Qala. Арчибалд Джозеф Кронин

Чтение книги онлайн.

Читать онлайн книгу Qala - Арчибалд Джозеф Кронин страница 6

Qala - Арчибалд Джозеф Кронин

Скачать книгу

görkəmlə bir müddət qutunun içindəki medala, – St.-Əndru universitetində hər il klinik təbabətdə ən böyük nailiyyət qazanmış tələbəyə verilən Hunter5 qızıl medalına baxdı. Bu medaldan o da, Əndru Mənson da almışdı! O, bu medalı hər şeydən yüksək qiymətləndirirdi, ona xoşbəxt gələcəyin rəhni olan bir tilsim kimi baxmağa adət etmişdi. Bu səhər isə o, həmin medala iftixarla, qəribə, gizli bir yalvarışla baxır, elə bil özünə inamını təzədən qaytarmaq istəyirdi. Sonra qutunu gizlədib ambulatoriyaya, xəstələrin səhər qəbuluna tələsdi.

      Əndru daxmaya daxil olanda Dey Cenkins artıq orada idi, krandan böyük saxsı dolçaya su doldururdu. Bu, qırmızı damarlı yanaqları çökmüş, gözləri dörd olan çox çevik, qərarsız bir adamdı; nazik qıçlarına elə dar şalvar keçirmişdi ki, Əndru beləsini heç kəsin əynində görməmişdi. Cenkins onunla salamlaşıb yaltaqcasına dedi:

      – Doktor, sizin belə tezdən gəlmənizə ehtiyac yoxdur. Siz gəlincəyədək mən bütün təkrar verilməli dərmanları buraxıram, kimə lazım olsa vəsiqə də verə bilərəm. Doktor Peyc xəstələnəndə missis Peyc üstündə doktorun qolu olan rezin ştamp sifariş edib.

      Əndru etiraz etdi: .

      –Təşəkkür edirəm. Bütün xəstələri özüm qəbul etmək istəyirəm. – Sonra duruxdu, aptekçinin gördüyü işdən elə heyrətləndi ki, müəyyən müddətə bayaqkı həyəcanı da büsbütün yadından çıxdı. – Siz orda neyləyirsiniz?

      Cenkins cavab əvəzinə ona göz vurdu.

      – Dolça suyu onlara daha dadlı görünər. Hər ikimiz qədim, xeyirxah "aqua"6-nın nə demək olduğunu yaxşı bilirik, elə deyilmi, doktor? Xəstələr bunu bilmirlər. Mən dəliyəm ki, onların yanında şüşələrinə krandan su töküm?!

      Balacaboy aptekçiyə hər şeyi açıq-saçıq danışmaq üçün həvəs gəlmişdi ki, birdən evin dal qapısından, ambulatoriyanın qırx yardlığından kimsə ucadan çağırdı:

      – Cenkins! Cenkins! Mənə lazımsınız, elə bu dəqiqə gəlin bura!

      Cenkins sahibinin qırmanc şaqqıltısından diksinən yaxşı təlim görmüş köpək kimi ayağa sıçradı və titrək səsilə kəkələdi:

      – Bağışlayın, doktor. Məni missis Peyc çağırır. Mən… Mən gərək qaçam ora.

      Xoşbəxtlikdən səhər qəbuluna cəmi bir neçə adam gəlmişdi. Əndru on birin yarısınadək hamını yola saldı, evdə baxılacaq xəstələrin siyahısını Cenkinsdən alıb, dərhal Tomasın qazalağında yola düşdü. Ona əzab verən bir səbirsizliklə qoca sürücüyə tapşırdı ki, qazalağı birbaşa Qlayder-pleysə sürsün.

      İyirmi dəqiqədən sonra o, rəngi qaçmış, dodaqlarını bərk-bərk bir-birinə sıxmış halda, üzündə qəribə bir ifadə ilə yeddi nömrəli evdən çıxdı.

      İki ev keçib siyahısında olan 11 nömrəli evə gəldi. 11 nömrəli evdən çıxıb küçənin qarşı tərəfindəki 18 nömrəli evə baş çəkdi. Ordan da çıxaraq tini döndü, Rednor-pleysə yollandı. Cenkins burada yaşayan daha iki xəstənin ünvanını yazmışdı, oradaca qeyd etmişdi ki, dünən özü o xəstələrin yanında olub. Əndru cəmi bir saatda bir-birinin yaxınlığında yerləşən yeddi evə gedib xəstələrə baxdı. Yeddi xəstədən beşində, o cümlədən Qlayder-pleysdəki 7 nömrəli evdə yaşayan, bədənində artıq səpmə peyda olan xəstədə qarın yatalığının tipik əlamətlərini gördü. On gündü ki, Cenkins onları təbaşir və tiryəklə müalicə edirdi. Dünən xəstəyə diaqnoz qoya bilməyən Əndru indi dəhşətlə yəqin etdi ki, yatalaq epidemiyası partlayışı ilə qarşılaşıb.

      Qalan xəstələrə o, dəhşət içində, çox tələsik baxdı.

      Nahar zamanı missis Peycin başı (Mənsona gülə-gülə izah etdiyi kimi "doktor Peyc üçün hazırlanmış, lakin onun nədənsə bəyənmədiyi") əla qızardılmış şirin ətə bərk qarışdığı vaxt Əndru lal-dinməz oturub bu məsələni hərtərəfli düşünürdü. O, başa düşürdü ki, missis Peycdən əməlli şey öyrənə bilməyəcək, bu qadından kömək gözləmək nahaqdır. Buna görə də Peycin özü ilə danışmağı qərara aldı.

      O, doktorun otağına girəndə pəncərələrin pərdəsi salınmışdı, Edvard çarpayıda hərəkətsiz uzanmışdı, başı bərk ağrıyırdı. Ağrının şiddətindən üzü qıpqırmızı qızarmış, tamam büzüşmüşdü. İşarə ilə qonağa oturmaq üçün yer göstərdisə də, Əndru hiss etdi ki, indi xəstəni təzə bəd xəbərlə həyəcanlandırmaq amansızlıq olar. Çarpayının böyründə bir neçə dəqiqə oturub ayağa durdu, getməyə hazırlaşanda ancaq bir sualla kifayətləndi:

      – Doktor Peyc, deyin görüm, yoluxucu xəstəlik müşahidə ediləndə ilk növbədə neyləmək lazımdır?

      Araya sükut çökdü. Sonra Peyc gözlərini açmadan və qımıldanmadan cavab verdi, elə bil ağız açıb danışmasından baş ağrıları xeyli artmışdı.

      – Belə hallarda ortaya həmişə çətinliklər çıxır. Bizdə xəstəxana da yoxdur, nəinki yoluxucu xəstələr üçün xüsusi yerlər. Əgər çox ciddi bir şey baş versə Toniqlenə – Qriffitsə zəng vurun. Toniqlen Blenellidən aşağıda, buranın on beş milliyindədir. Qriffits – dairə həkim inspektorudur.

      Araya yenə uzun sükut çökdü.

      – Qorxuram ki, bunun bir faydası olmaya.

      Bu məlumatdan özünə bir balaca təskinlik tapan Əndru aşağı, dəhlizə cumub Toniqlenə zəng vurdu. Telefonun yanında dayanıb dəstəyi qulağına sıxaraq gözlədiyi zaman mətbəxin qapısı dalından ona baxan xidmətçi qadın Ennini gördü.

      – Allo! Allo! Doktor Qriffitsdir? – O, nəhayət xəttin qoşulmasına nail oldu.

      Bir kişi səsi çox təmkinlə və ehtiyatla cavab verdi:

      – Onu soruşan kimdir?

      – Danışan Blenellidən Mənsondur, doktor Peycin assistenti, – Əndrunun səsi gərginliyin son həddinə çatdı. – Burada xəstələrimin beşi yatalaqdır. Xahiş edirəm doktor Qriffits yubanmadan bura gəlsin.

      Açıq-saçıq tərəddüddən sonra həmin adam birdən dili dolaşa-dolaşa, tələsik xalis Uels şivəsilə cavab verdi:

      – Çox təəssüf edirəm, doktor, çox təəssüf edirəm ki, doktor Qriffits Suonsiyə gedib. Vacib xidməti işdən ötrü.

      Telefon pis işlədiyindən Mənson var səsilə çığırdı:

      – Haçan qayıdacaq?

      – Sözün doğrusu, doktor, nə vaxt qayıdacağını deyə bilmərəm.

      – Bura baxın…

      Xəttin

Скачать книгу


<p>5</p>

Con Hunter – məşhur şotland cərrahı.

<p>6</p>

Su.