Qaraçı köçünün sirri. Энид Блайтон
Чтение книги онлайн.
Читать онлайн книгу Qaraçı köçünün sirri - Энид Блайтон страница 7
Qaraçılar ağır-ağır irəliləyirdilər, arıq yabılar yüklərini güclə çəkib aparırdılar.
Uşaqlar qaraçı köçünə lap yaxınlaşmışdılar, bu vaxt qaraçılardan biri barmağını uzadaraq yanındakı yoldaşına onları göstərdi.
– Bu ki gecə xəlvətcə tövləyə gələn kişidir! – Culian dedi. – Sümsüyün atası! Əcəb görkəmi var imiş, qaranlıqda yaxşı görməmişdim, lap saç-saqqal basıb ki!
Bir qədər də getdikdən sonra Dik qəfildən atını əyləyib çığırdı:
– Ora bir baxın! İrəlidə nəsə qaraltı var!
– Günortanız xeyir! – Dik uzaqdan qaraçıları salamladı.
Cavab gəlmədi. Qaraçılar narazılıqla bu dörd atlıya baxırdılar.
– Yolunuz hayanadır? – bu dəfə Henri onlara səsləndi. – Deyəsən, sahilə tərəf gedirsiniz.
– Bunun sizə dəxli yoxdur, – Sümsüyün atasının yanındakı yaşlı, çalsaç kişi dilləndi.
– Uşaqlar, qaraçılar elə bilirlər ki, biz onları güdürük, – Dik pıçıldadı. – Görəsən, burada nə yeyib-içirlər? Yaxınlıqda dükan-filan da gözə dəymir. Yəqin, bütün ərzağı özləri ilə daşıyırlar.
– İndi soruşub öyrənərik, – qaraçıların narazı baxışlarından qətiyyən çəkinməyən Henri bunu deyib onlara yaxınlaşdı.
– Burda nə ilə dolanırsınız? Suyu haradan alırsınız? – qız soruşdu.
– Yeməyimizi özümüzlə daşıyırıq, – qaraçı başı ilə alaçığı göstərib dedi. – O ki qaldı suya, bulaqların yerini bilirik.
– Köçünüz bu çöldə çox qalacaq? – Henri bir də xəbər aldı.
– Bunun sənə dəxli yoxdur, – çalsaç qoca qızın üstünə qışqırdı. – Bizdən əl çəkin! Atınızı sürüb buradan gedin!
– Gedək, Henri, – Culian atının başını çevirib dilləndi. – Bizim sual verməyimiz onların xoşuna gəlmir. Yəqin, elə bilirlər ki, bütün bunları, sadəcə, maraq xatirinə soruşmuruq, məqsədimiz onları güdməkdir.
Bu vaxt alaçıqlardan qaragözlü, qıvrımsaçlı uşaqlar başlarını çıxarıb onlara baxmağa başladılar. Ancaq Henri uşaqlara yaxınlaşmaq istəyəndə onlar ürkək dovşanlar kimi qaçıb yoxa çıxdılar.
– Yaman adamayovuşmazdırlar, – Henri Culiangilin yanına qayıdıb dedi. – Qaraçıların qəribə həyat tərzi var, bütün həyatları araba təkərlərinin üstündə keçir, həmişə yoldadırlar, heç yerdə özlərinə daimi məskən salmırlar. Yaxşı, gedək, Sultan!
Sultan Henrinin atının adı idi. Heyvan itaətlə digər atların arxasınca addımlamağa başladı.
Bir azdan qaraçıların alaçıqları gözdən itdi. Culian gəldikləri yolu yadda saxlamağa çalışırdı, çünki azmaqdan qorxurdu. Tez-tez əlindəki kompasa baxırdı.
Beləcə, uşaqlar bütün günü çölü gəzib-dolaşdılar, nahar etdilər. Missis Conson onların çantasına o qədər dadlı yeməklər qoymuşdu ki! Buterbrodlar, suda bişmiş yumurta, salat, kolbasa, albalı piroqu, iri və sulu armudlar… Təsadüfən tapdıqları bulağın buzlu suyundan ləzzətlə içdilər.
Nəhayət, Culian saata baxıb dedi:
– Çox uzaqlaşmışıq, indi geri qayıtmağa başlasaq, günbatana kimi evə güclə gedib çatarıq.
Uşaqlar onunla razılaşıb atlarının başını evə tərəf çevirdilər. Ancaq bir qədər gedəndən sonra Dik atını əyləyib qardaşına dedi:
– Culian, sən evə tərəf getdiyimizə əminsən? Məncə, buradakı xam torpaqlar gəldiyimiz yoldakından fərqlidir; qumu çoxdur, ardıc kolları isə daha seyrəkdir.
Xam Torpaqlarda mənzərə eyni olduğundan yolu başqa heç nə ilə ayırd etmək mümkün deyildi.
Culian da atını saxlayıb ətrafa diqqətlə nəzər salmağa başladı.
– Hə, elədir, – oğlan dilləndi, – bura bir qədər fərqli təsir bağışlayır, ancaq, deyəsən, istiqamətimiz düzdür. Gəlin bir az da irəliləyək. Heç olmasa, üfüqdə istiqaməti müəyyənləşdirmək üçün nəsə olsaydı… Amma bu düzənlikdə hər yer eynidir.
Onlar istiqaməti dəyişmədən yollarına davam etdilər. Birdən Henri qəfil dayanıb dedi:
– Ora baxın! O nədir elə?
Uşaqlar atdan yerə hoppanıb əyilərək otların arasında nəsə axtaran Henrinin yanına tələsdilər.
– Culian, bir bax, relsə oxşayır, – qız dilləndi. – Ancaq çox köhnəlib, həm də paslanıb. Burada dəmiryol relsi nə gəzir axı?
Uşaqlar hamısı otların arasındakı torpağı əlləri ilə qazmağa başladı.
– Hə, dəqiq relsdir! – Culian dilləndi. – Doğrudan da, burada dəmir yolu nəyə lazımdır axı?
– Mən də bilmirəm, – Henri dedi, – təsadüfən gözümə sataşdı. Hətta əvvəl gözlərimə inanmadım.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.