Dünya tarixinin Turan Dövrü. Ələsgər Siyablı

Чтение книги онлайн.

Читать онлайн книгу Dünya tarixinin Turan Dövrü - Ələsgər Siyablı страница 9

Автор:
Жанр:
Серия:
Издательство:
Dünya tarixinin Turan Dövrü - Ələsgər Siyablı

Скачать книгу

təşkil etdiyi Turan irqini dünyanı ilk məskunlaşdıran və ilkin bəşər mədəniyyətinin əsasını qoyan irq kimi dəyərləndirir və dünyanın bir çox xalqlarını öz tərkibində birləşdirən müstəqil irq hesab edirlər.

      İrqi mənsubiyyət baxımından Turan və ya Turanid terminini bəşəriyyətin müstəqil irqi kimi ilk dəfə elmi ədəbiyyata XX əsrin əvvəllərində fransız antropoloqu Josef Denker gətirmişdir. Jozef Denker “İnsan irqləri” adlı əsərində Turan (Turanid) irqini xüsusi bir irq kimi tanımlayaraq saçlarının düz olmasını onların xüsusi əlamətlərindən biri hesab edir. Türklərin Turan irqinə mənsub olduqlarını qeyd edən J.Denkerə görə Türk dilində danışan və turanlı adlandırılan xalqlar Asiyanın yarısını, Şərqi Avropanın böyük hissəsini, Şimal Buzlu okeanının sahillərini, İran yaylasını, Mərkəzi Rusiya və Qafqazın böyük hissəsini əhatə edən ərazilərdə yaşayırlar. (Denker J. 1913, Səh. 293, 375)

      Alman antropoloqu Eqon Aykştedt bəşər irqlərinin tarixinə həsr olunmuş əsərində antropoloji baxımdan Avropalıları Turan və Alp irqi olmaqla iki qola bölür. Bəşəriyyəti Avropoid, Monqoloid və Neqroid olmaqla üç böyük irqə ayıran Aykştedt Turan (Turanid) irqini, Alp irqini, Aral irqini, Pamir irqini qohum irqlər hesab edir və bu irqlərin ümumi Avropa irqi altında birləşdirir. (Egon von Eikstedt. 1934, Səh. 134)

      Aykştedt də Denker və Haddon kimi Turan irqini türk və tatarlardan ibarət hesab edir. O, Turan irqini qısabaşlı antropoloji tipə aid olduğunu və Asiyanın böyük ərazisinə yayılmış olduğunu yazır.

      Turanlıların qafatasları orta dərəcədə geniş, yüksək və qısadır. Alınları olduqca yüksək və dikdir.

      Eykştedt bəzi müəlliflərin Asiya və Monqol irqlərini eyniləşdirmələrinə etiraz edərək Turan irqinin Asiyanın böyük hissəsinə yayılmış olduğunu yazır: “Türkistan və Ön Asiya Turanlılarını monqoloid kimi qəbul etmək yanlışdır. Müasir dövrdə artıq Turan irqi bütün bilim adamları tərəfindən Avropa irqinə daxil edilir. Turanlılarda rast gəlinən bəzi monqoloid izləri onların bəşəriyyətin ilkin dövrlərindən etibarən Avropoid və monqoloid irqlərinin sərhəddində yaşayıb, monqoloidlərlə bioloji təması nəticəsində meydana çıxmışdır. Antropoloji tip olaraq Turanlıların bədən quruluşu ümumu olaraq orta böyüklüyə malik olsalar da, ancaq zərifdirlər, sifətləri orta dərəcədə uzundur, güclü şəkildə düz buruna və güclü tük sıxlığına malikdirlər. Almacıq sümükləri zəif çıxıntılıdır, gözləri zəif dərəcədə qıyıqdır. Turanlıların qafatasları orta dərəcədə geniş, yüksək və qısadır. Alınları olduqca yüksək və dikdir”. (Egon von Eikstedt, 1934, Səh. 144, 170)

      Aykştatdın fikrinə görə turanlı öntürklər bu günki Turana yəni Türkistana yəqin ki, ən qədim zamanlarda şimal ərazilərindən gəlmişlər. Turan nordik irqinin ilkin vətənidir.

      Sibir turanlıların da mənsub olduğu Avropa irqinin ilkin vətənidir və sonrakı mədəniyyət mərkəzidir.

      Eykştadt Turanı, yəni cənubu Sibiri bəşəriyyətin dinamik inkişafının əsas hərəkətverici qüvvəsi hesab edir. “Turan irqi Sibirin qərbindən durmadan çöllər boyunca hərəkət edirdilər. Öz özlüyündə barışcıl və mədəniyyətsever olan Turanlılar və türklər bozkırın heyvandar köçəri turanlılarının təzyiqi ilə qərbə doğru köçlərə məruz qalarkən, Avropadakı nordik irqə mənsub avropalıları da yerlərindən edib batıya doğru köçlərinə səbəb olurdular”. (Egon von Eikstadt, 1934, Səh. 267)

      Tarım hövzəsi və Asiyanın yüksək ovalıqları qədimlərdə olduğu kimi bu gün də turanlıların yurdudur. Turan indiki Türkmənistan və Qazaxıstanın yerləşdiyi ərazidir. Turanlılar güneyə doğru hərəkət edərək İran və Anadolu üzərindən geniş ərazilərə çıxdılar burda tundrada olduğu kimi rütubətli şərait mövcud idi. Lakin sonradan Turanlılar burda protoaralıqdənizi insanları timsalında bir rəqiblə qarşılaşdılar. Turanlıların İran üzərindən qərbə doğru yürüşləri sonrakı tarixi dövrlərdə dəfələrlə təkraralandı. (Egon von Eikstadt, 1934, Səh. 280)

      “Dünya tarixi” əsərinin müəllifi ingilis assuroloqu və tarixçisi F.Smit bəşəriyyətin böyük bir hissəsini öz tərkibində birləşdirən Turan irqinin qədim dövrdə Qafqazın tarixi ilə sıx bağlı olduğunu və bu irqin Mərkəzi və doğu Asiya, Şimal Buzlu okeanına qədərki düzənliklərdə, Avropada və hətta Amerikada geniş yayıldığını yazmışdır. Turan irqi, tatar/türkləri, hunları, monqolları, uqrları, kalmıkları, Amerikanın eskimoslarını əhatə edir. Turan irqinə mənsub olan xaldeylər (sumerlər) mədəniyyətin ilkin yaradıcılarıdırlar. Smitin gəldiyi qənaətə görə Ari dilləri ümumi Turan dili ailəsi içərisində baş verən proseslər nəticəsində ayrılaraq formalaşmışdır. (Smith Philp, Vol. I, 1865, Səh. 65)

      İtalyanın görkəmli tarixçi və antropoloqu Françesko Molon liqurlara həsr olunmuş əsərində Turan irqinin tarixi coğrafiyasına da geniş yer vermişdir. Onun yazdığına görə Asiyanın böyük ərazisi bəşəriyyətin ikinci böyük hissəsini təşkil edən Turan irqinə məxsus idi. Buzluq erası sona çatdıqdan sonra Turan irqi ilk olaraq Ural dağları üzərindən batıya və güney-batıya doğru hərəkət edərək Avropaya gəlmişlər. Turanlılar ilk öncə Avropanın güney bölgələrinə doğru hərəkət etdikləri zamanı müxtəlif ərazilərdə dayanaraq məskən salmış və bir müddətdən sonra irəliləməyə davam etmişlər. Onlar ilk növbədə Aralıq dənizi hövzəsinə doğru yenmiş, Avropanın güney ərazilərində yerləşən İtaliyanı, İsveçrəni, Fransanın cənubunu və İspaniyanı məskunlaşdırmışlar. (Francesco Molon, 1880, Səh. 19)

      Molon turanlıların miqrasiyası haqqında yazır ki, Ural-altaylı Turanlıların Mərkəzi Asiyadan ikinci axını Kiçik Asiya üzərindən Babilə və sonra Dunayın aşağısından Alp regionuna oldu. Babilin xarabalıqlarında Assuriyalılardan öncə burda Ural-altay xalqlarının yerləşmiş olduqları haqqında çoxlu dəlillər mövcuddur. Babildə 3000 min il öncə aqlütinativ ural-altay dilində danışan xalqlardan qalma çoxlu abidələr mövcuddur. (Francesco Molon, 1880, Səh. 32)

      İngilis antropoloqu Oksford universitetinin professoru Con Beyker də özünün irqlərə həsr olunmuş “Rasa” adlı kitabında Turan irqini Avropa irqinə aid edir. (Joon R. Baker. 1974. Səh. 625)

      Rus antropoloqları Turan adına ehtiyatla yanaşaraq Turan irqi terminindən qərəzli şəkildə imtina edir və onu “Cənubi sibir” irqi termini ilə əvəz edərək sibirin monqoloid xalqları ilə yanaşı Qazax və Mərkəzi Asiya türk xalqlarını bu irqə aid edirlər.

      Macar antropoloqu A.Bartucz Turan irqinin ən başlıca tətqiqatçılarındandır. O bütün Türk xalqları ilə birlikdə macarları da bu irqə aid edir. Bartucz Turan irqini avropoid tipinə malik olduğunu və monqoloidliyin antropoloji əlamət şəklində türklərin bir qismində az da olsa sonradan meydana çıxdığını qeyd edir. O monqolları antropoloji tip olaraq Turan irqinə deyil, Sinid irqinə mənsub hesab edir. (Laslo Rasonyi. cilt 1, 2002, Səh. 494–498)

      Turanlı öntürklərə aid edilən ən önəmli nəzəriyyələrdən biri də Alp irqi nəzəriyyəsidir. Amerikanın görkəmli antropoloqu Nordik-ari irqi nəzəriyyəsinin banisi Madison Qrant Alp irqinin Asiya mənşəli olduğunu,

Скачать книгу