Bakı rüzgarı. Saryal İsmayıl

Чтение книги онлайн.

Читать онлайн книгу Bakı rüzgarı - Saryal İsmayıl страница 3

Автор:
Жанр:
Серия:
Издательство:
Bakı rüzgarı - Saryal İsmayıl Xatirə ədəbiyyatı

Скачать книгу

olmuşlar arasında. Bizim həyatda baş verənləri diqqətlə izləyib bizdən çox məlumatlı olanlarda, bizim nailiyyətlərə bizim özümüzdən də çox sevinənlərdə SSRİ-də gedən mülayimləşmə vətənə dönmək, qohum-qardaşla görüşmək çoxlarında arzularının çin olmasına inam yaratmışdır. Ola bilsin, məhz bu inam da nənəmin qohumlarına məktubu yazdırmışdı. Ancaq ümidverici mülayimləşmədən sonra SSRİ siyasətinin sərtləşməsi, içlərində kök salan “Çeka” xofu mühacirətdə olanların əksəriyyətinin nəinki vətənə qayıtmaq, hətta qonaq kimi gəlmək fikirlərindən də uzaqlaşdırdı, necəki nənəmin qardaşlarını.

      Əmimin etirazına baxmayaraq, atam onlara cavab məktubu yazmaq qərarına gəldi. Dedi ki, anamı gözü yaşlı qoya bilmərəm. Bir müddət sonra nənəmlə atamın adına Türkiyədən dəvətnamə gəldi. Səfər aprel ayında nəzərdə tutulmuşdu. O gündən evimizdə səfərə hazırlıq başlandı. Anam paxlava, şəkərbura, qoğal tədarükü görür, atam hədiyyələr alırdı. Azərbaycan bəstəkarlarının opera, xalq mahnılarından ibarət vallar, Bakının şəkilləri, bir də bir ovuc vətən torpağı – Mir İsmayıl dayısının atamdan istədiyi bunlar idi. Səfər günü yaxınlaşdıqca evimizdə həyəcan da artırdı. Nənəmi tanımaq mümkün deyildi. O, xəyalən artıq Türkiyədə idi. Onu başa düşmək olardı. Cavan ikən ayrıldığı bacı-qardaşlarını yenidən görəcək, onları bağrına basa biləcəkdi. Baxmayaraq ki, onların son görüşündən uzun bir zaman ötmüşdü, o, arada yaranan boşluğu acı, xoş xatirələrlə doldurmağa çalışacaqdı…

      Nənəmlə atamın Türkiyəyə səfəri 1966-cı il, aprel ayının sonlarında baş tutdu. İlk dəfə şəxsi dəvətlə Azərbaycandan Türkiyəyə gedən atamla nənəm oldu.

      Atamla nənəmin bu səfəri Türkiyədə, sözün əsl mənasında, bir bayrama çevrilmişdir. Uzun illər məmləkət həsrətiylə mühacir həyatı yaşayanlara vətən ab-havası gətirənlərin səfəri. Nənəmin paltarının ətəyinin vətən torpağına dəyib deyə öpüb, gözlərindən axan damcılara dönmüş vətən tozunu bayram edənlərə ümid sevinci gətirənlərin səfəri…

      Üç ay Türkiyədə qonaq qaldıqdan sonra geriyə dönən atamla nənəm vətəndə yola salındıqları təmtaraqla da qarşılandılar. О gundən evimiz bir ziyarətgaha döndü. Kimi atasından, ərindən, kimi qardaşından, əmisindən, dayısından ya da hansısa qohumundan, dostundan xəbər bilmək üçün bizə gəlirdi. Atamgilin gətirdikləri məktublar, hədiyyələr, söz ismarıcları necə-necə ailəni sevindirmiş, onlara ümid vermişdi. Bu sevinc payı üçün hətta Azərbaycanın müxtəlif rayonlarından da gəlirdilər. Ancaq bir neçə ailənin sevincinə acılıq da qatılmışdı. İkinci Dünya Müharibəsində ərlərinin həlak olması ya itkin düşməsi xəbərini yaşamış, övladlarını təkbaşına böyütmüş, taleləriylə də artıq barışmış qadınlarda övladlarının atasının sağ-salamat olmaları xəbəri bir tərəfdən onları sevindirmişdisə, o biri tərəfdən, ərlərinin Türkiyədə ailəli olmaları bu qadınların dərdlərini təzələmişdi…

      Atamgil Türkiyədən qayıdandan bir il sonra oradakı mühacirlərimizdən biri öz xanımıyla Bakıya gəldi. Gələn gündən o, Gəncəyə getməyə tələsirdi. Uşaqlıq, gənclik şəhərinə, ilk dəfə sevib-sevildiyi şəhərə. Gəncədən döndüyü gündən öz hisslərinə sahib ola bilmirdi. Qara eynək də onun gözlərinə çökən dərdi, qəmi gizlədə bilmirdi. Qonaq olduğu evlərdə bundan sonra Azərbaycansız necə yaşayacağını təsəvvür etmədiyini söyləyir, Gəncədə yeni həyata başlamaq istəyini də gizlətmirdi. O, Türkiyəyə qayıdanda tezliklə geri dönəcəyini vəd etdi. Oradan göndərdiyi məktublarda vətənindən ayrı yaşamağın artıq onunçün bir işgəncəyə çevrildiyini vurğulayır, eyni zamanda qayıtmaq üçün hazırlaşdığını da yazırdı. Ancaq çox keçmədi, Türkiyədən onun qəfil ölüm xəbəri gəldi. Sarsıdıcı, gözlənilməz xəbər…

      O illərdən uzun zaman ötmüşdü. Milyonlarla insan talelərini sındırmış sovet imperiyası dağılmış, Azərbaycan İstiqlala qovuşmuşdu. Dəyişən siyasət nəticəsində ildırım sürətiylə dəyişən həyatda münasibətlər də dəyişmiş, gediş-gəliş də sadələşmiş, çoxalmış, münasibətlər də adiləşmişdir. Adilikdə isə cazibə itir. Həmin o cazibəki, çox illər öncə istər Azərbaycanda, istərsə də Türkiyədə hadisəyə səbəb olan nənəmin qardaşları-bacısıyla olan o görüşdə var idi.

      Bu gün “Bakı rüzgarı” kitabının Mir İsmayıl Saryalın ana yurdunda nəşri məni bir tərəfdən kədərləndirirsə, o biri tərəfdən sevindirir. Kədərləndirir ki, xəyallarında yaşadığı vətəninin İstiqlalını görmək ona nəsib olmadı. Sevindirir ki, Mir İsmayıl Saryal bu kitabıyla azad və müstəqil Azərbaycana qayıdır. Bunun onun ruhuna bir təsəlli olmasına inanmaq istəyirəm…

      Babayeva-Vəkilova N.R.

      SANBALLI BİR XATİRƏ KİTABI – “BAKI RÜZGARI”

      Bilmədiyimiz bir çox tarixi hadisədən, xüsusilə 1910-1930-illər arasında Azərbaycandakı istiqlal mübarizəsindən, 1917-ci il kommunist inqilabının xalqları necə bir-birinə qatdığından, necə qanlı terror yuvası yaratdığından bəhs eləyən bu dəyərli əsər üç il əvvəl nəşr olunduğu halda heç kəsin diqqətini cəlb eləmədi, kitab dükanlarının vitrinlərində bir müddət qalandan sonra tutqun buludlar arxasında gözdən itdi.

      Kitabın müəllifi mərhum İsmayıl Saryal 1896-cı ildə Azərbaycanınn Gəncə şəhərində Minabəyim xanım və Vəqflər müdiri Mir Hacı Seyid Əhmədin ikinci övladı kimi dünyaya gəlib. Qaynar ictimai həyatı, geniş meydanları, yaraşıqlı evləri, təmiz küçələrilə Gəncə şəhəri 20-ci əsrin əvvəllərində modern və gözəl bir şəhər idi. Şəhərin çayla ayrılan üzbəüz hissəsində ermənilər, digər əsas hissəsində isə türklər yaşayırdılar. Türklər və ermənilər arasındakı dostluq, qarşılıqlı sevgi və hörmət rusların erməniləri davamlı təhrik etmələri ilə pozuldu, sonra getdikcə artan düşmənçiliyə, qanlı toqquşmaya çevrildi. Həmin vaxtlar gimnaziyada oxuyan İsmayıl Saryal kitabda başına gələn hadisədən söz açır…

      Həmin dövrdə Azərbaycanda milli şüur get-gedə inkişaf edir, mətbəələr açılır, qəzetlər, jurnallar, kitablar çap olunur, xalqın milli hisləri dirçəlirdi.

      Şagirdlik həyatının şıltaq, maraqlı və şübhəsiz, çox şirin günlərini dilə gətirən İsmayıl Saryal gimnaziyanı bitirdikdən sonra təhsilini Kiyev Politexnik İnstitutunda davam etdirmək üçün bir neçə yoldaşı ilə yola düşür. Həmin məqamda böyük Rusiya İmperiyası böyük daxili narahatlıqlarla, küçə nümayişləri ilə çalxalanır, paytaxt Peterburq silkələnirdi. Çox yaxşı təşkilatlanan kommunistlər hər bir bəhanədən istifadə eləyib quruluşu sarsıdır, xalqı dəhşətə salır, təxribatlar törədirdilər. Küçələr, meydanlar daim qaynayan kütlələrlə dolu olurdu. Rusiya İmperiyasında yaşayan bütün xalqlar zəncirlərini qırmaq, azadlıq qazanmaq üçün bu qarma-qarışıq mühitdən istifadə eləyib gizli təşkilatlar yaradır, səylə fəaliyyət göstərirdilər.

      Təəssüf ki, Kiyevdə ali təhsil alan Azəri

Скачать книгу