Şerlok Homs və doktor Vatson. Артур Конан Дойл
Чтение книги онлайн.
Читать онлайн книгу Şerlok Homs və doktor Vatson - Артур Конан Дойл страница 5
Şerlok Holms mənə baxıb təəccüblə soruşdu:
– Nədən danışırsınız?
– Bu məqalədən, – çay qaşığı ilə jurnalı döyəcləyib ev sahibəsinin bir qədər əvvəl gətirdiyi qəhvəaltıya girişdim. – Altından qələmlə xətt çəkilibsə, deməli, onu siz də oxumusunuz. Pis yazılmayıb, buna sözüm yoxdur, lakin belə boş şeylər əsəblərimə toxunur. Görünür, məqalə müəllifi boşboğazın biridir və otağındakı rahat kresloya yayxanaraq belə cəfəng şeylər uydurmağı yaxşı bacarır! Onu hər hansı metro vaqonuna mindirmək, sonra da içəridəki sərnişinləri göstərərək “Hə, buyur tap görək bu adamların peşəsi nədir?” deyə soruşmaq lazımdır! Mərc qoşmağa hazıram, onun mülahizələri heç bir nəticə verməyəcək!
– Uduzarsınız, – Holms sakitcə dedi. Sonra isə eyni sakitliklə əlavə elədi: – Məqaləni mən yazmışam.
– Siz?!
– Bəli. Mənim müşahidə və analiz etmək bacarığım var. Oxuyub əsəbiləşdiyiniz məqalədə bəhs etdiyim və sizə fantastik görünən nəzəriyyə, əslində, həqiqətə çox yaxındır, hətta o qədər yaxındır ki, mən bir parça çörəyimi onun hesabına qazanıram.
– Başa düşmədim, – gözlərimi döyərək ev yoldaşıma baxdım.
– Mənim qeyri-adi peşəm var. Üstəlik, bu sahədə, demək olar, təkəm. Məsləhətçi-xəfiyyəyəm. Söhbətin nədən getdiyini, yəqin, başa düşdünüz, əlbəttə, əgər xəfiyyə işi barədə məlumatınız, azacıq təsəvvürünüz varsa! Londonda xəfiyyələr çoxdur. Onların bəziləri müstəqil, bəziləri isə dövlətə işləyirlər. Həmin xəfiyyələr hər dəfə dalana dirənən kimi mənim üstümə qaçırlar. Onlar işlərinin mahiyyəti ilə bağlı məlumat verirlər, mən də kriminalistikanı[11] yaxşı bildiyim üçün harada səhv etdiklərini onlara izah eləyirəm. Əslində, bütün cinayətlər eyni kökdən qaynaqlanır, odur ki bir işin üstünü açmaq üçün eyni zamanda minlərlə işin təfərrüatını beş barmağınız kimi bilməsəniz, nəticə çıxarmağınız möcüzə olardı. Cənab Lestreyd tanınmış xəfiyyədir. Bu yaxınlarda bir məsələdə ilişib qalmışdı, kömək üçün yanıma gəldi, mən isə məsləhətimi əsirgəmədim.
– Bəs başqaları?
– Çox vaxt onları yanıma müstəqil xəfiyyə agentliklərindən göndərirlər. Onların hamısının məsləhətə ehtiyacı var. Mən gələnləri dinləyirəm, məsləhətlərimi verirəm, sonra da qonorarımı alıb cibimə qoyuram.
Bu yerdə özümü saxlaya bilməyib soruşdum:
– Yəni demək istəyirsiniz ki, siz otağınızdan çıxmadan hansısa cinayətin üstünü açmaqda peşəkar olan adamlara bir-iki məsləhətlə kömək edə bilirsiniz?
– Bəli, – Holms sakitcə cavab verdi. – Bunda təəccüblü heç nə yoxdur. Mənim qeyri-adi intuisiyam var. Doğrudur, hərdən mənim də çarəsiz vəziyyətdə qaldığım işlər olur. Belə zamanlarda ayaqlarıma əziyyət vermək və evdən çıxmaq, bəzi şeyləri araşdırmaq məcburiyyətində qalıram. Bilirsiniz necədir, mənim hər situasiyaya uyğun xüsusi üsulum var və bu, işimi heyrət doğuracaq dərəcədə asanlaşdırır. Haqqında həqarətlə danışdığınız məqaləmdə irəli sürdüyüm nəzəriyyə də bu üsullardan biridir. Müşahidə qabiliyyəti mənim paralel həyatımdır. Deyəsən, ilk görüşümüzdə Əfqanıstandan gəldiyinizi söyləyərkən sizi yaman təəccübləndirmişdim.
– Məncə, bunu kimsə sizə demişdi…
– Qətiyyən. Bu müşahidəmin nəticəsində gəldiyim qənaət idi. Bəzən başqalarına əhəmiyyətsiz görünən bir detal mənə doğru nəticə çıxarmaq imkanı verir. Sizi ilk dəfə görərkən öz-özümə dedim: “Bu adam, böyük ehtimalla, həkimdir, lakin duruşundan hərbçiyə oxşayır. Deməli, hərbi həkimdir. Tropiklərdən təzəlikcə qayıdıb – sifəti qaralıb, ancaq bu onun dərsinin əsl rəngi deyil, çünki biləkləri ağdır. Əldən düşmüş görünüşü var – ya çox əziyyət çəkib, ya da ağır xəstəlik keçirib. Sol qolundan yaralanıb – çünki həmin qolunu, demək olar, hərəkət etdirmir. Hərəkət etdirərkən isə ağrı çəkir. İndiki vaxtda ingilis hərbi həkimlərinə daha çox harada ehtiyac var? Əlbəttə, Əfqanıstanda!” Bütün bu fikirlər beynimdən cəmi bir neçə saniyədə keçdi. Ona görə də Əfqanıstandan gəldiyinizi deyəndə sizi təəccübləndirdim.
– Maraqlıdır, – gülümsəyərək dedim. – Mənə Edqar Allan Ponun[12] qəhrəmanı Düpeni xatırladırsınız. Mən elə bilirdim, bu cür adamlar ancaq romanlarda olur.
Şerlok Holms qalxıb qəlyanını yandırdı.
– Yəqin, Düpenlə müqayisə edərkən mənə kompliment dediyinizi düşünürsünüz, – ev yoldaşım yenidən sözə başladı. – Məncə, sizin o Düpen çox dardüşüncəli adamdır. On beş dəqiqəlik sükutdan sonra həmsöhbətini “yeri gəlmişkən” ifadəsi ilə çaşdırmağa çalışmaq çox düşük fənddir. Lakin Ponun təqdim etmək istədiyi qədər olmasa belə, onun müəyyən analitik qabiliyyəti var.
– Qaborionun romanını oxumusunuz[13]? Necə bilirsiniz, həmin romanın qəhrəmanı Lekok əsl xəfiyyədir?
Şerlok Holms öncə kinayə ilə gülümsündü, sonra isə acıqla dedi:
– Lekok burnufırtıqlı miskindir. Zəhmətkeşdir, vəssalam. Başqa heç bir bacarığı yoxdur. Ümumiyyətlə isə, Qaborionun romanı ürəyimi bulandırır. Həbsxanaya salınmış cinayətkarın şəxsiyyətini müəyyən eləmək – problemə bax da! Mən bunu vur-tut iyirmi dörd saata bacarardım. Lekok isə budan ötrü, az qala, yarım il eşələnir. Qaborionun kitabını oxuyan kimsə heç vaxt xəfiyyələrlə işləmək istəməz.
Mən ev yoldaşımın sevimli ədəbi qəhrəmanlarımı özündənrazı halda aşağılamağa başladığını görüb əsəblərimi cilovlaya bilmədim. Pəncərəyə yaxınlaşıb arxamı Holmsa çevirərək küçəyə tamaşa etdim. “Yaxşı da, başa düşdük, ağıllı adamsan, – ürəyimdə dedim, – lakin bu qədər də yekəxanalıq olmaz!”
– İndi nə mürəkkəb cinayətlər baş verir, nə də gerçək canilər qalıb, – Holms deyinməyə başladı. – Nə qədər qabiliyyətli olursan ol, bizim peşəmizdə buna dəyər verən yoxdur. Başa düşürəm, hər bir halda şöhrət qazana bilərəm. Dünyada xəfiyyəçilik sarıdan mənim qədər bacarıqlı, çalışqan adam yoxdur və olmayıb. Lakin nə olsun? Üzərində çox baş sındırmalı cinayət yoxdur. Uzaqbaşı hansısa dələduzluq, fırıldaqçılıqla qarşılaşıram. Bunları elə Skotlənd-Yardın[14]
11
12
13
Dünyanın ilk detektiv müəlliflərindən sayılan fransız yazıçısı Emil Qaborionun 1866-cı ildə çıxan “Dul qadın Lerujun işi” romanı nəzərdə tutulur.
14