Dünya tarixinin Turan Dövrü. Ələsgər Siyablı
Чтение книги онлайн.
Читать онлайн книгу Dünya tarixinin Turan Dövrü - Ələsgər Siyablı страница 8
Lenorman sivil bəşəriyyətin dörd böyük qolunun ümumi vətəni dedikdə Zaqross dağ yaylalarını nəzərdə tuturdu.
Lenormanın fikrinə görə “Kastrenin nüfuzundan asılı olmayaraq o, öz vaxtsız ölümündən sonra tədqiqatlar nəticəsində aşkar edilmiş qədim tarixə dair faktlara deyil, öz vaxtındakı mövcud faktlara əsaslanırdı. Biz qafqazlı adından imtina edib ari adını qəbul etdiyimiz kimi Altaylı adı da Turanlı adı ilə əvəz olunmalıdır. Mən əminəm ki, Kastren sağ olsaydı o öz Altaylı nəzəriyyəsindən imtina edərdi”. (Lenormant F., 1875, Səh. 381)
Lenorman Kastrenin Ural-altay dil nəzəriyyəsinə qarşı çıxmaqda haqlı idi. Çünki sami və ari dilləri termini özündə bu dillərə mənsub olan konkret bir super etnosu ifadə etdiyi halda Ural-altay dili məfhumu qeyri müəyyən xarakterə malik olub ümumi coğrafi mahiyyət daşıyır və bu dil ailəsinin konkret bir super etnosa mənsubluğunu ifadə etmirdi.
Turan nəzəriyyəsinin ən böyük tərəfdarlarından biri də alman tarixçisi Frits Hommel idi. Öncələri Turan nəzəriyyəsinin əleyhdarı və qədim İkiçayarası mədəniyyətinin sami mənşəli olduğu ideyasını müdafiə edən Hommel sumerlərin yazılı abidələrini dərindən öyrəndikdən sonra bu nəzəriyyənin ən qatı müdafiəçisinə çevrildi. O sumerlərin etnik kök etibarı ilə və dil baxımından türklərlə qohumluğunu elmi linqvistik dəlillərlə sübut etdi. Sumer dilində məna və fonetik baxımdan türk dili ilə eyniyyət təşkil edən 350-dən çox söz müəyyən etdi.
Turan və altay dil ailəsi nəzəriyyəsini qəbul etməyən türk əleyhdarları, Avropasentrist mövqedən çıxış edən bəzi Avropa alimləri, xüsusən də ingilis Pritçard bu iki terminin yerinə heç bir anlam daşımayan, yunan dilində Allofon, “allos-fun” tərkibindən ibarət, yəni mənası “başqa səs, başqa dil” olan, daha doğrusu bizdən olmayan, başqa mənşəyə malik olan dil anlamı daşıyan, yeni bir termin ortaya atdı.
Bəşər tarixinin ilkin mədəniyyətinin köklərini özündə əks etdirən Ön Asiyada aşkar olunmuş mixi yazı mətnlərinin və İkiçayarası ölkələrinin qədim tarixinin öyrənilməsinin Türklərin qədim tarixinin araşdrılmasında böyük önəmə malik olduğunu dərk edən ulu Atatürk bu mövzuda yazılmış əsərlərin türk dilinə çevrilib təbliğ olunmasına böyük əhəmiyyət verirdi. Onun təklifi ilə bu sahədə mütəxəssis olan bir çox Avropa bilim adamları araşdırmalarını davam etdirmək üçün Türkiyəyə dəvət olunmuşdular. Atatürkün nəzarəti altında yazılmış və türklərin gerçək tarixini əks etdirən dərs kitabları 1931-1949-cu illər arasında türk məktəblərində əsas dərs vəsaiti kimi oxudulmuşdur.
Bu kitablarda türklərin Anadoludakı mövcudluq tarixinin Malazgirt savaşından çox öncələrə dayandığı sübut olunmuşdur. Sumer və Assur mədəniyyətlərinə aid olan mixi yazı lövhələrində Anadolunun ermənilərdən və yunanlılardan daha öncə türklər tərəfindən məskunlaşdrıldığı, öntürklərə məxsus Turukku və Turki uyqarlıqlarının varlığı, bəşər mədəniyyətinin ilkin yaradıcıları olan sumerlərin dilinin türk dili olduğu bu kitablarda elmi dəlillər əsaslaraq isbat olunmuşdur.
XVIII–XIX əsr və daha sonrakı dövrdə bir çox assuroloq, antropoloq, linqvist və tarixçilərin turanlı ön türk xalqını samilər və arilər tarix səhnəsinə qədəm qoymadan öncə dünyanın ən qədim sakinləri və bəşər mədəniyyətinin ilkin yaradıcıları olduqları haqqındakı fikirləri imperialist dairələri ciddi narahat edirdi. Türklərin qədim və orta əsrlər dünya tarixindəki üstün rolunu və malik olduqları aparıcı mövqeyi inkar etmək üçün imperialist güclərin göstərişi ilə İkinci Dünya müharibəsindən sonra “avropasentrist” adlanan mürtəce bir plan hazırlandı. Bu plana əsasən Sumerlərin və Ön Asiyanın digər qədim xalqlarının Türk mənşəli olmalarını inkar edən, Sak/iskitlərin və Mərkəzi Asiyanın Turan mədəniyyətinin ari mənşəli olduğu, Çingiz xanın Türk deyil monqol olduğu haqqında konsepsiyalar hazırlanmalı və çoxsaylı əsərlər dərc edilməlidir. Bu məqsədlə 1944-cü il avqustun 9-da Moskvada Kommunist partiyasının Mərkəzi komitəsinin guya türk respublikalarında siyasi və ideoloji işi yaxşılaşdırmaq və milliyətçilik təzahürlərinin qarşısını almaq məqsədilə xüsusi bir qətnamə qəbul etdi. Bu qətnaməyə əsasən Rəşidəddinin “Oğuznamə” əsərinin və çoxsaylı digər orta əsr müəlliflərinin əsərlərinin tərcüməsində türklərlə əlaqədar məlumatlar saxtalaşdırıldı. Türk xalqlarının “Ural batur”, “Manas”, “İdeqey”, “Dədə Qorqud” və s. kimi tarixi qəhrəmanlıq eposlarının dərc edilməsi və öyrənilməsi qadağan edildi. Türk xalqlarının qədim tarixinin öyrənilməsi məsələsindəki tabular Türkiyədən də yan keçmədi.
Sumer və Ön Asiyanın İmperialist ariçilik nəzəriyyəsini rəhbər tutan avropasentrizm konsepsiyası tarix elmində Atatürkün uyquladığı türk milliyətçiliyi ideyasını ortadan qaldırmağı özünün əsas məqsədlərindən birinə çevirmişdi. Təslimçilik mövqeyi sərgiləyən Türkiyə siyasi dairələri Atatürkün vəfatından sonra qərbin elmi və siyasi dairələrinin təzyiqinə tabe olaraq 1949-cu il 27 apreldə tarix kitablarından Atatürkün Türk milliyətçiliyi düşüncə sistemini qaldırmaq məqsədi ilə amerika elmi və siyasi dairələrini təmsil edən yəhudi əsilli amerika assuroloqu Vilyam Fulbraytın rəhbərliyi altında ABŞ-la sazişi imzaladılar. Bu sazişə görə Türkiyənin Avropaya inteqrasiyasının həyata keçməsinin başlıca şərtlərindən biri Türklərin öz tarixlərini Anadoludakı və Mesopotamiyadakı qədim mədəniyyətlərə bağlamaqdan imtina etmələri idi. Bu gün də Türkiyənin və bütövlükdə türk dünyasının tarixçi bilim adamlarının bir çoxu hələ də bu sazişə uyaraq Türk tarixinin şərhində avropamərkəzçilik konsepsiyanı rəhbər tutur, sumerləri qeyri türk, iskit-sakları və turanlıları irandilli kimi qələmə verən, Qafqazın və Anadolunun türkləşdrilməsini səlçuklularla əlaqələndirən konsepsiyanı müdafiə edirlər.
II fəsil
Turanlıların və Türklərin irqi mənsubiyyəti haqqında antropoloji nəzəriyyələr
Türklərin irqi mənsubiyyəti məsələsi yüz illər ərzində elmi müzakirələrin əsas mövzusuna çevrilmişdir.
Bəşəriyyəti antropoloji cəhətdən müxtəlif irqlərə bölən bilim adamları bu haqda çoxsaylı nəzəriyyələr irəli sürmüşlər. Bu antropoloji nəzəriyyələrdə türklərin bu və ya digər irqə mənsubluğu da geniş müzakirələrə səbəb olmuşdur. Bu baxımdan Türklərin Turan və Alp irqinə mənsubluğu haqqındakı nəzəriyyələr ən geniş şöhrət tapmış nəzəriyyələrdir. Bu nəzəriyyələr bilim adamlarının xəyal məhsulu olmayıb sami və ari irqlərinin tarix səhnəsinə qədəm qoymalarından öncə dünyanı məskunlaşdırmış ilk super etnos olan turanlı öntürklərin tarixi keçmişinə aid rəvayət və əfsanələrdə əks olunmuş mifoloji hekayətlərə və qəhrəmanlıq