Dünya tarixinin Turan Dövrü. Ələsgər Siyablı

Чтение книги онлайн.

Читать онлайн книгу Dünya tarixinin Turan Dövrü - Ələsgər Siyablı страница 7

Автор:
Жанр:
Серия:
Издательство:
Dünya tarixinin Turan Dövrü - Ələsgər Siyablı

Скачать книгу

Ədirnə şəhərində doğulan və uzun illər orada yaşayan Halevi qatı anti turanist və türk əleyhdarı idi. O bir filoloq kimi Ədirnədə və sonra Buxarestdə yəhudi və sami dillərindən dərs demişdi. Avropa elm aləmində də müəyyən nüfuza sahib olan Halevi Sionizm hərəkatının təşkilatçılarından biri idi və dünya ölkələrini gəzərək yəhudilərin xilası və birliyi uğrunda hərakata öncüllük edirdi. (Josef Halevy and tha “Sumerian Problem”, 1990. Səh. 12–13)

      Qədim şərq tarixi və dil bilimcisi F.Lenorman 1875-ci ildə Halevinin Turan nəzəriyyəsinə qarşı yazdığı məqaləsini kəskin tənqid edən “Xaldeyin qədim dili və ondakı turani ifadələr” adlı bir məqalə ilə cavab verdi və onun akkad adlandırdığı sumer dilini turani dillərlə müqayisə edərək bu dilin turani dil ailəsinə mənsub olduğunu linqvistik dəlillərlə sübut etdi. Sonrakı linqvistik tədqiqatlar da sübut etdi ki, kök etibarı ilə turani və Ön türk dili olan Sumer dilindəki sami mənşəli sözlər bu dilə yüz illər ərzində sami akkadlarla sıx ünsiyyətləri nəticəsində keçmişdir. (J. Halevi and the “Sumerian Problem”, səh. 14)

      Lenormanla yanaşı Y.Oppert və E.Şroder də Mesopotamiya xalqının və mədəniyyətinin yalnız sami mənşəli olması haqqında Halevinin irəli sürdüyü nəzəriyyəni kəskin tənqid etdilər. Arxeoloji qazıntılar nəticəsində aşkar edilən çoxsaylı mixi yazılı tabletlər Mesopotamiyada samilərdən öncə yayğın bir danışıq dilinin mövcud olduğunu sübut etdi və Halevinin tərəfdarı olan görkəmli alimlər F.Deliç və F.Turea-Danqen “akkadist”lərin tərəfinə keçdilər. Halevinin Lenormana qarşı kəskin dillə yazdığı “Akkad dili Turani dildirmi?” adlı cavab məqaləsi və turanlı öntürklər əleyhinə gətirdiyi qeyri-elmi dəlillər gələcəkdə Mesopotamiyanın qədim turani dilinin inkar edilməsi sayəsində türk əleyhdarlarının mühüm istinad mənbəyi oldu. (J. Halevi and the “Sumerian Problem”, 1990, Səh. 15)

      Halevinin sumer dili və Turan nəzəriyyəsi əleyhinə 1874-cü ildə “Journal Asiaticue” jurnalında dərc etdiyi “Babilin yalançı turanlıları haqqında tənqidi müşahidələr” adlı digər bir məqaləsində Sumer dilinin Turan dili olmadığını, turanlıların heç vaxt Mesopotamiyada yaşamadıqlarını, sumer dilinin bir danışıq dili olmayıb yalnız sami və assur dilini ifadə etmək üçün bir ideoqrafik işarələr sistemi olduğunu, mixi yazının sami xalqlar tərəfindən kəşfi olduğunu iddia edirdi. Halevi samilərin dünya mədəniyyət tarixində önəmli bir rola malik olmadıqları haqqında ariyanizm ideoloqlarının fikirlərinə qarşı da etiraz edirdi.

      Turan nəzəriyyəsinin böyük müdafiəçisi Y.Oppert özü alman əsilli aşkenaz yəhudisi idi və sefard əsilli bir yəhudi olan Halevinin türk əleyhdarı və sionist görüşlərini sərt tənqid edirdi. O, Halevinin bu məqaləsinə həmin jurnalın 1875-ci il nömrəsində elmi dəlillərə əsaslanan tutarlı bir məqalə ilə cavab verdi. O yazırdı ki, Halevi Susiana monarxlarının mətnlərindən xəbəri olmadığı üçün aşkar edilən 15 şəxs adına görə elamlıları samilər hesab edir. Lakin bu adların çoxunun qeyri sami mənası onun samilik maniyasının əleyhinədir. (J. Oppert, 1875, Səh. 442, 471)

      J.Kuper Halevi haqqında yazırdı: “Görkəmli assuroloq olan Halevi sumerlərin mixi yazının yaradıcıları olduqları tezisini qəbul etmirdi və sumer dilini danışıq dili deyil, dini mətnlərin yazıldığı ölü dil hesab edirdi. Özü sami irqinə mənsub bir yəhudi olan Halevi mixi yazı kimi dahiyanə bir kəşfin samilər tərəfindən deyil, hansısa başqa bir irqə mənsub xalq tərəfindən kəşf edildiyi ideyasını heç cür qəbul edə bilmirdi. O özünün qırx illik elmi fəaliyyətini sumerizmlə mübarizəyə həsr etdi”. (Cooper Jerold, Sumerian and Arian, 1993, Səh. 172)

      Halevinin Turan dili nəzəriyyəsinə və bu dilin daşıyıcıları olan turanlılara və sumerizmə qarşı hücumları bu nəzəriyyənin tərəfdarlarının sami dilinə və irqinə qarşılıqlı sayqısız ittihamlarına səbəb olurdu.

      Alman Assuriyaşünaslıq məktəbinin banisi E.Şrader yazırdı ki, samilər epik əsərlər yaratmaq qabiliyyətini Babilin turanlı xalqı ilə kontaktları nəticəsində əldə edə biliblər və öz yazı sistemlərini və miflərini onlardan öyrəniblər. Bibliya əfsanələrini dərindən araşdıran Şrader samilərin öz şəxsi imkanlarından istifadə edərək öz epik ənənələrini inkişaf etdirmək məsələsində aciz olduqlarını çox əminliklə iddia edirdi. Şraderin bu iddiasını Halevi çox acıqla qarşıladı. (Cooper Jrold, 1993, Səh. 180–181)

      Şrader samilərin İştar haqqındakı əfsanələrinin tamamilə sumerlərə məxsus olduğunu sübut edirdi.

      O, samilərin malik olduqları yazı sisteminin, mifalogiyanın, tanrılar panteonunun və digər mədəniyyət ünsürlərini Babilin sami olmayan xalqına məxsus olduğunu sübut etmişdir. O, Babilin şimalındakı babillilərin, finikiyalıların və ibranilərin və bütövlükdə samilərin yerli xalq olmayıb Ərəbistandan gələrək ölkənin şərqində və cənubunda yayıldıqlarını sübut edirdi. (Cooper Jerold, 1993, Səh. 182)

      Şrader deyirdi ki, ibrani yəhudilər ancaq Babilin sami olmayan xalqı ilə təmasdan sonra kəhanət qabiliyyətini mənimsəmişlər. Samilər mənimsədikləri təkallahlıq ideyasını Mesopotamiyanın cənubundakı turanlı xalqdan öyrənmişlər. Mixi yazı sistemini də Babilə Asiya yaylalarından gəlmiş qədim sakinlər kəşf etmişlər. Halevini xüsusən də özündən çıxaran məsələ Turanlılara samilərdən və digər insanlardan fərqli olan üstün keyfiyyətlərin şamil edilməsi idi. Lenormanın və Oppertin əsərlərində sumer dilinin və mifologiyasının və maqiya sisteminin turanlı xalqlarınkinə çox bənzədikləri sübut olunurdu. Halevi turanlı türkləri və macarları meşələrdən və çöllərdən gəlmə vəhşilər hesab edirdi. (Cooper Jerold, 1993, Səh. 182)

      Lenorman Halevinin sumer və akkadların turanlı mənşəyə malik olmasını inkar edən fikirlərinə münasibət bildirərək yazırdı ki, bəşər irqinin böyük bir qolunu təşkil edən Turan xalqının erkən Kaldidə (Xaldeydə) məskunlaşması faktı artıq sübut olunmuşdur. O sumer-akkad dilinin turani mənşəyə malik olmasını şərtləndirən beş əsas amil müəyyən etmişdi. (Lenormant F., 1877, Səh. 267)

      Müasir dövrdə bütün Assuroloqlar tərəfindən dəqiqliklə sübut olunmuş və qəti şəkildə ümumən qəbul edilmiş aşağıdakı dörd fundamental təkzibedilməz prinsip mövcuddur:

      1. Sumer və ya akkad dili mövcuddur və heç kəs bunu şübhə altına ala bilməz.

      2. Anarian adlanan qeyri ari dilli mixi yazı samilər gəlmədən öncə Dəclə və Fərat çayının aşağı axarlarında yaşayan bu xalq tərəfindən yaradılmışdır.

      3. Bu dil aqqlyutativ dildir və onun dühası və qrammatikası sami dilindən tamamilə fərqlidir.

      4. Bu dilin Midiyanın və Susiananın qeyri ari aqqlyutativ dilləri ilə qohumluğu mixi yazı mətnlərinin tədqiqi nəticəsində aydın olmuşdur. Bu dilin Turan və ya altay dil ailəsinə mənsubluğuna aid alimlərin verdikləri qərarı əks etdirən beşinci maddə də mövcuddur ki, bunun əleyhinə olanların dəlilləri bir o qədər də mükəmməl deyil. Mixi yazı sistemi Akkadın turan əhalisi tərəfindən kəşf edilmişdir və Xaldeyin akkad əhalisi assur dilindən öncə bu dildə danışırdılar.

Скачать книгу