Hekayələr. Азиз Несин

Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Азиз Несин страница 11

Автор:
Жанр:
Серия:
Издательство:
Hekayələr - Азиз Несин Hekayə ustaları

Скачать книгу

gəl sən məni dolama. Mən nə karəyəm ki, bizim qüdrətli hökumətimizin mənə, köhnə bir cibgirə ehtiyacı olsun, ona işi düşsün!

      Şirin Heydər cavab verdi:

      – Elə demə, bu, hökumət işidir, bilmək olmaz. Elə vaxt olur ki, o, istədiyi vətəndaşını köməyə çağırır.

      – Baş üstə, – dedim, – əgər söhbət vətəndaşlıq borcundan gedirsə, mən hər dəqiqə hazıram, desən ki öl, ölərəm də…

      Şirin Heydər məsələnin nə yerdə olduğunu mənə başa saldı:

      – Bizim ölkəyə müxtəlif dövlətlərin nümayəndələrindən ibarət böyük bir heyət gəlib. Onların içərisində amerikan, alman, danimarkalı, fransız da var. İçərilərində tacirinə, həkiminə, professoruna da, bir sözlə, hər sənət sahibinə rast gəlmək olar. Bizə kömək etmək üçün ölkəmizi öyrənmək istəyirlər. Ancaq nümayəndə heyəti hər yerdə qayda-qanunsuzluğa rast gəlib və gördüklərinin heç biri xoşlarına gəlməyib. Meşə təsərrüfatı ilə tanış oldular, xoşlarına gəlmədi. Səhiyyə işlərini öyrəndilər, o da həmçinin. Zavodlara baxdılar, yenə xoşlarına gəlmədi… Bir sözlə, çox pərtlik oldu. İndi hökumət qərara alıb ki, nə olursa olsun, elə bir şey düzəltmək lazımdır ki, bu, əcnəbilərin xoşuna gəlsin. İndi, Ehsan bəy, iş sənə qalıb. Vətənin tapşırığını yerinə yetirməlisən.

      Mən belə başa düşdüm ki, hökumət əcnəbiləri heç bir şeylə razı sala bilməyib, indi qərara gəlib ki, bizdə oğurluğun yüksək səviyyədə olduğunu onlara göstərsin. Buna görə də bu işi mənə tapşırırlar…

      – Mən səni başa düşdüm, Heydər bəy, – deyə cavab verdim. – Yəni göstərmək istəyirik ki, bizdə başqa şeylər zəifdirsə, oğurluq çox yüksək səviyyədədir.

      – Sən təxminən düz başa düşmüsən. Əcnəbilərə göstərməliyik ki, bizim güclü polisimiz var və o, çox gözəl işləyir…

      – Bu, çətin işdir… – dedim.

      – Hə, əlbəttə, – o mənim sözümü təsdiq etdi. – Elə buna görə də səni çağırmışıq… Sən indi özünü köhnə cinayətkar, məşhur cibgir, öz işinin ustası kimi göstərməlisən.

      Mən soruşdum:

      – Necə yəni? Başa düşmədim?

      O məni başa saldı. Dedi ki, nümayəndə heyətinin qaldığı mehmanxananı, orada yaşayanları mənə göstərəcəklər. Mən də, öz növbəmdə, onların cibində Allahın olanından nə varsa, hamısını “təmizləməliyəm”… Əlbəttə, sonra hay-küy qopacaq və hamı polis idarəsinə yüyürəcək. Polis idarəsində isə onlara deyəcəklər: “Heç narahat olmayın, bizdə güclü polis var, yaxşı işləyir, beş dəqiqənin içərisində biz dələduzu taparıq!” Mən çırpışdırdığım şeyləri dərhal polis idarəsinə gətirəsi olduğum üçün zərərçəkənlər öz şeylərini yerli-yerində alacaqlar. Polis nəfəri də əlini papağına aparıb deyəcək: “Buyurun, şeylərinizi alın!”

      Əcnəbilər də, əlbəttə, səfeh adamlardır, öz aralarında deyəcəklər: “Əhsən! Bax belə işləyərlər!”

      Mən dedim:

      – Bacarmaram, Heydər bəy, əlim gəlməz.

      – Nə üçün?

      – Əvvəla, ona görə ki bu peşəni çoxdandır tərk etmişəm. Əlim vərdişdən qalıb, bacarmaram…

      – Bu barədə narahat olma, bacararsan… – O məni arxayınlaşdırdı.

      Mən dedim:

      – Tövbə etmişəm, Heydər bəy! Cavanlar içərisində çoxlu cəld işləyən cibgirlər var. Onlar vətən qarşısında bu borcu məndən daha yaxşı yerinə yetirərlər.

      – Yeniyetmə cibgirlərin südü çürük olur. Onlara bel bağlamaq olmaz. Oğurlamağına oğurlayarlar, ancaq polis idarəsinə heç bir şey gətirməzlər. Sonra get axtar görüm haradan tapacaqsan!.. Sonra əcnəbilərin qarşısında da biabır olarıq, polisin adı bədnam çıxar. Bizə sənin kimi namuslu cibgir lazımdır.

      – Əzizim, etimadına görə çox minnətdaram, ayaqlarını öpməyə də hazıram, ancaq bu işi bacarmaram.

      – Özün bilərsən, Ehsan, ancaq sonra öz bəxtindən küs. Çayxanana basqın eləsələr, bizdən incimə. Biz bilirik ki, orada qumar oynayırlar. Tiryək də alıb-satırsan. Özün bilən yaxşıdır…

      Gördüm ki, yaxamı qurtara bilməyəcəyəm, razı oldum. Dedim:

      – Ancaq qardaş, mən vətən qarşısında borcumu müftə yerinə yetirməyəcəyəm… Tutaq ki, qəniməti gətirib qaytardım, bunun əvəzində mənim əlmuzdum nə olacaq?

      Şirin Heydər hirsləndi və üstümə çığırdı:

      – Sənə vətəndaşlıq borcu barədə deyirlər, sən isə tamah güdürsən!

      – Hirslənmə, əzizim. Sən də polisdə işləyib vətəndaşlıq borcunu yerinə yetirirsən, ancaq hər ay sənə bala-bala maaş da gəlir. Məclis deputatı da öz borcunu maaşsız yerinə yetirmir. Dostluq öz yerində, iş də öz yerində…

      Heydər dilləndi:

      – Yaxşı, birtəhər yola verərik. Çayxananda nə istəsən, eləyə bilərsən, göz yumarıq… Ancaq unutma: nümayəndə heyətindən çırpışdırdığın qəniməti o dəqiqə mənə çatdırarsan.

      – Oldu…

      – Get, Allah sənə yar olsun… Özünü göstər, Ehsan, bütün ümidlər sənədir… Əgər nümayəndə heyəti başçısının cibini “təmizləyə” bilsən, sənə eşq olsun. Get. Uğur olsun!..

      Mehmanxanaya getdim və orada gözləməyə başladım.

      Axşamüstü gördüm ki, əcnəbilər gəlirlər. Mən cibimdəki şəklə bir də baxdım. Hər şey aydın idi. Nümayəndə heyətinin başçısı arvadı ilə gedirdi. Mən onu yanladım və portmanatının harada olacağını müəyyən etdim. Ehmalca sinəsinə toxundum və onu çıxartdım… Hər şey öz qaydasınca oldu! Demək, peşəmi yadırğamamışdım. Tez oradan uzaqlaşıb özümü xəlvət bir yerə verdim. Orada portmanatı açdım, onun içərisində bir yığın əcnəbi valyutası vardı… Bir Allah şahiddir ki, əlimi uzadıb birini də götürmədim. Bütövlüklə polis idarəsinə apardım…

      Qapıdan içəri girən kimi Heydər çığırdı:

      – Harada itib-batmısan?

      Mən portmanatı ona uzadan kimi marçıltı ilə

Скачать книгу