Dünya tarixinin Turan Dövrü. Ələsgər Siyablı

Чтение книги онлайн.

Читать онлайн книгу Dünya tarixinin Turan Dövrü - Ələsgər Siyablı страница 5

Автор:
Жанр:
Серия:
Издательство:
Dünya tarixinin Turan Dövrü - Ələsgər Siyablı

Скачать книгу

vasitəsilə həyata keçirilir.

      XIX yüzilliyin ikinci yarısından etibarən Turan adı ari və sami olmayan bütün dilləri özündə birləşdirən bir termin kimi istifadə olunmağa başlandı. Məhşur ingilis alimi, tarixçisi və etnoloqu Baron M. Bunzen yazırdı ki, “Mən ilk dəfə 1847-ci ildə sami və ari olmayan dillərdə danışan xalqları Turan adı altında birləşdirməyə risk etdim”.

      Beləliklə, H. Rauilson qədim mixi yazı mətnlərinin yazıldığı dili Turan dili, Baron Bunzen isə bu dildə danışan xalqları Turan xalqları adlandırmışlar.

      1849-cu ildə Maks Müller Bunzenə yazdığı məktubda onun Turan dili və xalqı haqqındakı fikrini geniş təhlil etdi və dillər haqqında 1861-ci ildə irəli sürdüyü nəzəriyyəsində Turan dilini ari və sami dilləri ilə yanaşı bəşəriyyətin malik olduğu üçüncü bir dil ailəsi kimi müəyyən etdi. Maks Müller türk dilini Turan dilinin bir dialekti hesab edirdi və onun qrammatikasını tatar-türk qrammatikası adlandırırdı. O Turan dilini quzey və güney olmaqla iki qrupa ayırırdı. Quzey Turan qrupuna Ural-altay dillərini, Güney Turan qrupuna dravid dillərini, tamil, malay, tay və s. aid edirdi. (M. Müller. 1862, 198, 322)

      Turan öntürk dilinin yayılma arealından bəhs edən fransız tarixçisi F. Lenorman yazırdı: “Aqlütinativ ifadələrdən ibarət olan turan dilində qədim tarixi zamanlarda Mesopotamiyadan şərqdəki ərazilərdə Midiyada, Susda, Babil və Xaldeydə danışırdılar. Anarian (ari olmayan) adlanan bu dildə aşkar edilən çoxlu mixi yazılı abidələr ümimi kökə bağlı olub morfoloji eyniyyət təşkil edərək inkişaf baxımından iki qrupa ayrılırlar. Birinci qrupa Midiya-Sus dili daxildir, proto midiya dili arilərin işğalından sonra da fəaliyyətdə olan və hətta İranın Əhəmənilər sülaləsi hökmdarları tərəfindən sarayın rəsmi dəftərxana dili kimi müəyyən edilən Midiyanın arilərə qədərki dilidir. Sus və onun ətrafında bu dildə e. q. VIII–VII əsrlərə aid bir çox yazılı abidələr aşkar edilmişdir. Akkad və Sumer dilindəki idioqrammları biz birlikdə sumer-akkad adlandırsaq daha dəqiq olar. Bu dil turan dilinin ikinci qrupunu və ya xaldey qrupunu təşkil edir. Bu dil Babil və Xaldeyin qədim qeyri-sami xalqının dilidir. Akkad və ya sumer-akkad vahid bir dildir və özünü çox qədim dövrlərin birinci ali yazılı dili kimi də müəyyənləşdirərək çin dilində olduğu kimi kristallaşmış və aqlütinativ dilin ilk ibtidai fazasının qrammatikasını özündə əks etdirmişdir”. (Lenormant F. 1895, Səh. 364)

      Qədim İkiçayarası dillərin Turan-Altay dil ailəsini mənsubluğunu sübut edən başlıca dəlil Sumer dilinin də Altay dilləri kimi morfoloji baxımdan aqlütinativ yəni iltisaqi-bitişik quruluşa malik olması və lüğət tərkiblərində çoxsaylı eynimənalı sözlərin mövcud olması idi. Sumer mətnlərinin oxunuşu zamanı bu dilin lüğət tərkibində Altay dillərindəki sözlərlə məna baxımından eyniyyət təşkil edən yüzlərlə söz aşkar edildi. Sumer dili ilə müqayisə edilən heç bir dildə türk dillərində olduğu qədər eyni mənalı bənzər sözlər aşkar etmək bu günə qədər mümkün olmamışdır. Alman tarixçisi A. Unqnad yazır ki, sumerlilərin dili bir çox dillərlə müqayisə edilsə də, F. Hommelin bu dili türk dili ilə müqayisə edərək gəldiyi nəticə ən inandrıcı görünməkdədir. (A. Ungnad. 1923. Səh. 4)

      Sumer və qədim dünyanın ari və sami olmayan digər xalqlarının dilləri və mixi yazının mənşəyi haqqındakı Turan nəzəriyyəsi XIX yüzillikdə Avropanın elm aləmində uzun illər davam edən çox böyük mübahisələrə və siyasi dairələrdə müəyyən narahatçılığa səbəb olmuşdur.

      Türk tarixçi Prof. Yusif Ziya Özər yazırdı ki, Avropa bilim adamları ilkin mədəniyyətin turanlılar tərəfindən yaradılaraq sonradan bütün dünyaya yayıldığını açıq şəkildə etiraf etməkdən ehtiyat edirlər. Çünki bunu etiraf etdikləri təqdirdə ari irqinin keçmişinə böyük kölgə düşər və onların “bəşər mədəniyyətinin yaradıcıları” şöhrətinə zərbə vurulmuş olardı. Lakin bu çox yanlış təsəvvürdür, ona görə ki, arilərin əcdadı olan Ar tayfası da Tur tayfası kimi Türk boylarındandır. (Özer Yusif Ziya. 1932. Səh. 539)

      Osmanlı Türk imperiyası XIX əsrdə öncəki qüdrətinə malik olmasa da Avropa dövlətləri onu hələ də təhlükəli bir düşmən kimi görürdülər. Ona görə də Qədim İkiçayarası xalqlarının dilinin və onlırın yaratmış olduqları ilkin mədəniyyətin Altay xalqlarına məxsus olması haqqında Turan nəzəriyyəsi tərəfdarlarının bir çoxu bu xalqın məhz türklər olduqlarını söyləməyə siyasi səbəblərə görə ehtiyat edirdilər. Sultan Mehmet Fatih İstanbulu fəth edərkən Roma papasına və Fransa kralına göndərdiyi məktubda da bu şəhəri fəth etməsinə səbəb olaraq yunanlılardan Troyanın intiqamını almaq olduğunu göstərirdi. Bu məktub tarixi bir sənəd kimi Türklərin qədim turanlı öntürklərə məxsus olan ərazilərə iddialı olduqlarını göstəricisi idi. Avropa dövlətlərinin siyasi dairələri hesab edirdilər ki, arilər və samilər tarix səhnəsinə qədəm qoymadan öncə dünya mədəniyyətinin yaradıcılarının və onun ilk sakinlərinin türklərdən ibarət olduğunu etiraf etmək türklərin dünya ağalığı haqqındakı iddialarına siyasi cəhətdən haqq qazandırmış olar. Bu baxımdan da adları yuxarıda qeyd olunan bilim adamlarının bir çoxu ehtiyatlı tərpənərək sumerləri, akkadları, elamları, xattiləri, kassiləri, urartuluları, midiyalıları və digər xalqları mənşə etibarı ilə turanlı adlandırdıqları zaman birbaşa türkləri deyil turanlı finləri, monqolları və ya macarları nəzərdə tutduqlarını qeyd edirdilər. Çünki bu xalqlar böyük siyasi iddialara malik olmayıb Avropa üçün də hər hansı bir təhlükə törətmək gücündə deyildilər.

      Mixi yazının kəşf edilməsi və ümümiyyətlə İkiçayarası xalqlarının turani mənşəyə malik olması məsələsində ehtiyatlı olmağı bilim adamlarına tövsiyə edənlərdən biri Ernst Renan (1823–1892) idi. Məhşur fransız filosofu, tarixçi və dinşünası Renan təkcə elm aləmində deyil, Avropa siyasi dairələrində də önəmli nüfuza malik idi. Katolik dininin qatı təəssübkeşi olan Renan aryanizm nəzəriyyəsinin himayədarlarından biri, türk və islam əleyhdarı olmaqla yanaşı, antisemit kimi də ciddi tənqidlərə məruz qalmışdı.

      Turan nəzəriyyəsinin əsas tərəfdarlarından biri olan Y. Oppert, Ernst Renanın Turan xalqlarının adlarının müəyyən edilməsi məsələsində ona xəbərdarlıq etməsini şərh edərək yazırdı: “Mən onun (Renanın) anariyan (ari olmayan) mixi yazını kəşf edən Turan xalqlarının adlarının müəyyən edilməsi məsələsində son dərəcə ehtiyatlı olmaq haqqındakı fikrinə tamamilə şərikəm”. (J. Oppert. 1898. səh. 13)

      E. Renan Paris Asiya cəmiyyətinin 1868-ci il toplantisında mixi yazının kəşfinin turanlılara aid olması məsələsindən bəhs edərək demişdir: “Əgər biz sami və ari olmayanlar üçün Turan adını bir termin kimi qəbul etsək doğru bir ifadə işlətdiyimizə əmin olarıq. Lakin qəbul etmək lazımdır ki, Qədim Babil mədəniyyətinin bünövrəsini qoyanların fikrimizə görə yalnız dağıdıcılıqla məşğul olan və heç zaman özəl bir mədəniyyətə sahib olmayan Turanlı irqə mənsub macar, türk, finlərə aid edilməsi məsələsi bizi müəyyən mənada heyrətə salmaqdadır”. Renanın turanlı türklərə qarşı sərt mövqeyinə etiraz edən Lenorman yazırdı: “Mən düşünürəm ki, böyük elmi bilik təcrübəsinə malik olan Renanın Turan irqinə qarşı münasibəti çox sərtdir və bu irqi

Скачать книгу