Ölüm qədər sadə. Piter Ceyms

Чтение книги онлайн.

Читать онлайн книгу Ölüm qədər sadə - Piter Ceyms страница 4

Автор:
Жанр:
Серия:
Издательство:
Ölüm qədər sadə - Piter Ceyms

Скачать книгу

– Robbo rişxəndlə güldü. – Bizim isə əksinə çox xoşumuza gəlir.

      Lyuk onun əlindən ratsiyanı aldı

      – Maykl, sən indi başa düşürsən ki, “borc qaytarılanda yandırır?”

      Dördü də birdən qəhqəhə çəkdi. Ratsiyanı Coş götürdü:

      – Salam Maykl, dostum! Biz əla kluba gedirik, orada başgicəlləndirici çılpaq qızlar rəqs edir. Təsəvvür edirəm, indi necə dəli olursan. Təəssüf, belə şeyi qaçırmaq olar…?!

      Mayklın boğuq səsi eşidildi.

      – Yaxşı kişilər! – Mənə elə indi də hər şey murdar görünür.

      Robbo avtomobilin şüşəsindən yolun bir hissəsinin qazıldığını gördü. Görünür, orada təmir işləri gedirdi.

      Ancaq işıqforda yaşıl işıq yanmışdı və o sürəti artırdı. Ötüb keçərik.

      Lyuk Coşun çiyni üstündən qışqırdı:

      – Maykl, fikir eləmə! Bir neçə saatdan sonra biz sənin dalınca qayıdacağıq!

      – Bir neçə saat nə deməkdi? Mən o vaxta qədər ölərəm!

      Bu anda yaşıl işıq qırmızıya dəyişdi. Əyləci basmağa vaxt olmadı. Robbo sürəti artırdı və ötüb keçdi.

      – Verin bura görüm! – Bir əli ilə sükanı fırladaraq, digər əli ilə ratsiyanı aldı. Bir saniyəlik gözlərini aşağı dikərək “çağırış” düyməsini axtardı – Qulaq as, Maykl..

      – Robbo! – Coş əsəblə çığırdı

      Qarşıda parlaq işıq – kiminsə faraları düz onların üstünə düşürdü. Gözqamaşdırıcı işıq… Siqnal səsi – zəif, güclü, şiddətli…

      – Robboooo! – Lyuk zingildədi.

      Robbo həyəcan içində ratsiyanı əlindən saldı, var gücü ilə əyləci sona qədər sıxdı, avtomobil o anda sükana tabe olmadı. Robbo ümidsizliklə ətrafa baxıb avtomobili döndərməyə yer axtardı. Sağda ağaclar, solda “JCB”yol təmir edən maşın, qarşıda isə, nəhəng kometin quyruğu kimi yağış örtüyünün altından üzüb gələn nəhəng parlaq dairələr…

      2

      Mayklın başı hərlənirdi. O, qışqırıq, sonra küt zərbə eşitdi – elə bil kimsə ratsiyanı əlindən saldı. Və səssizlik.

      O, çağırış düyməsini basdı

      – Alo!

      Ona cavab yalnız gurultu oldu.

      – Alo, uşaqlar, hardasız?

      Sakitlik. O dəqiqə ötürücüyə baxdı. Görkəmcə möhkəm, etibarlı plastik qabda bir tərəfi qısa, digər tərəfi isə bir az uzun antenası olan təchizat cədvəlində ”Motorolla” loqotipi olan əşya. Söndürmə düyməsi, səs ucaldıcı düymə, kanalların dəyişdirilməsi və xırdaca sayrışan yaşıl nöqtə. Ratsiyanın üzərindəki lənətə gəlmiş ağ ipək isə lap yaxınlıqda idi. Maykl fəryadını zorla saxladı. Ürəyi dəlicəsinə döyünürdü. Ayaqyoluna istəyirdi. Dəhşətli dərəcədə istəyirdi… Artıq gözləməyə halı yox idi.

      – Lənət şeytana axı o hardadı? Coş, Pit, Lyuk və Robbo hara yoxa çıxdılar? Yəqin indi ətrafda durub qəhqəhə ilə gülürlər. Yoxsa bu gicbəsərlər, həqiqətən də, kluba sivişiblər.

      İçkinin təsiri yenə də Mayklın beyninə vurdu və elə bil biraz yüngülləşdi.

      Hər şey elə bil dumana büründü, göz qapaqları ağırlaşdı, sonra isə gözlərini yumaraq ləzzətli yuxuya qərq oldu. Maykl özünə gələndə gözünün önündə uzaqdan görünən ağ ləkə oynayırdı. İpək. Gözlənilmədən ürəkbulanma başladı – sanki kimsə onu yuxarı qaldırdı və yenidən aşağıya saldı. Yenə yuxarı. Yenə aşağı. O, ağzının suyunu uddu və yenidən gözlərini qıydı. Ona elə gəlirdi ki, tabut üzür, yellənərək, o yan, bu yana aşaraq. O üzür. Sanki böyük bir beşikdədir. Gözləri yumuldu, Maykl daş kimi dərin yuxuya qərq oldu.

      3

      Roy Qreys tıxacda dayanmışdı. Yağış köhnə “Alfa-Romeo” avtomobilinin damına vururdu, barmaqlarını əsəbi halda sükanın üstündə döyəcləyirdi. Qulağının ucu ilə Daydokun diskinə qulaq asırdı. Qətiyyən kefi yox idi. Daha dəqiqi, bərbad demək olardı. Sabah o məhkəmədə olmalıdır. Orada isə xoşagəlməz hallardan qaçmaq mümkün deyil. Qreys “Ebuak” mineral suyundan bir qurtum içdi, qapağını bağladı və şüşəni qapıdakı xüsusi yerə qoydu.

      – Hə, niyə durmusuz tərpənin! – O, əvvəlkindən də bərk sükanı döyəcləyərək, qarşıdakı avtomobilləri tələsdirdi. O, artıq qırx dəqiqə idi ki, görüşə gecikirdi, halbuki, gecikməyi sevmirdi. Çünki, hörmətsizlik əlaməti hesab edirdi.

      Gecikən adam sanki deyir: “Mənim vaxtım səninkindən daha dəyərlidir, odur ki, gözləyə bilərsən”. Əgər o otaqdan bir dəqiqə tez çıxsaydı, hər yerə çatdıra bilərdi. Zəngi kimsə başqası qəbul edərdi, bax elə o adamı da Braytonda, zərgərlik dükanını qarət edən, iynələnmiş iki gicbəsəri yoxlamağa göndərərdilər. Sizə polis işinin bir narahatlığını deyim: əclaflar oğurluq etmək, öldürmək və soyğunçuluq etmək üçün vaxt seçmirlər. Ancaq iş vaxtı cinayət törətsəydilər, nə olardı ki? Qreys başa düşürdü ki, bu gün ona heç yerə getmək lazım deyildi. Evdə qalıb sabahı gün üçün hazırlaşmaq olardı. O bir az da su içdi. Boğazı qurumuşdu, dodaqları yanırdı. Qarnında sanki qurğuşun qanadlı kəpənəklər var idi. Son bir neçə il ərzində dostları dəfələrlə onu yola gətirməyə çalışırdılar ki, görüşə kor-koranə şəkildə getsin. Hər dəfə də, əsəb tuluğuna çevrilirdi. Bu gün isə hər şey həmişəkindən daha pis idi: duş qəbul etməyə və əynini dəyişməyə vaxt qalmamışdı, narahat idi ki, abırlı görünmür. Dünən o hər şeyi dəqiqliklə düşünmüşdü. Bu gün isə hansısa iki axmağa görə planları alt-üst oldu. Onlardan birində qırma tüfəngi olub və növbədən qayıdan patrulu vurub. Patrul dükana çox yaxın gəlib, amma xoşbəxtlikdən çox dərin olmayıb. Roy tüfəngdən açılan 12 kalibrlik atəşin nəticəsini görüb. Yaxın məsafədən onunla əl və yaxud qolu atəşlə vurub qopartmaq olar, sinədə isə, futbol topu ölçüsündə deşik açmaq olar. O, yaralı polis Bill Qrini yaxşı tanıyırdı. Onlar bir neçə dəfə eyni komandada reqbi oynamışdılar. Güllə Qrinə 30 yard6 uzaqdan dəymişdi. Bu məsafədən qırma ilə, qırqovul və ya dovşanı öldürmək olar. Sağlam bədənli reqbi ustasını, hələ üstəlik qoruma rolunu oynayan dəri gödəkcə geyinmiş birini isə sadəcə yaralaya bilər. Bill Qrin yetərincə canını yaxşı qurtarmışdı, lakin bir neçə qırma onun üzünə, biri isə sol gözünə dəymişdi. Qreys hadisə yerinə çatanda artıq alçaqları həbs

Скачать книгу