Hacı Zeynalabdin Tağıyev. Müsəllim Həsənov

Чтение книги онлайн.

Читать онлайн книгу Hacı Zeynalabdin Tağıyev - Müsəllim Həsənov страница 7

Автор:
Жанр:
Серия:
Издательство:
Hacı Zeynalabdin Tağıyev - Müsəllim Həsənov Tarixi yaradanlar

Скачать книгу

xatırlatdıq? Ona görə xatırlatdıq ki, oxucuda təsəvvür yaransın: Hacının da işləri həmişə hamar getməyib. Ümumiyyətlə, hər zaman olduğu kimi Tağıyevin dövründə də uğur milyonçuların üzünə daim gülmür. Məsələn, Tağıyevlə şərikli gəmiçilik şirkəti yaradan İmamverdi Vəliyev bir neçə il sonra müflisləşir.

      Bəs Tağıyevin uğurunun sirri nədə idi? Onun dərin zəkasında, hər cür zəhmətə qatlaşmaq bacarığında və güclü sahibkarlıq intuisiyasında! Və bu xüsusiyyətlər kənardan da aydın görünür və deyilirdi: Hacı «işini o qədər ehtiyatlı tutub ki, Bakıda baş verən bir neçə neft böhranına rahat tab gətirə bilib» (D.Mendeleyev).

      Və bir də: Hacı Bakı şəhər Dumasının üzvü – qlasnı kimi ictimai fəaliyyəti ilə çoxlarına nümunə olub. Sahibkarlıq sahəsində olduğu kimi Dumada da söz sahibinə, liderə çevrilib.

      Qlasnı Tağıyevi liderə çevirən keyfiyyətlər nədən ibarət idi?

      Tağıyev şəhər Dumasında

      1877-ci ildə Bakı şəhər Dumasının yaradılması barədə qərar qəbul edilir. Tağıyev nəinki şəhər Dumasına üzv – qlasnı seçilir, eyni zamanda Dumanın işini təşkil edənlərdən biri və birincisi olur. Bakı Dumasında müsəlmanların hüquqlarının müdafiəsi üçün daim haqq səsini qaldırır.

      İllər keçdikcə Hacı, demək olar ki, Dumanın ən nüfuzlu qlasnısına çevrilir. Yeni şəhər başçısı seçilməlidir? Tağıyevin məsləhəti əsas götürülür. Şəhər hansısa mühüm layihəyə pul ayırmalıdır? Hacının razılığı vacibdir.

      1904-cü ildə Peterburq qəzetlərinin birində Bakı Dumasının fəaliyyəti barədə yazı dərc olunur. Qeyd edilir ki, Bakı Dumasının yarısı müsəlman qlasnılardır. Bəli, məhz yarısı! O vaxtın qaydalarına görə Bakıda müsəlman qlasnıların sayı ümumi Duma üzvlərinin sayının yarısından çox olmamalı idi!

      Qəzet yazır ki, Duma üzvlərinin o biri yarısının üçdə ikisi ermənilər, üçdə biri isə rusların payına düşür. Müsəlman qlasnıların lideri yerli varlılardan biridir. Anadangəlmə ağıllı adamdır, amma təhsili yoxdur.

      Hansısa məsələni Duma iclasından keçirmək lazım olanda o ayağa durub «mən xahiş edirəm» deyə sözə başlayır. Bu, əslində, «mən əmr edirəm» deməyə bərabərdir. Onun həmin sözü təkcə müsəlmanlar tərəfindən deyil, hətta erməni və rusların əksəriyyəti tərəfindən elə belə də qəbul olunur və onun «xahişi», bir qayda olaraq, yerinə yetirilir…

      Bu yazının dərc edildiyi ovaxtkı Peterburq qəzetində ad çəkilməsə də, söhbətin məhz Tağıyevdən getdiyi heç kimə nə o vaxt, nə də indi sirdir.

      Hacı Dumada ilk günlərdən söz sahibi olur.

      Bakı şəhər Dumasının ilk iclası 1878-ci il yanvarın 14-də açılır. Həmin iclasda şəhər upravasına iki nəfər üzv seçilməsi məsələsi qaldırılır. Və şəhər başçısı uprava üzvlərinin hər ikisinin xristian olacağını bildirir. Onda qlasnı Şıxəli Dadaşov uprava üzvlərindən, heç olmasa, birinin müsəlman olmasının vacibliyini xatırladır. Digər müsəlman qlasnılar da bu məsələdə israr edirlər. Tağıyev burada da öz etiraz səsini qaldırır. Nəhayət, qərara alınır ki, upravaya üç nəfər üzv seçilsin və onlardan biri müsəlman olsun.

      «Kaspi» qəzetinin yazdığına görə, həmin iclasda qlasnı Baqirov ermənilərə «qəza rəisi Antonovun üstünlüklərini izah edərkən Tağıyev müsəlman namizədi xarakterizə etməklə məşğul idi».

      Tağıyevin canfəşanlığı öz nəticəsini verir: jandarm idarəsinin tərcüməçisi Dadaş bəy Səfərəliyev upravaya üçüncü üzv seçilir.

      Hacının Dumadakı nüfuzu barədə A.Novikovun «Şəhər başçısının qeydləri» kitabında da söhbət açılır. Novikov yazır ki, Tağıyev Duma iclaslarına həmişə gəlmirdi, amma onun lazım olduğu iclaslara mütləq gəlirdi. O iclaslara gəlirdi ki, taleyüklü məsələlər müzakirə olunurdu.

      A.Novikovun kitabından: «Onunla yaxından tanış olduqca varlı müsəlman xalqın içindən çıxan bu ağıllı şəxsiyyət məni özünə daha çox cəlb edirdi. Rus dilində pis danışırdı, amma ağlına və hissiyyat qabiliyyətinin səviyyəsinə görə – oxucum, təəccüb eləmə – təhsilli həmkarlarından çox-çox yüksəklərdə dayanırdı».

      Və təhsili olmayan bir milyonçunun iti zəkası, çevik məntiqi hamını təəccübləndirirdi. Ona görə də Nəriman Nərimanov yazırdı: «Belə elm hörmətli Hacıda olmaya-olmaya bunun xidmətləri hansı aqili təəccübə gətirməz? Qeyrətli Hacının vətənə, millətə və insana olan himmətindən sonra xarici millət deyə bilərmi: müsəlmanlar nadan, vəhşi, camaat və dövlət işinə yaramayan tayfadır?!»

      «Bakı şəhərinə aid əsas məsələlərdə, istər su məsələsi olsun, istər torpaq, o, həmişə düzgün mövqe tuturdu» – bu da Novikovun fikridir.

      Tağıyevin şəhər üçün vacib məsələlərdə həmişə düzgün mövqe tutduğu barədə hələ danışacağıq. Amma onlardan biri barədə danışmağın vaxtıdır.

      Heç bir təhsili olmayan Hacı Bakıda teatr binası tikdirir. İlk teatr binası!

      Oxumağı bacarmayan, incəsənət sahəsinə, ümumiyyətlə, aidiyyəti olmayan Tağıyev niyə məhz teatr binası tikdirmək qərarına gəlmişdi?

      Milyonçunun teatr sevgisi

      1882-ci ilin aprelində çıxan Bakı qəzetlərində maraqlı bir xəbər var: «…nəhayət ki, bizdə də isti, rahat, bütün lazımi qurğuları olan əsl teatr olacaq». Və ardınca: «Bu teatra görə biz cənab Tağıyevə borclu olacağıq, bu xeyirxah işə görə bütün şəhər ona «sağ ol» deyəcək!»

      Qəzetdə bu xəbər başqa bir mühüm məlumatla yanaşı dərc olunur: aprelin 18-də Qafqazın mülki hissəsinin yeni baş rəisi knyaz A.M.Dondukov-Korsakov Bakıya gəlir…

      Aprelin 20-də knyaz Bakı Dumasının üzvləri ilə də görüşür və həmin görüşdə Tağıyevi ona təqdim edirlər. Şəhərdə ilk teatr binası tikmək arzusunda olan neft sənayeçisi kimi…

      Knyaz Hacının əllərini sıxır, ona bu cəsarətli addımına görə təşəkkür edir və teatrın da məktəb kimi millətin inkişafında xüsusi rolu olduğunu vurğulayır. Əslində, bu həqiqəti Tağıyev çoxdan anlamışdı. Onda Bakıya Peterburqdan tez-tez müxtəlif teatr truppaları gəlir, cürbəcür tamaşalar qoyulurdu. Lakin taxtadan tikilmiş sirk binasında, yaxud Bakı İctimai Məclisinin qış sarayında… O binalarda ki tamaşa üçün yararsız idi. Amma başqa variant da yox idi. Bakı şəhərində teatr binası tikilməmişdi. Buna ehtiyac duyulmamışdı. Lakin Tağıyev belə bir ehtiyac duyur. Və özünün torpaq sahəsində – Merkuri (indiki Zərifə Əliyeva) və Qorçakov (indiki H.Z.Tağıyev) küçələrinin kəsişməsində

Скачать книгу