Ceyn Eyr. Шарлотта Бронте

Чтение книги онлайн.

Читать онлайн книгу Ceyn Eyr - Шарлотта Бронте страница 2

Ceyn Eyr - Шарлотта Бронте Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

Onlar cəhənnəmə düşürlər.

      ‒ Ora düşməmək üçün neyləməlisən?

      ‒ Mən gərək o qədər sağlam olum ki, ölməyim.

      Söhbəti missis Rid davam etdirdi:

      ‒ Mister Broklhörst, əgər siz onu Lovud məktəbinə qəbul etsəniz, mən xahiş edərdim ki, qoy direktor və müəllimələr onu ciddi tərzdə nəzarət altında saxlasınlar və xüsusi olaraq onun ən böyük qüsuruna, yalan danışmağına diqqət yetirsinlər.

      Bəli, mənim missis Riddən qorxmağım, onu sevməməyim nahaq deyilmiş! Mister Broklhörstün mənə yalançı və inadkar uşaq kimi baxdığını hiss etdim.

      ‒ Missis Rid, bu qızın üzərində nəzarət qoyulacaq. Bu barədə mən miss Templ və müəllimlərlə danışaram.

      ‒ Onda, mister Broklhörst, mən onu imkan dairəsində tez göndərməyə çalışacam.

      ‒ Şübhəsiz, şübhəsiz, xanım! İndisə icazə verin mən gedim.

      ‒ Sağ olun, mister Broklhörst!

      Mister Broklhörst çıxıb getdi.

      Otaqda mənimlə missis Rid qaldıq. O, başını əlindəki tikmədən qaldırdı:

      ‒ İtil burdan uşaq otağına! ‒ mənə əmr etdi.

      Mən ayağa durdum, gəlib düz onunla üzbəüz dayandim:

      ‒ Mən yalançı deyiləm! Əgər yalançı olsaydım, deyərdim ki, sizi sevirəm. Amma mən bəyan edirəm: mən sizi sevmirəm. Mən sizə nifrət edirəm!

      ‒ Sən sözünü deyib qurtardın?

      Əsə-əsə davam etdim:

      ‒ Mən ölənə qədər sizə bibi deyə müraciət etməyəcəm! Mən böyüyəndə heç biri vədə sizə baş çəkməyə gəlməyəcəm. Sizin adınız gələndə mənim ürəyim bulanır və siz haqsızlıq göstərib mənimlə qəddarcasına rəftar edirsiz!

      ‒ Sən bunları necə cəsarət edib deyirsən, Ceyn Eyr?

      ‒ Necə? Çünki dediklərim həqiqətdir. Sizin məni necə kobud və güclə geri, qırmızı otağa itələyib saldığınızı, orada dustaq etdiyinizi heç vaxt unutmayacam.

      ‒ Səhv edirsən, Ceyn! Sənə nə olub? Niyə belə əsirsən? İstəyirsən, su verim?

      ‒ Xeyr, missis Rid!

      ‒ İnan mənə, səninlə dost olmağa hazıram.

      ‒ Xeyr, belə deyil. İndicə mister Broklhörstə mənim pis xasiyyətli və yalançı olduğumu söylədiz. Mən Lovudda hamıya sizin kim olduğunuzu və başıma nələr gətirdiyinizi danışacağam. Məni tez məktəbə göndərin, artıq burada qala bilmirəm.

      ‒ Hə, düzdür, onu yubanmadan məktəbə göndərmək lazımdır, ‒ missis Rid tələsik otaqdan çıxdı.

      Bu, həyatımda birinci ölüm-dirim mübarizəsi və birinci qələbəm oldu…

***

      Yanvarın 19-da səhər saat beşi vuran kimi Bessi əlində şam guşəmə daxil olanda məni geyimli vəziyyətdə dayanıb gözləyən gördü. Bu gün səhər saat altıda malikanənin yanından gəlib keçəcək dilicanla Geytshedi tərk edəcəkdim.

      Soyuq bir qış səhəriydi. Darvazaya doğru gedərkən üşütmədən dişlərim bir-birinə dəyirdi.

      Biz qarovulçunun komasına daxil olduq. Axşamdan bura gətirilən çamadanım qapı ağzında qoyulmuşdu. Altıya bir neçə dəqiqə qalırdı, saatın zəngi vuran kimi dilicanın gəldiyini xəbər verən təkər səsləri eşidildi.

      Dilican yaxınlaşıb darvazanın qarşısında dayandı. Çamadanımı yüklədilər, məni bərk-bərk qucaqlayıb öpüşlərə qərq edən Bessidən ayırdılar.

      Biz yola düşdük.

      Bu səfərim haqqında heç nə xatırlamıram. Mənə elə gəldi ki, mənzilə çatana qədər yüz mil, neçə yüz mil yol keçib-getdik. Gecə haradasa dayandıq. Dilicanın qapısı açıldı. Qapının yanında bir qadın durmuşdu.

      ‒ Burada Ceyn Eyr adında balaca qız varmı? ‒ soruşdu və mən cavab verdim:

      ‒ Bəli.

      Məni düşürtdülər, çamadanımı yerə qoydular, fayton yola düşdü.

      Qarşıda darvaza var idi. Mən təzə bələdçinin müşayiəti ilə bu darvazadan keçib içəri girdim. Biz yolla gedib bir evin girişinə çatdıq. Bələdçim məni dəhlizlə buxarı olan otağa apardı və burada tək qoyub getdi.

      Otağa əlində şam tutmuş bir qadın daxil oldu. Onun ardınca başqa qadın da gəldi.

      ‒ Belə bir səfərə çıxmaqdan ötrü bu qız hələ çox kiçikdir, ‒ əlində şam olan qadın dedi. ‒ Onu tez yatağa salmaq lazımdır. Görünür, çox yorulub. Sən yorulmusan? ‒ o sual verərək əlini çiynimə qoydu.

      ‒ Bir az, xanım.

      ‒ Həm də, yəqin ki, acsan. Yatmazdan əvvəl ona şam yeməyi düzəldin, miss Miller.

      Yorğunluq və həyəcandan iştaham tam yoxa çıxmışdı. İçimdə yanğı hiss etdiyimdən su töküb içdim, amma yeməyə əl vurmadım.

      Yorğunluqdan ayaq üstə güclə dururdum, yataq otağına gəldik, yerimə uzanan kimi yuxuya getdim.

      Gecə sürətlə gəlib-keçdi. Zəng səsinə oyandım. Həvəssiz ayağa qalxdım. Hamı yığışıb qoşa sıraya düzüldü, sonra pilləkənlə aşağı düşüb soyuq, zəif işıqlı sinif otağına daxil olduq. Miss Miller dua oxudu.

      ‒ Siniflər üzrə düzlən!

      Mən qızların dörd stol arxasında yarımdairə şəklində düzüldüyünü gördüm. Məni ən kiçik sinfə qatıb yarımdairənin sonunda oturtdular.

      Dərslər başladı. Əvvəl qısa dua, ardınca “Əhdi-cədid”dən mətnlər, bunun ardıncasa “Bibliya”dan ayrı-ayrı fəsillər oxundu. Sonra zəng çalındı. Qızlar sıraya düzülüb səhər yeməyi üçün o biri otağa keçdilər. Necə də sevindim! Aclıq məni əldən salmışdı, axı bütün bu müddət ərzində bir tikə də olsa çörək yeməmişdim!

      Yeməkdən sonra əmr verildi: “Bağçaya!” Mən də hamının ardınca gedərək təmiz havaya çıxdım.

      Giriş qapısının üzərindəki daş lövhədə yazılanları oxudum: “Lovud yetimxanası. Binanın bu hissəsi filanıncı ildə, filan qraflıqda Broklhörst-holldan olan Naomi Broklhörst tərəfindən bərpa edilmişdir”.

Скачать книгу