Tarzan və onun heyvanları 3. Эдгар Райс Берроуз

Чтение книги онлайн.

Читать онлайн книгу Tarzan və onun heyvanları 3 - Эдгар Райс Берроуз страница 4

Tarzan və onun heyvanları 3 - Эдгар Райс Берроуз Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

fikirləşmək, külək bir azdan burada güclü…

      Axırda Tarzan bezib aşpazdan nəsə öyrənmək istəyindən birdəfəlik əl çəkdi.

      Beləcə bir neçə həftə keçdi. Ceynə də, Tarzana da bu həftələr aylar qədər uzun gəlirdi. Əsirlər gəminin onları hara apardığını, talelərinin necə olacağını bilmirdilər.

      Yolboyu «Kinkayd» cəmi bir yerdə dayandı. Ola bilsin, gəminin yanacaq ehtiyatı tükənirdi, kömür götürmək lazım idi. Dayanacaq çox qısa çəkdi. Əsirlərə elə gəlirdi ki, bu zəhrimara qalmış səyahətin sonu olmayacaq!

      Xəstəlikdən qalxandan sonra arıqlamış, rəngi sap-sarı saralmış Rokoff bir dəfə də ledi Qreystoka baş çəkdi. O, kayuta girib qapını arxadan bağladı və vaxt itirmədən mətləbə keçdi. Rokoff Ceynə onun adına böyük məbləğdə çek yazıb imzalamağı təklif etdi, əvəzində ledini azadlığa buraxacağına və Londona qaytaracağına söz verdi.

      – Mən razıyam, müsyö Rokoff, – deyə Ceyn dilləndi. O, çox ciddi idi. – İstədiyinizdən ikiqat artıq pul alacaqsınız. Amma bir şərtlə: mən gəmidən ərim və oğlumla bir yerdə düşəcəyəm və bizi sivil ölkələrdən birinə çatdıracaqsınız. Əks təqdirdə pul üzü görməyəcəksiniz. Başqa şərtlər barədə danışmaq belə istəmirəm.

      – Siz indi, buradaca mənim adıma çek yazacaqsınız! – Rokoff hədə-qorxu gəldi. – Yazmasanız, nə oğlunuz, nə də əriniz bir daha sahilə çıxmayacaq.

      – Nə istəyirsiniz edin. Amma mən çek yazmayacağam. – Ledi Qreystokun səsi dəmir kimi möhkəm idi. – Kim mənə zəmanət verə bilər ki, çeki alandan sonra yenə ağlınıza gələni etməyəcəksiniz?

      – Deməli, tələbimi yerinə yetirməkdən imtina edirsiniz? – Rokoff hirslə qapıya tərəf döndü. – Yaxşı, olsun. Amma unutmayın ki, oğlunuzun həyatı mənim əlimdədir. Onun son hıçqırıqlarını eşidəndə bilərsiniz ki, körpənizin ölümünə özünüz bais oldunuz.

      – Yox, yox, bircə bunu etməyin! – bədbəxt ana yalvarışa keçdi. – Siz bu dərəcədə qəddar olmamalısınız!

      – Qəddar mən deyiləm, ledi, sizsiniz, – Rokoff etiraz etdi. – Xırda bir məbləğə görə oğlunuzun ölümünə fərman verirsiniz.

      Söhbət rus xəfiyyəsinin gözlədiyi kimi bitdi: Ceyn tələb edilən çeki imzalayıb Rokoffa verdi. Cani pul kağızını götürüb istehza ilə güldü və heç nə demədən kayutdan çıxdı.

      Ertəsi gün Tarzan başının üstündə addım səsləri eşitdi. Sonra anbarın qapağı açıldı. Deşikdə Paulviçin murdar sifəti görsəndi.

      – Çıxın! Nəzərə alın ki, mənə, ya bir başqasına hücum etsəniz, quduz it kimi güllələnəcəksiniz.

      Meymun-adam dinməzcə anbardan çıxdı. Gün işığı gözlərini qamaşdırdı. Bir müddət belə dayandıqdan, işığa alışandan sonra o, ətrafına baxdı. Rokoff göyərtədə görsənmirdi. Yəni, doğrudanmı, o özü gəmidə yoxdur?

      – Lord Qreystok! – Paulviç rəsmi tonda Tarzana müraciət etdi. – Son iki ildə siz dəfələrlə özünüzə aid olmayan məsələlərə qarışmısınız, cənab Rokoffun işlərinə burnunuzu soxmusunuz. Tamamilə təbiidir ki, sizi zərərsizləşdirmək üçün lazımi tədbirlər görməli olduq. Odur ki başınıza gələn bədbəxtliklərə görə yalnız özünüzü günahlandırmalısınız. Digər tərəfdənsə başa düşməlisiniz ki, bu tədbirlər və bizim indiki səfərimiz Rokoffa ucuz başa gəlməyib. Cənab Rokoff ümid edir ki, yeganə günahkar şəxs kimi siz səfərə çəkilmiş bütün xərcləri ödəyəcəksiniz. Sizə bəyan edirəm ki, lord Qreystok, yalnız mister Rokoffun bu ədalətli tələbini yerinə yetirməklə arvadınızı və oğlunuzu gözləyən xoşagəlməz hadisələrin qarşısını ala, özünüz də sağ qala və azadlığa çıxa bilərsiniz.

      – Nə qədər? – Tarzan Paulviçin çərənləməsinə son qoydu. – Vədinizi yerinə yetirəcəyinizə hansı zəmanəti verirsiniz? Sizin və mister Rokoff kimi naqislərin quru sözünə inanmağa heç bir əsasım yoxdur.

      Paulviçin hirsindən sifəti əyildi:

      – Sizin vəziyyətinizdə belə təhqiramiz ifadələr işlətmək ağılsızlıqdır. – O, səsini bir az da qaldırdı: – Mən sizə quru sözdən başqa heç bir zəmanət verməyəcəyəm, amma tam əmin olun ki, tələbimizə müsbət cavab almasaq, dediyimizi edəcəyik. Ağlınızı sonadək itirməmisinizsə, başa düşməlisiniz ki, böyük məmnuniyyətlə matroslara alnınıza bir güllə sıxmaq əmri verərdik. Bunu yalnız ona görə etmirik ki, sizin üçün başqa cəza fikirləşmişik, sizi öldürmək hələlik planlarımıza daxil deyil.

      – Bir sualıma cavab verin: oğlum bu gəmidədir, ya yox?

      – O, burada yoxdur. Oğlunuz başqa bir təhlükəsiz yerdədir. Əgər bizim ədalətli tələbimizə tabe olsanız, ona zərər yetirməyəcəyik. Əksinə, inad göstərsəniz, sizi öldürəsi olsaq, onu da aradan götürəcəyik, çünki uşağa da gərək qalmayacaq. Görürsünüz? Oğlunuzun sağ qalması üçün əvvəlcə öz həyatınızı xilas etməlisiniz. Bunun bircə yolu var: çeki indi imzalamalısınız.

      – Yaxşı, razıyam, – qısa tərəddüddən sonra Tarzan cavab verdi.

      O anlayırdı ki, bu yaramazlar heç bir vicdan əzabı çəkmədən köprəni məhv edə bilərlər. Amma tələblərini yerinə yetirsə, bəlkə, Cekə toxunmazlar.

      Digər tərəfdənsə Tarzan inanmırdı ki, istədiklərini alandan sonra onu həqiqətən azadlığa buraxacaqlar.

      Meymun-adam qərar qəbul etdi. İndi onun beyni təmiz, fikri qəti idi: axıradək mübarizə aparacaq, ləyaqətlə öləcəkdi! Son nəfəsində düşmənlərinə elə bir dərs verəcəkdi ki, qalan ömürləri boyu Tarzanı unutmasınlar. İlk qurbanını da seçmişdi: Paulviç. Heyif ki, Rokoffun özü göyərtədə deyildi.

      Tarzan tələsmədən çek kitabçasını, qələmini döş cibindən çıxardı və sakit tərzdə soruşdu:

      – Nə qədər?

      Paulviç rəqəmi dedi. Tarzan gülümsədi: bu adamların acgözlüyünün həddi-hüdudu yox idi. Rəqəm lordun bank hesabındakı pulun məbləğindən də böyük idi, odur ki çekin heç bir hüquqi qüvvəsi olmayacaqdı. Amma Tarzan özünü elə göstərdi ki, tərəddüddədir; alverə girişdi. Paulviç bir addım da geri çəkilmədi. Nəhayət, Tarzan çeki imzaladı.

      Bu əhəmiyyətsiz kağız parçasını kitabçadan qoparıb Paulviçə uzadanda Tarzan bir də diqqətlə ətrafa boylandı. Gəminin gur yaşıllıqla örtülü sahilə yan aldığını görəndə təəccübləndi. Cəngəlliyin arxasından meşəli dağlar ucalırdı.

      – Baxın, baxın, – Paulviç çeki götürdü. – Bu yerdə sahilə çıxmalı

Скачать книгу