Qala. Арчибалд Джозеф Кронин

Чтение книги онлайн.

Читать онлайн книгу Qala - Арчибалд Джозеф Кронин страница 7

Qala - Арчибалд Джозеф Кронин

Скачать книгу

tutan qəhəri birtəhər udmağa çalışan Mənson əsəbi halda etiraz etdi:

      – Amma mənə elə gəlir ki, mənimlə danışan onun özü idi.

      Enni ötəri gülümsədi:

      – Ola bilər. Mən eşitmişəm ki, o, Suonsiyə getməyəndə də hamıya cavab verir ki, gedib. – Qadın Əndruya mehribanlıqla baxdı, sonra qapıya sarı çevrilib danışığına yekun vurdu: – Mən yerinizə olsaydım onunla danışığa vaxt sərf etməzdim.

      Əndru dəstəyi asıb qəlbində getdikcə artan bir hiddətlə, təşviş hissilə evdən çıxdı, dodaqaltı kimisə söyə-söyə təzədən xəstələrə baş çəkməyə getdi. Qayıdanda artıq axşam qəbulunu başlamağın vaxtı idi. O, arakəsmə arxasında, həkim kabinetini əvəz edən xırdaca, darısqal bir otaqda saat yarım əyləşib dəhlizi ağzınacan dolduran xəstələrə o vaxtacan baxdı ki, yaş bədənlərin buxarlanmasından divarlar tərlədi, otaqda nəfəs almaq mümkün olmadı. Bunlar barmaqları yaralanmış, xroniki revmatizmə, gözləri və diz bağları peşə xəstəliklərinə tutulmuş mədən fəhlələri idi. Onların soyuqlamış, öskürən, harası isə burxulan, zədələnən, ən cüzi insani nasazlıq hiss edən arvadları, uşaqları idi. Başqa vaxt olsaydı bu iş Əndruya ləzzət verərdi, önlərində özünü imtahan verirmiş kimi hiss etdiyi boz üzlü, qaşqabaqlı bu adamların onun hər bir hərəkətinə sakitcə və diqqətlə göz qoymaları da ona xoş gələrdi. Bu gün isə onu daha mühüm məsələlər düşündürdüyü halda, üstünə yağdırılan boş-boş şikayətlərdən başı hərlənirdi. Resept yazdığı, sinələri taqqıldatdığı, məsləhətlər verdiyi müddətdə onun beynində belə bir fikir yarandı: "Başıma o ağıl qoydu. Ondan zəhləm gedir, bəli, bu təkəbbürlü iblisi görən gözüm yoxdur, lakin çarəm yoxdur. Gərək yanına gedəm".

      Onun yarısında, axırıncı xəstə ambulatoriyadan çıxıb gedəndən sonra Əndru qətiyyətlə xırdaca otağından çıxdı.

      – Cenkins, doktor Denni harada yaşayır?

      Bu vaxt gecikmiş bir xəstənin ambulatoriyaya soxula biləcəyindən qorxaraq çöl qapısını tələsik bağlayan cılız aptekçi üzündə gülməli dəhşət ifadəsi ilə Əndruya sarı çevrildi.

      – Doktor, olmaya onun yanına getmək istəyirsiniz? Missis Peyc… onu xoşlamır.

      Əndru qaşqabaqla soruşdu:

      – Niyə xoşlamır?

      – Hamı niyə xoşlamır, o da ona görə. O, missis Peyclə elə kobud rəftar etdi ki! – Cenkins susdu, Mənsonun üzünə xeyli baxdıqdan sonra könülsüz əlavə etdi. – Nə deyirəm ki, əgər mütləq bilmək istəyirsinizsə, deyə bilərəm: Missis Sicerin evində yaşayır, Çepel-strit, qırx doqquzda.

      Təzədən yola çıxdı. Əndru bütün günü ayaq üstdə olsa da, ağır yük kimi üstünə düşən yatalaq epidemiyası ilə bağlı qayğılara, duyduğu məsuliyyət hissinə başı qarışdığından yorğunluq hiss etmirdi, Çepel-strit, qırx doqquz nömrəli evə gəlib biləndə ki, Denni evdədir, ürəyində bir yüngüllük duydu. Ev sahibəsi onu Denninin otağına ötürdü.

      Denni Əndrunun gəlişinə təəccüb etdisə də bunu büruzə vermədi. Ancaq gözlərini ona zilləyib, Əndru üçün dözülməz bir tərzdə onu xeyli diqqətlə nəzərdən keçirdikdən sonra soruşdu:

      – Nə olub, yoxsa kimisə o dünyaya yola salmısınız?

      Hələ də yığışdırılmamış isti qonaq otağının kandarında dayanan Əndru qızardı, lakin hirsini və incikliyini güclə uddu. O, qırıq-qırıq dedi:

      – Siz haqlı idiniz. Bu, qarın yatalağıdır. Bunu dərhal müəyyənləşdirə bilmədiyim üçün məni öldürmək də azdır. Artıq beş xəstə var. Mən bura bəxtəvərlikdən gəlməmişəm. Gərək bir şey eləyək. Axı mən burada təzə adamam, nə etmək lazım olduğunu bilmirəm. Həkim inspektoruna zəng vurdum, ondan heç bir fayda olmadı. Məsləhət üçün yanınıza gəldim.

      Buxarının qarşısındakı kreslosunda qanrılaraq ağzında trubka Əndruya qulaq asan Denni, nəhayət, narazı halda donquldandı:

      – İçəri gəlin də. – Sonra qəfildən hirsləndi: – Allah xətrinə əyləşin! Kimisə lənətləməyə hazırlaşan presviterian keşişi kimi dimdik dayanmayın. Bir şey içmək istəyirsiniz? Yox? Əlbəttə, elə bllirdim ki, istəməyəcəksiniz.

      – Lütfən, buna baxın!

      Masanın üstündə çox gözəl bir Seys mikroskopu, onun da yanında bir neçə preparat vardı. Əndru preparatlardan birini mikroskopa qoyub baxdı, dərhal xarakterik basilləri – yatalaq bakteriyaları qrupunu tanıdı.

      Ünvanına deyiləcək tənqidi qabaqlamağa tələsirmiş kimi, Denni cəld saymazyana dedi:

      – Əlbəttə, çox pis hazırlanıb. Birtəhər, başdansovma eləmişəm. Allaha şükür, mən laboratoriya siçovulu deyiləm. Cərraham. Lakin bizim bu lənətə gəlmiş üsuli-idarədə adamın əlindən gərək hər iş gələ. Burası da var ki, preparatlar necə pis qayrılsa da onları dolaşıq salmaq olmaz, hətta adi gözlə görünür. Mən onları öz sobamda aqardan7 hazırlamışam.

      Əndru böyük maraqla soruşdu:

      – Deməli, yatalağa siz də rast gəlmisiniz?

      – Dörd dəfə. Elə sizin sahədə. – Denni susdu. – Sizin burda gördüyünüz taxtabitilər Qlayder-pleysdəki quyudandır.

      Əndru canlanaraq, onlarca sual vermək həsrətilə alışıb yanaraq, bu adamın öz işinə necə ciddi yanaşdığını getdikcə başa düşərək, başlıcası isə epidemiyanın mənbəyinin ona göstərildiyindən hədsiz sevinərək Denniyə baxırdı.

      Denni eyni soyuq, acı rişxəndlə dediklərinə yekun vurdu:

      – Bilirsinizmi, paratif burada az-çox adi hadisədir. Lakin bir vaxt, – tezliklə, lap tezliklə! – epidemiyanın yaxşıca alovlandığının şahidi olacağıq. Bu işin günahkarı da mərkəzi kanalizasiya borusu olacaq. Boru, başdan-ayağa deşik-deşikdir, ondan sızan çirkab şəhərdəki yeraltı çeşmələrin yarıdan çoxunu zəhərləyir. Mən bu həqiqəti Qriffitsə qandıranadək tamam əldən düşdüm. O da özünü işə verməyən, heç nəyə yaramayan, tənbəl, mömin heyvanın biridir. Onunla axırıncı dəfə telefonla danışanda hədələyib dedim ki, bu dəfə görüşəndə vurub başını partladacağam. Yəqin elə buna görə bu gün bizdən qaçıb.

      Birdən hiddətlənən Əndru çığırdı:

      – Belə də iş olar? Bu ki, biabırçılıqdır!

      Denni çiyinlərini çəkdi:

      – O, şəhər idarəsindən heç nə tələb etmək istəmir, qorxur ki, zəruri xərcləri ödəməkdən ötrü birdən onun maaşından

Скачать книгу


<p>7</p>

Seylon mamırından və Şərqi Hindistanın dəniz yosunlarından əldə edilmiş jelatinvari maddə.