Tarzan və onun heyvanları 3. Эдгар Райс Берроуз

Чтение книги онлайн.

Читать онлайн книгу Tarzan və onun heyvanları 3 - Эдгар Райс Берроуз страница 6

Tarzan və onun heyvanları 3 - Эдгар Райс Берроуз Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

style="font-size:15px;">      Tarzan düşüncələr içində ikən dəstədən iri bir meymun aralanıb ona tərəf gəldi. Antropoid mırıldayır, sivri köpək dişlərini düşmənə nümayiş etdirirdi.

      Tarzan diqqətlə növbəti rəqibinin hərəkətlərini izləyirdi. Meymun başına dolandıqca o da gözünü düşməninin gözlərindən çəkmədən yerində fırlanırdı. Amma nə geri addım atır, nə də hücuma keçirdi; antropoiddə əlavə qıcıq yaratmamaq üçün sakitliyini qoruyurdu.

      Bu meymunun boyu iki metrdən artıq olardı, qısa ayaqları dizdən azca qabağa qatlanmışdı. Ayaq üstə duranda əlləri yerə çatırdı. Köpək dişləri çox böyük və iti idi. Tarzan onun yoldaşlarından fərqləndiyinə, Kerçak qəbiləsinin meymunlarına daha çox oxşadığına diqqət yetirdi. Çünki özü də bu qəbilədə böyümüşdü.

      Tarzan fərziyyəsini yoxlamaq üçün rəqibinə uşaqlıqda danışdığı dildə müraciət etdi:

      – Sən kimsən? Nə cürətlə meymun qəbiləsindən Tarzanın qarşısına çıxırsan?

      Antropoid dayandı. Təəccüb və maraqla qarşısındakı ağ meymuna baxdı.

      – Mən Akutam! Molak daha yoxdur. Molak ölüb. Onun yerini Akut tutacaq. Çıx get, yoxsa səni öldürəcəm!

      – Tarzanın Molakı necə məhv etdiyini gördün, – deyə meymun-adam cavab verdi. – Əgər o, qəbilə başçısı olmaq istəsəydi, səni də öldürərdi. Amma Tarzan Akutun meymunlarının şahı olmağa can atmır. Tarzan sülh istəyir. Onun sizə xeyri dəyə bilər, siz də ona lazım gələndə arxa durarsınız.

      – Sən Akutu öldürə bilməzsən! Akut hamıdan güclüdür. Sən Molakı öldürməsəydin, Akut özü onun axırına çıxacaqdı. Akut meymunların şahıdır!

      Tarzan cavab vermədən Akutun üstünə tullandı. Nəhəng antropoid bunu gözləmirdi, özünü müdafiə etmək üçün əlini qabağa uzadanda Tarzan onun biləyindən yapışıb dartdı və enli kürəyinə sıçradı.

      Hər ikisi yerə yıxıldı. Amma Tarzan hər şeyi dəqiq hesablamışdı. Onun güclü əlləri meymunun qoltuqlarından keçib boynunun arxasında kilidlənmişdi və başından basırdı. Bir vaxtlar Tarzan Terkozu bu vəziyyətə salıb təslim olmağa məcbur etmişdi. O, Akuta da ölümlə həyat arasında seçim imkanı verməyi qərara aldı, altında çapalayan rəqibinin qulağına pıçıldadı:

      – Ka qoda?

      İllər öncə Tarzan Terkoza da eyni sualı vermişdi.

      Molakın boyun fəqərələrinin xırçıltısı və bunun nə ilə nəticələndiyi Akutun yadında idi. Amma o, qəbiləyə rəhbərlik etmək iddiasından əl çəkmək istəmirdi. Antropoid düşmənin çəngindən çıxmaq üçün daha bir cəhd göstərdi. Tarzan meymunun boynunu bir az da bərk sıxdı. Akutun ağrıdan gözləri qaraldı və o zarıldadı:

      – Ka qoda.

      Kerçak qəbiləsinin dilində bu, «təslim oluram» demək idi.

      Tarzan qollarını azacıq boşaltdı və hamının eşitməsi üçün bərkdən dedi:

      – Sən qəbilə başçısı ola bilərsən, Akut. Tarzan meymunların şahı olmaq istəmir. Əgər qəbilədə kimsə Akutun əleyhinə getsə, Tarzan Akuta kömək etməyə hazırdır.

      Yalnız bundan sonra meymun-adam antropoidin boynunu buraxdı. Akut qalxıb silkələndi və ağır-ağır qəbilə üzvlərinə tərəf getdi. O, sınayıcı nəzərlərlə bir-bir erkək meymunların sifətinə baxır, kimin onun birincilik haqqına qarşı çıxa bələcəyini müəyyənləşdirmək istəyirdi. Erkək meymunlar ürkək baxışlarını yerə dikir, geri çəkilirdilər.

      Nəhayət, bu qaradinməz oyunu bitdi. Qəbilə Tarzanı sahildə tək qoyub cəngəlliyə girdi.

      Molakla döyüşdə aldığı yaralar Tarzanı incidirdi. Amma o, ağrıya dözməyi bacarırdı. Cəngəllik həyatında fiziki əzab adi şeyə çevrilir.

      Tarzana, ilk növbədə, silah əldə etmək lazım idi. Antropoidlərlə ilk təmas, meşədən eşidilən nərə səsləri buna dəlalət edirdi. Meymun-adam köhnə həyatına qayıtmışdı. Burada onu hələ çox təhlükələr gözləyirdi. Tarzan vaxt itirmədən silah axtarışına çıxdı.

      Dəniz sahilində o, vulkanik mənşəli iri daş parçası tapdı. Böyük səy nəticəsində daşdan nazik təbəqə qopara bildi. İndi bu təbəqəni bıçaq əvəzinə işlətmək olardı.

      Sonra Tarzan meşədə kökündən qopub qurumuş ağacdan kiçik bir budaq qırdı, budağın ucunu həmin bıçaqla yondu. Ağacın gövdəsində oyuq eşdi və onu ovxalanmış qabıqlarla doldurdu, ucunu itilədiyi budaq parçasını oyuğa saldı, sürətlə ovucları arasında fırlatmağa başladı.

      Bir azdan deşikdən tüstü qalxdı, ardınca alovun nazik dilləri görsəndi. Tarzan quru budaqlardan yığıb ocaq qaladı. Daş bıçağını yarıya qədər oda soxdu və su dalınca sahilə getdi.

      O geri qayıdanda bıçağın ocağın içindəki hissəsi qıpqırmızı qızarmışdı. Tarzan onu oddan çıxarıb bir tərəfinə su tökdü. Su dəyən yerdən balaca qəlpələr qopdu.

      Meymun-adam bu əməliyyatı bir neçə dəfə təkrar etdi. Nəhayət, itiağızlı ov bıçağı hazır oldu.

      Tarzan özündən çox razı idi. Bundan sonra iş sürətlə getdi. O, bıçağa ağacdan dəstək düzəltdi, dəyənək hazırladı, xeyli ox yondu və yay üçün yaş, asan əyilən budaq kəsdi.

      Axşam düşürdü. Tarzan silahlarını kiçik çayın qırağındakı ağacın koğuşunda gizlətdi və elə həmin ağacın başında da özünə balaca koma qurdu. Komanın üstünü enli palma yarpaqları ilə örtdü.

      Başı işdən ayılanda o, möhkəm aclıq hiss etdi. Artıq hava qaralmışdı.

      Tarzan ağacdan-ağaca atıla-atıla heyvanların çaya su içməyə getdiyi cığırı axtarırdı. O, meymunların da həsəd aparacağı bir cəldliklə bir budaqdan başqasına tullanır, uşaqlığını xatırlayır, qəlbi hüdudsuz azadlıq hissi ilə dolurdu. Əgər «Kinkayd»dakı son hadisələr yada düşəndə üzülməsəydi, Tarzan özünü xoşbəxt hiss edərdi.

      Tarzanın keçmiş adətləri və vərdişləri sürətlə bərpa olunurdu. Bu vərdişlər ona sivil həyat qaydalarından doğma və gözəl görünürdü. Kaş lordlar palatasının ağır-ağır yeriyən zabitəli üzvləri Tarzanın ağacların başında necə atılıb-düşdüyünü görəydilər!

      O axtardığını tapdı, cığırın düz üstündə yoğun bir budaq seçib aşırtma oturdu və marığa yatdı.

      Çox gözləyəsi olmadı. Bir azdan cığırda Bara görsəndi. Ceyran naz-qəmzəli yerişlə Tarzana tərəf gəlirdi.

      Meymun-adam

Скачать книгу