Ceyn Eyr. Шарлотта Бронте

Чтение книги онлайн.

Читать онлайн книгу Ceyn Eyr - Шарлотта Бронте страница 3

Ceyn Eyr - Шарлотта Бронте Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

yeni qaydalara çətin alışırdım. Onların öhdəsindən gələ bilməyəcəyimdən yaranan qorxu məni üzərimə düşən fiziki iztirablardan daha çox üzürdü.

      Yanvar, fevral və martın ortalarına qədər olan vaxt ərzində əvvəl çoxlu qar, yazqabağı isə yolların palçıqlı olması üzündən gəzintimiz bağa çıxmaqla məhdudlaşırdı. Əynimizdəki kasıb geyim bizi kəskin soyuqlardan qoruya bilmirdi. Yeməyin az olması bizi daha ümidsiz vəziyyətə salırdı.

      Qeyd etməliyəm ki, mister Broklhörst mənim Lovuda gəldiyim birinci ayı burada yox idi. Nəhayət, o peyda oldu. Missis Ridin ona mənim xasiyyətimlə bağlı dediyi sözləri çox yaxşı xatırlayırdım. Mister Broklhörstün mənim haqqımda verəcəyi məlumatdan sonra burada həmişəlik olaraq pis qız kimi damğalanacaqdım. İndisə budur, həmin adam artıq buradadır. Miss Templin yanında durub.

      Ən yaxşısı nəzərə çarpmamaq olduğunu qərara aldım. Yazı lövhəsini əlimdə elə tuturdum ki, üzüm görünməsin. Ola bilər, doğrudan da, məni görməyəcəkdilər, amma lövhə birdən əlimdən sürüşüb yerə düşdü və dəhşətli, xain şaqqıltı səsi otağa yayıldı. Bütün nəzərlər mənə sarı çevrildi. Gözlədiyim təhlükə yubanmadan başımın üzərini aldı.

      ‒ Nə ehtiyatsız qızdır! ‒ mister Broklhörst bildirdi. ‒ Hə, bu ki təzə qızdır. Bu qız haqqında bir neçə kəlmə deməliyəm. Lövhəni sındıran qız qabağa çıxsın.

      Miss Templsə nəvazişlə məni onun qarşısına apararkən sakitləşdirici tərzdə pıçıldadı:

      ‒ Qorxma, Ceyn, mən gördüm ki, sən bunu qəsdən eləmədin. Sənə cəza verilməyəcək.

      ‒ O stulu bura gətirin, ‒ mister Broklhörst hündür stulu göstərdi. Stul gətirildi. ‒ Bu qızı qoyun onun üstünə.

      Kimsə məni qaldırıb ayaq üstə stulun üstünə qoydu.

      Mister Broklhörst mənə baxdı:

      ‒ Mənim borcum sizi xəbərdar etməkdir. Bu qızdan ehtiyatlı olun, lazım gəlsə, onunla ünsiyyətdə olmayın, ondan uzaq durun. Sizsə, müəllimə, onu gözdən qoymayın, hər hərəkətini izləyin, hər sözünə diqqət edin, hər addımını araşdırın, çünki bu qız yalançıdır! Bütün bunları mən onun himayədarından, onu – yetim uşağı qızlığa götürən, ona öz qızı kimi tərbiyə verən şəfqətli və mərhəmətli xanımdan eşidib bildim. Xanımın xeyirxahlığı və alicənablığına cavab olaraq bu bədbəxt uşaq elə nankorluq etmişdi ki, ürəyiyumşaq xanım onu öz uşaqlarından ayırmağa məcbur olmuşdu. Qoy o, hələ yarım saat da stulun üstündə dayansın. Bu gün onunla heç kim danışmasın.

***

      Yarım saat hələ keçməmiş beş oldu, dərs qurtardı, məktəbli qızlar yeməkxanaya getdilər. Bu vaxt cürət edib stuldan düşdüm. Lovudda çox işlər görməyi arzulayırdım: özümə dostlar tapmaq, ətrafdakıların hörmətini və məhəbbətini qazanmaq! İndisə budur, mən ləyaqəti tapdalanmış, rüsvay olunmuş halda qalmışam!

      Ürəyimdən dəli bir ölüm istəyi keçdi. Bu zaman kimsə mənə yaxınlaşdı. Gələn miss Templ idi.

      ‒ Mən səni axtarıram, Ceyn Eyr, mən istəyirəm ki, sən mənim otağıma gələsən.

      Ayağa durub müəlliməmin ardınca getdim. Onun otağında buxarı gur yanır və burada ürəyi isidən bir rahatlıq vardı. Miss Templ kresloya oturub məni özünə tərəf çəkdi:

      ‒ Hə, nə oldu? Sən, nəhayət, sakit oldun?

      ‒ Qorxuram ki, heç vaxt sakit olmayacam.

      ‒ Nəyə görə?

      ‒ Ona görə ki məni haqsız yerə günahlandırırdılar, indi siz, miss Templ və burda olanların hamısı belə hesab edəcək ki, mən pis qızam.

      ‒ Sən özünü necə aparacaqsansa, mənim balam, biz də o cür hesab edəcəyik. İndisə de görək, mister Broklhörstün sənin himayədarın adlandırdığı qadın kimdir?

      ‒ Bu, missis Riddir, dayımın arvadı. Dayım öləndən sonra onun himayəsində qaldım.

      ‒ Deməli, o səni öz istəyi ilə qızlığa götürməyib?

      ‒ Xeyr, missis Templ, qulluqçulardan eşitmişdim ki, guya dayım ölüm ayağında mənə həmişə qayğı göstərəcəyi ilə bağlı onun vədini alıb.

      ‒ Qulaq as, Ceyn, nəyi xatırlayırsan, dəqiq-dürüst mənə danış, amma heç nə əlavə etmə və heç nəyi şişirtmə.

      Başıma gələnləri danışan zaman ürəkkeçmədən sonra mənə baş çəkən mister Lloydun adını çəkdim. Hiss edirdim ki, miss Templ mənə sona qədər inanır.

      Mən danışıb qurtardım. Miss Templ bir müddət susub mənə baxdı. Sonra dedi:

      ‒ Mənim mister Lloydla azca tanışlığım var. Ona yazaram. Əgər o sənin dediklərini təsdiq edərsə, hamının qarşısında ittihamlardan təmizlənəcəksən. Lakin sən mənim gözlərimdə artıq təmizsən, Ceyn.

      O məni öpdü. Yatmaq vaxtının yetişdiyini xəbər verən zəng çalındı. Miss Templ məni qucaqladı, bağrına basıb dedi:

      ‒ Allah köməyin olsun!

      Təxminən bir həftə sonra miss Templ mister Lloyddan öz məktubuna cavab aldı. Görünür, cavab məktubunda mənim sözlərim təsdiqlənirdi. Miss Templ bütün məktəbi yığıb elan etdi ki, o, Ceyn Eyrə qarşı irəli sürülən ittihamları cidd-cəhdlə yoxlayıb və yoxlanmadan sonra böyük məmnunluqla mənim tam bəraət qazandığımı hamının qarşısında bəyan edir. Müəllimələr məni dövrəyə aldılar. Hamı mənim əlimi sıxır və öpürdü, rəfiqələrim dayanan cərgədənsə sevinc dolu pıçıltılar eşidilirdi.

      Beləliklə, mənə işgəncə verən yük çiyinlərimdən götürüldü və bütün çətinlikləri dəf etmək qərarıyla yenidən var gücümlə işləməyə başladım. İndi mən bütün məhrumiyyətləri ilə birlikdə Lovudu Geytshedə dəyişməzdim.

***

      Amma məhrumiyyətlər, daha doğrusu, Lovud həyatının ağırlığı getdikcə azalmaq üzrəydi. Yaz gəlirdi, daha şaxtalar olmurdu, qar ərimişdi, kəsici küləklər yumşalırdı.

      Amma Lovudun yerləşdiyi meşə vadisi zəhərli dumanların və bu dumanlardan törənən xəstəliklərin beşiyiydi. İndi burada yatalaq baş qaldırmışdı. Bu arzuolunmaz qonaq bizim yetimxanaya da sürünüb daxil oldu. Səksən qızdan qırx beşi eyni vaxtda yatağa düşdü. Dərslər dayandırıldı, intizam qaydalarına əvvəlkindən az riayət olundu və hələ xəstələnməyənlər üçün belə bir məqamda sonsuz imkanlar açıldı. Həkim israr edirdi ki, hələ xəstəliyə tutulmayanlar sağlamlıqlarını qorumaqdan ötrü günün çox vaxtını açıq havada keçirməlidilər. Miss Templin bütün diqqət-qayğısı

Скачать книгу