yeriyə bilmir, – Culian izah etməyə başladı. – İstəyirsiniz ki, yazıq at həmişəlik axsaq qalsın? Sizin ki atlardan başınız çıxır, özünüz də yaxşı bilirsiniz ki, bu vəziyyətdə onu yola çıxartmaq olmaz.
– Mənə əmr olunub ki, alaçığımı toplayıb hamı ilə birlikdə yola düşüm.
– Kim əmr eləyib? – Dik soruşdu.
– Barni Bosvella. O bizim ağamızdır. Sabah yola düşməliyik!
– Niyə axı? – Culian bu tələskənliyin səbəbini heç cür anlaya bilmirdi. – Xam Torpaqlarda qeyri-adi nə var ki? Bu nə sirdir belə?
– Sirr-zad deyil, sadəcə, Xam Torpaqlara yollanmalıyıq, vəssalam!
– Orada nə edəcəksiniz ki? – bu dəfə Dik özünü saxlaya bilməyib soruşdu. – Bir karvan adamın bomboş çöllükdə nə işi ola bilər? Xam Torpaqların ətrafında yaşayış məskəni yoxdur axı!
Kişi çiyinlərini çəkib cavab vermədi. Sonra Klipə tərəf addımlayıb atı yerdən qaldırmaq istədi. Ancaq Culian ona mane olmaq üçün qətiyyətlə qabağa durdu.
– Yox! Belə olmaz! Buna imkan vermərəm! Atı aparmaq istəyirsinizsə, bir neçə gün gözləməli olacaqsınız. Zavallı heyvan özünə gəlsin, sonra. Dik, tez ol, kapitan Consonu bura çağır! O nə edəcəyini yaxşı bilir!
– Yaxşı, lazım deyil, heç kimi yuxudan oyatmayın, – kişi dilləndi. – Ancaq baxın ha, çalışın atı oğluma tez qaytarasınız. Yoxsa onu burada başqa məqsədlə saxladığınızı düşünməyə başlayacağam. Bildiniz?
Kişi bunu deyib qəzəblə Culiana baxdı.
– Bizə hərbə-zorba gəlmək lazım deyil! – Culian sakit səslə dilləndi. – Axır ki, vəziyyəti başa düşdüyünüzə sevindim. Sabah öz köçünüzlə birlikdə yola düşün, atınızı da mümkün olduğu qədər qısa vaxtda oğlunuzla yollayarıq.
Qaraçı kişi qapıya yaxınlaşıb kölgə kimi necə gəlmişdisə, eləcə də yox oldu.
– Bütün bunlar çox qəribədir, – Culian tövlənin qapısını içəridən möhkəm bağlayıb qardaşına dedi.
Ertəsi gün isə oğlanlar gecə baş verənləri kapitan Consona danışdılar.
– Hə, gərək sizi onun gələ biləcəyindən xəbərdar edəydim, – kapitan dedi. – Qaraçılar çox vaxt öz heyvanları ilə yaxşı rəftar eləmirlər. Məncə, Klipin ayağı birigündən tez sağalmayacaq.
Gözəl gün
Həmin gün uşaqlar onlara tapşırılan təsərrüfat işlərini yerinə yetirəndən sonra Timmini də götürüb atların belində gəzintiyə çıxdılar. Bircə Corc Henrinin də onlarla birlikdə gedəcəyini eşidib gəzintiyə çıxmaqdan imtina elədi. Bəhanə kimi isə onu göstərdi ki, guya başı ağrıyır. Əlbəttə, uşaqlar məsələni başa düşmüşdülər. Lakin onlar Corcun Henriyə qarşı haqsızlıq etdiyini fikirləşirdilər. Odur ki qızı gəzintiyə gəlmək üçün dilə tutmadılar. Düşündülər ki, belə yaxşıdır: qoy evdə qalıb ağlı başına gəlsin!
Beləliklə, uşaqlar Corcsuz və Timmisiz yola düşdülər. Xeyli getdikdən sonra onların qarşısında göz işlədikcə uzanan Sirli Xam Torpaqlar dayanmışdı.
– Əcəb adı var! – Dik dedi. – Baxın, görün neçə mil uzanır! Aman Allah, ətrafda gör nə qədər ardıc kolu bitib!
– Hə, ancaq bura heç də sirli təsir bağışlamır, – Henri dilləndi.
– Hər bir halda, bura çox sakit və cansıxıcı yerdir, – Enn də öz fikrini bildirdi.
– Yəqin,