Son mənzili Xəzər oldu . Qumral Sadıqzadə

Чтение книги онлайн.

Читать онлайн книгу Son mənzili Xəzər oldu - Qumral Sadıqzadə страница 14

Son mənzili Xəzər oldu  - Qumral Sadıqzadə Xatirə ədəbiyyatı

Скачать книгу

üçün nişan gətirdilər. İndi Kəblə Ələkbər bu evə həm keçmiş kürəkən və uşaqlarının atası kimi, həm də təzə adaxlı kimi gəlib gedirdi. Hər dəfə uşaqları ilə, xüsusən, böyük qızı Nisəxanımla görüşəndə bir növ xəcalət çəkirdi. Səfərdən qayıdanda Rübabə üçün gətirdiyi qiymətli hədiyyələri ona verməyə utanır, Maxviretin qulağına pıçıldayırdı. “Apar bunu Bircəbacıyçün”…

      * * *

      1904-cü il payızın əvvəllərində Rübabə ilə Nisəxanım aşağı evi, Mehinbanu ilə kiçik qızlar yuxarıdakı otaqları yır-yığış edir, Kəblə Ələkbərin xidmətçiləri Gülnisə ilə Əli odun anbarını, mətbəxi təmizləyirdilər. Ailə dünən axşam bağdan köçüb gəlmişdi.

      Rübabə yorğan-döşəyi yerinə yığmamışdan qabaq əski gətirib çaxçanın şüşələrini sildi, sonra sandığın tozunu almağa başladı. Birdən yerində donub qaldı: sandığın dalına, çaxçanın dibinə daş-kəsək tökülmüşdü, yerindən tərpənmiş divar kərpiclərinin arasından küçə görünürdü. Qız özünü itirdi, qorxa-qorxa Nisəxanımı çağırdı:

      – Bir bura bax, elə bil kimsə küçədən divarı söküb!

      – A… doğrudan a, bəlkə zəlzələ olub, heç xəbər tutmamışıq?

      – Yox, deyəsən, oğru gəlib.

      – Bu necə oğrudur ki, heç nə aparmayıb? Hər şey öz yerindədir. Bəlkə sandığın içindəkiləri aparıblar? Gəl, açıb baxaq.

      Rübabə nə edəcəyini bilmirdi. Xeyli fikirləşəndən sonra babasına xəbər verməyi lazım bildi. Yavaşca dəhlizə keçdi. Babası yerində uzanıb gözlərini yummuşdu. O xəstə idi. Ayaqları ağrıyır, özünü piss hiss edirdi. Hələ bağda olarkən yorğan-döşəkdən durmuşdu. Yazda nəvəsi nişanlanandan sonra o, Ələkbərin təkidi ilə işini buraxmışdı. Özü hiss edirdi ki, son illər dənizdə işləmək getdikcə çətinləşir.

      Rübabə diz üstə çöküb əlini astaca babasının çiyninə toxundurdu. Kişi gözlərini açdı.

      – Baba necəsən? Bağışla, səni oyatdım.

      – Yatmamışdım qızm. Nə var, nə olub?

      – Bir bura gələ bilərsən, çaxçanın yanına?

      – Xeyir ola, bala, nə var ki, çaxçada? – deyə Seyid Sadıq durub oturdu, nəvəsinin köməyilə ayağa durdu, o biri otağa keçdi, qorxa-qorxa açıq çaxçanın qabağına gəldi, küçədən düşən işığı o da gördü, dizləri əsməyə başladı.

      Nisəxanım sandığı açıb içərisindəkiləri yoxlayırdı.

      – Bircəbacı, mən bilən hər şey yerindədir, gəl bax…

      Rübabə heç nə deməyib tələsik sandığı boşaltdı, Nisəxanımla köməkləşib kənara qoydu. Altındakı taxtaları da götürdü. Çuxur boşdu! Balaca bardaq yoxa çıxmışdı! Seyid Sadıq çənəsi əsə-əsə nəvəsinin hərəkətlərini izləyirdi. Bardaq yerinin boş olduğunu görəndə başına möhkəm bir qapaz vurdu:

      – Vay! Evim yıxıldı, yetimlərim ac qaldı… – deyə qışqırıb tappıltı ilə yerə sərələndi.

      Qızlar bərk qorxub babanın üzərinə əyildilər. Rübabə ağlaya-ağlaya dedi:

      – Babacan, cəhənnəm olsun qızıllar, eybi yoxdur, fikir eləmə, dur ayağa! Bəlkə tapıldı?!

      Nisəxanım həyətə çıxıb yuxarıdan nənəsini çağırdı:

      – Nənə, ay nənə! Baba yıxıldı, tez ol düş aşağı!

      Hamı Seyid Sadığın başına yığışdı. Onu yerdən qaldırıb dəhlizə apardılar, yatağına uzatdılar, üzünə su çilədilər. Bir azdan bədbəxt qoca gözlərini açıb ətrafına baxdı, arvadını görüb hönkürtü ilə ağladı:

      – Mehinbanu evimiz yıxıldı, balalarımız ac qaldı – dedi, – mən ağılsıza deyən gərək, nəyinə lazımdır pulları basdırmaq, neçə ildi sandıqdaydı, qoy yenə qalaydı da… Yox, şeytan çıxartdı məni yoldan…

      Rübabə hər şeyi – yazda babası ilə qızılları basdırdıqlarını və indi çaxça divarının küncdən sökülməsini nənəsinə danışdı. Mehinbanu əlli ildən çox bir yerdə ömür sürdüyü vaxt ərzində ərinin ağlamasını, özü də bərkdən hönkürərək ağlamasını birinci dəfə görürdü. Ona yazığı gəldi. Əlindən hirsli olsa da, yanında oturub ürək-dirək verdi:

      – Kişi, bəsdir, sakit ol, uşaq-zadsan, ağlayırsan? Cəhənnəm olsun pullar. Uşaqların başına sadağa…

      Seyid Sadıq hıçqıraraq elə hey təkrar edirdi: “Evimiz yıxıldı, balalarımız ac qaldı”. Onu öskürək tutdu. Rübabə soyuq çay gətirdi, yanında oturub içirtdi.

      – Eybi yoxdur baba, fikir eləmə, acından ölmərik – deyə ona təsəlli verdi – Seyid Hüseyn bu gün-sabah qulluğa girəcək, dolanarıq!

      Axşama yaxın qoca bir balaca sakitləşdi. Balışa söykənib oturmuşdu, öz-özü ilə danışırdı. Birdən başını qaldırıb dedi:

      – Arvad, mən bilirəm bu kimin işidir! Qızılların yerini Rübabədən başqa heç kim bilmirdi. Ələsgərin işidir! Pulları basdıranda o xosdərəngi1 gəlmişdi bizə… Həm də eşitmişəm Ələkbərin dükanında dalımca deyibmiş ki, nəvəsini mənim kimi cavana vermədi, atası yaşında qoca kişinin puluna satdı, mənim ürəyimə dağ çəkdi!

      – Kişi, xalxın babalını yuma, bunu bilmək olmaz!

      – Babal-zad yumuram, mən bildiyimi deyirəm.

      Bu zərbə əvvəldən xəstə olan Seyid Sadığın vəziyyətini bir az da ağırlaşdırdı. Kəblə Ələkbər kişinin halına acıyır, boş vaxtlarını yanında olur, başqa söhbətlərlə başını qatmağa çalışırdı. Ancaq bunların köməyi olmurdu. Kişi gündən-günə zəifləyirdi.

      Bir gün Seyid Sadıq qəti qərara gəlib kürəkənini yanına çağırtdırdı.

      – Oğlum, – dedi – mən yəqin bilirəm ki, qızılları Ələsgər aparıb. Deyirlər, indi o Bakıda deyil, oğlunu da götürüb vətəninə, Qarabağa gedib. Xahiş edirəm, bir adam göndər, onu tapıb gətirsin bura. Mən mütləq ondan pulları almalıyam.

      Ələkbər ehtiyatla ona etiraz etdi:

      – Ağa, ona necə sübut etmək olar ki, pulları o aparıb? Görən olmayıb, əlində tutan olmayıb.

      – Sən mənə əməlli qulaq as: bağa köçəndə həmişəki kimi həmşəri Gülsənəmi qoymuşuq həyətdə. Bu yaxınlarda Gülsənəmin

Скачать книгу