Oğluma nəsihət. Низами Гянджеви

Чтение книги онлайн.

Читать онлайн книгу Oğluma nəsihət - Низами Гянджеви страница 10

Жанр:
Серия:
Издательство:
Oğluma nəsihət - Низами Гянджеви

Скачать книгу

ondan dünyada parlaq xatirə qaldı,

      Ədalətin zəngini kim ki çaldı, ucaldı.

      Könül yıxma, könül tik, can qoy xalqın uğrunda,

      Səndən mehrini onda əsirgəməz Tanrı da.

      Tap, sənə yar olsunlar Günəşə at çapanlar51,

      Dostun səfası üçün cəfa çəkən – bəxtiyar.

      Sən ucalmaq istəsən, dərdi al, dərmanı ver,

      Onda hamı deyəcək: – Qulunam, fərmanı ver!

      Məhəbbətində qızğın, nifrətində soyuq ol,

      Günəş kimi, Ay kimi payla nurunu bol-bol.

      Hər kəs yaxşılıq etsə, yatmış bəxti ayıldar,

      Bir gün həmən yaxşılıq öz üstünə qayıdar.

      Sən çərxin gərdişinə qiyas gözüylə baxsan,

      Yaxşı-yaman gündə də haqşünas olacaqsan!

      Bu hərlənən günbəzin dal seyrinə bir müddət,

      Hər şeydən üstün nədir? Tanrımıza itaət!

      Üz döndər suçlarından, yaxşılıq et, haqqı tap,

      Təki peşman oluban çəkməyəsən dərd, əzab.

      Üzrə, hiyləgərliyə əl atma, bəyənilməz,

      Gözəl işlər gözləyir dünyada səndən hər kəs.

      Sözlə başa gəlsəydi bu dünyanın nizamı,

      Fələklərin çiynində yer tutardı Nizami.

      Süleyman peyğəmbərlə qoca əkinçinin hekayəti

      Günlərin bir günündə qanad açdı diləyi,

      Bir çırağa yetişdi Süleymanın küləyi.

      Təntənəylə, calalla yön aldı çöl səmtinə,

      Qaldırdı öz təxtini göyün mina təxtinə.

      Çöldə bir cütçü gördü, təzələndi nəfəsi,

      Onda sevinc oyatdı əkinçinin həvəsi.

      Evindən gətirdiyi ovuc-ovuc məhsulu,

      Səxavət mədəninə saçmışdı zəhmət oğlu.

      Dən səpilən guşələr göyərmiş xırda-xırda,

      Əgər danədən bir neçə sünbül boy atmış orda.

      Danələrin sirrini əkinçi bir-bir açdı,

      Süleyman dilə gəldi, sanki quşlar danışdı:

      – Bir az mərdanə davran, gözü tox ol, ey qoca!

      Əkdiyini biçib ye, bəsdir, tər tökmə bunca.

      Quş deyilsən ki… dəni boş yerə çölə saçma,

      Gəl, mənimlə bu yerdə quş dililə danışma52.

      Hanı əlində belin? Az cırmaqla səhranı,

      Nə suyun var, nə arxın. Zay eləmə arpanı.

      Düşün: sulu torpağa biz səpdik nə qədər dən,

      Zəhmətindən savayı nə gördük bu əkindən?

      Dəni külə döndərən bu təşnə çöllərdə sən,

      Yandırsan da canını, nə qazana bilərsən?

      Cavab verdi ixtiyar: – Gəl incimə sözümdən,

      Heç nə gözləmirəm mən yerin, suyun feyzindən.

      Mən bilmirəm, heç suyu varmı, yoxmu tarlanın?

      Əkmək mənim işimdir, yetişdirmək Tanrının.

      Bax, budur suyum mənim – alnımdan süzülən tər,

      Lingim, belim, külüngüm – bu dırnaqlar, bu əllər.

      Sənin təki səltənət, mülk dərdi çəkmirəm ki,

      Bütün ömrüm boyunca yetər mənə bu əkin.

      Məni muştuluqlayıb, xoş müjdələr verənim:

      Yeddi yüz dən olacaq bu torpaqda hər dənim.

      Bu taxılı şeytanla şərik əkməmişəm mən,

      Yəqin, birə yeddi yüz verəcək bu halal dən.

      Mənə hər şeydən öncə sağlam bir toxum gərək,

      Sünbüllərin düyünü qoy açılsın qönçətək.

      Götür-qoy etsələr də bu dünyada nə qədər,

      Hər bədənə yaraşan münasib don biçərlər.

      Hər eşşək çəkə bilməz İsa yükünü, qardaş!

      Dövlətin işlərini qavraya bilməz hər baş.

      Kərgədan fil boynunu parçalar, düşsə eşqə,

      Ölü bir çəyirtkəni zorla çəkər qarışqa.53

      Yüz nəhri nuş etsə də, səs çıxarmaz ümmanlar,

      Arx isə bircə seldən coşar, hay-haray salar.

      Heç kəs gizlənə bilməz, bu göy qübbə altında,

      Hər kəs öz mərdliyilə çatır şöhrətə, ada.

      Dövlətliyə yaraşır qeyrət, zəhmət, məşəqqət,

      Mərdanələr hər dərddən qılar məgər şikayət?

      Hər kəs Tanrı sirrini saxlamağa qadirmi?

      Ya naz çəkə bilirmi çınlayan bir saz kimi?54

      Naz etməkdən söz açma, yalnız xublar nazlanar,

      Nizaminin işidir naz çəkmək, ey tacidar!

      Qarı ilə Sultan Səncərin hekayəti

      Bəla çəkmiş bir qadın bağrı qan, gözü yaşlı,

      Bir gün Sultan Səncərin ətəyindən yapışdı.

      Dedi: – Ey sultan, səndən görməmişəm yaxşılıq,

      Fəqət neçə zülümə şahid olmuşam artıq.

      Kefli bir darğa gəlib alt-üst etdi yerimi,

      Şillə çəkdi üzümə, yoldu birçəklərimi.

      Suçum varmı ki, məni öz evimdən çıxartdı?

      Saçlarımdan yapışdı, sürüyüb çölə atdı.

      Onun zülümlərindən nəfəs çəkə bilmirəm,

      Dağlar basıb köksümə bu vəhşilik, bu sitəm.

      Yaxamdan yapışır

Скачать книгу


<p>51</p>

Günəşə at çapanlar – Tanrıya can atanlar

<p>52</p>

Quş dili ilə danışmaq – mənasız, boş danışmaq

<p>53</p>

Hər kəs gücü çatan işdən yapışmalıdır.

<p>54</p>

Yalnız nadir qəhrəmanlar xalqın qayğısını çəkməyə qadirdirlər. Sirri hər kişi saxlaya bilməz.