Oğluma nəsihət. Низами Гянджеви

Чтение книги онлайн.

Читать онлайн книгу Oğluma nəsihət - Низами Гянджеви страница 12

Жанр:
Серия:
Издательство:
Oğluma nəsihət - Низами Гянджеви

Скачать книгу

şüalarını ceyran belində tutan.60

Kərgədan tük salardı boynunun qüvvəsindən,

Çöl eşşəyi dişindən, dağ kəli zərbəsindən.

Yolçuluqda ovçunun dostu, arxadaşıydı,

Çox işinə yaramış vəfalı yoldaşıydı.

Gecə keşik çəkən it gündüz əmrə müntəzir,

Görərdin ki, onunçün qida gəzir, yem gəzir.

Bir gün aslan ovçunun yox oldu aslan iti,

Ovçunun göz yaşları ciyərlərini diddi.

Dedi: – Gör miyançısı qəza olan ovlağı!

Şir başından üstündür burda itin ayağı.

Bildi ki, dərd əlindən qanə dönsə də ürək,

Ciyərini dişində tutub tab etmək gərək!

Ovçu dözdü, səbrinin misqal boyda arpası61,

Bəlkə, bir dirhəm62 qədər xeyir gətirdi azı.

Ovçunun qarşısına bir tülkü çıxdı lapdan,

Dedi: – Səbr etmək olmaz, sən ey səbrli insan!

Eşitdim ki, o eşsiz qüdrət, hünər yolçusu,

Dünyadan köçüb gedib… Nə qəm, başın sağ olsun!

Bir anda yaxalardı yüz cüyürü, ceyranı,

Oldu zirəkliyinin, cəldliyinin qurbanı.

Bilirəm, sənin üçün bu dərd hər şeydən betər,

Ovladığın qəm-kədər sənə iki ay yetər.

Qalx, bu ovdan kabab çək, ver könül ziyafəti,

Dərisi dərvişlərin, əti ovçu qisməti.

Bilirəm, çox yemisən dadlı, ləzzətli xörək,

Bir də yağlı tülkülər əlinə keçməyəcək.

Yağlıyıq63, yavanıqmı? Düşündürmür heç səni,

Süfrəmizdən çəkmisən iştahının əlini.

Nə yaxşı ki, uzağam daha sənin torundan,

Nə yaxşı ki, azadam şikarından, darından.

Sirdaşından ayrısan, bəs bu nə cür vəfadır?

Qəm yemirsən… bəs nədən ciyərlərin yaradır?

Ovçu dedi: – Doğacaq… hamilədir bu gecə,

Qəmim bircə günlükdür, keçib gedər indicə.

Bircə bundan şadam ki, bu ölümlü dünyada,

Sevinc, kədər həmişə bir-birini qovmada.

Bu boş, fani dünyada, bu dəyişən qəlibdə,

Xidmət, sərvət, səltənət elə gedib-gəlib də.

Hər şey keçib gedəcək: həm Ay, ulduz, həm fələk,

Rahatlıq da, möhnət də bir gün sona yetəcək.

Bir azca şadlanıram dərdim, qəmim olanda,

Çünki sevinc müjdəsi gətirir qəm cahanda64.

Bu qəmdən Yusif kimi mən bəlaya uğradım,

Fəqət qurd deyiləm ki, dərddən dərimi yırtım.

Ey tülkü, şad olma ki, mənə dağ çəkdi fələk,

Hələ sənintək şikar əlimə çox düşəcək.

Ovçu bunu deyərkən yollar toza büründü,

Toz pərdəsi dalından cəsur köpək göründü.

Gəldi, öncə dolandı arxasını, önünü,

Lapdan dişinə çəkdi qasığını tülkünün:

“Bir az gecikdim deyə sən məni pislədinmi?

Geciksəm də, yetirdim özümü aslan kimi!

Mənim ləkəsiz xaltam sənin dinintək təmiz…

Tülkünün peysərini, yəqin, yeyəcəksiniz”.

O kimsə ki, bəsləyir yəqinliyə sədaqət,

Onun işinin sonu səadətdir, səadət.

Yəqinlik yolunu tut daim bu kainatda,

Yəqinlikdən mübarək mənzil yoxdur həyatda.

Yəqin inam gücünə saf qızıla dönür daş,

Ayaqda əyləşənlər başa keçirlər, qardaş.

Yəqin bir inam ilə addım atsan qorxusuz,

Oddan su çıxararsan, dəniz dalğasından toz.

Yəqini təvəkkülə qarışdırıb yoğuran

Yazar kərəm əlilə: “Ruzu yalnız Tanrıdan”!65

Yəqin əhli nuş edər daşdan yumşaq hər nə var,

Nə quyruqda sülənər, nə çibintək qan sorar.

Tanrı yoluyla getsən, nə qəm ye, nə qüssə çək,

Evindən yavanlığın heç vaxt əskilməyəcək.

Tanrı qapısında ol, o hər kəsdən uludur,

Ruzunu ondan istə, ruzu verən də odur.

Kim içəri girdisə Tanrının qapısından,

Əliboş qayıtmadı səbəbsiz yerə, inan!

Yəqin əhli misilsiz, kamil – onlar, naşı – biz,

Biz onların ayağı, onlar bizim başımız!

Səccadənin ucunu təmiz suya salarlar,

Al-qırmızı şəraba bal dadı verər onlar.66

Sənə bircə günlük də möhlət vermirkən ömür,

On illik azuqəni israf nədən ötrüdür?

O gün ki, xəlq olundu bizim surətlərimiz,

Dərhal ayırd edildi dürlü qismətlərimiz.

O Tanrı süfrəsindən pay göndərilmiş sənə,

Onda veriləndi ki, indi çatır süfrənə.

Gecə-gündüz çabalar dolanmaq üçün hər kəs,

Öz qismətindən artıq, inan, heç nə yeyəməz!

Əzəldə söz verdiyin din uğrunda, get, çalış,

İşləməklə nə dövlət, nə də ruzu çoxalmış.

İstəsən ki, olasan hamıdan əziz insan,

Çalışmaq

Скачать книгу

60

Ovçunun elə bir cəld, yavuz sərt və çevik qaçan iti vardı ki, Günəş şüası belə ona çata bilməzdi, buna görə it işıq sürətinə nöqsan tutardı. Burada şair “ahu gereftən” mürəkkəb feilini ustalıqla oynadıb şairanə məcaz yaradır. Həmin feilin ilk mənası ahu tutmaq, digər mənası isə irad tutmaq deməkdir.

61

Arpa – ən kiçik çəki vahidi

62

Dirhəm – çəki vahidi 6 danka bərabərdir: Hər dank 2 karat, hər karat isə 4 arpa çəkisindədir.

63

Köhnə təbiblərin fikrincə, yağlı xörək ziyandır, səfraya gətirib çıxarır.

64

Beytin məzmunu Qurani-şərifin “ət-Təlaq” surəsinin 7-ci ayəsindən gəlmədir: Həyatda, insan varlığında hər bir qəmdən, kədərdən sonra fərəh və şadlıq gəlir.

65

Beytlərdə “yəqin” anlayışı fəlsəfi termin kimi işlədilib. Mənası əqidədə möhkəmlik, sabitqədəmlik, özünə inam və qüdrət deməkdir. Nizami haqqa inamında qətiyyətli olmağa çağırır.

66

Yəqin əhli misilsiz, kamil – onlar, naşı – biz. Yəqin əhli kamil insan simvoludur. Onlar Qurani-şərifin haram elan etdiyi şərabı içdikdə belə halallığı nuş edirlər, bu nemətə bal dadı gətirirlər. Çünki müstəqil şəxsiyyətə malikdirlər və nəyin halal, nəyin haram olduğunu bizdən yaxşı bilirlər.