Şerlok Homs və doktor Vatson. Артур Конан Дойл

Чтение книги онлайн.

Читать онлайн книгу Şerlok Homs və doktor Vatson - Артур Конан Дойл страница 8

Şerlok Homs və doktor Vatson - Артур Конан Дойл Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

meyitin yanındakı başqa adamın qanıdır. Əgər bu naməlum kişi öz əcəli ilə ölməyibsə, yəni öldürülübsə, çox güman ki, qan qatilə aiddir. Bu hadisə vaxtilə Utrextdə baş vermiş bir hadisəni, Van Yansenin ölümünü yadıma saldı. Həmin işi xatırlayırsınız?

      – Yox, cənab.

      – Kriminal xronikaları oxuyun, həm də çox oxuyun, düz sözümdür, oxumağa dəyər. Nə isə… Demək istəyirəm ki, əvvəl də belə cinayətlər olub. Bir sözlə, tanış üsuldur.

      Mən Holmsun dediklərindən heç nə anlamadım. Onun barmaqları fasiləsiz olaraq cəsəd üzərində gəzişir, meyitə bəzən astaca, bəzən də bərk toxunurdu. Həmin vaxt ev yoldaşımın gözlərindəki ifadəsizlik isə artıq mənə tanış idi…

      Nəhayət, Holms burnunu cəsədin dodaqlarına yaxınlaşdırıb qoxuladı, sonra onun laklı ayaqqabılarının altlığını gözdən keçirdi.

      – Cəsədi yerindən tərpətməmisiniz ki? – o, üzünü digər iki xəfiyyəyə tutub soruşdu.

      – Yox, – Qreqsonla Lestreyd cavab verdilər.

      – Meyiti morqa göndərə bilərsiniz, – Holms dedi. – Daha baxmalı bir şey qalmadı.

      Əlində xərək olan dörd nəfər otağın qapısı ağzında hazır dayanmışdı. Qreqson onları çağırdı, adamlar cəsədi xərəyə qoydular. Bu zaman bir üzük döşəməyə düşüb dığırlandı. Lestreyd üzüyü götürüb baxdı.

      – Burada qadın olub! – o, qəfildən və heyrətlə çığırdı. – Bu ki qadın nişan üzüyüdür…

      Lestreyd sözünü bitirdikdən sonra üzüyü bizə tərəf uzatdı. Çox güman ki, bu qızıl üzük bir vaxtlar təzə evlənən gəlinin barmağını bəzəmişdi. Qreqson dedi:

      – Əcəb işdir! Lap tapmacaya bənzəyir.

      Holms etiraz etdi:

      – Bəlkə, bu üzük hər şeyi asanlaşdıracaq? Cəsədin cibindən nəsə tapılıb?

      – Hər şey buradadır, – Qreqson belə deyib bir kənara yığılmış şeyləri göstərərək bir-bir sadalamağa başladı. – Londonun “Baro” firması tərəfindən istehsal olunan 97163 nömrəli qızıl saat. Qızıl zəncir. Üzərində mason emblemi olan başqa bir qızıl üzük. Qızıl sancaq – yaqut gözlü buldoq başı. Vizit kartları və başqa sənədləri yığmaq üçün kisəcik. Kartların üzərində yazılıb: Enox C.Drebber, Klivlend. Yeri gəlmişkən, bu, mərhumun alt paltarındakı E.C.D. nişanı ilə uyğun gəlir. Pulqabı yoxdur, lakin cibindən 7 funt 13 şillinq çıxıb. Bir də, Bokkaççonun[18] cib kitabı formasında çap edilmiş “Dekameron” əsəri. Kitabın titul vərəqinə “Cozef Stencersona” yazılıb. İki məktub da tapılıb. Biri C.Drebberə, digəri isə Cozef Stencersona ünvanlanıb.

      – Ünvan göstərilib?

      – Strend, Amerika birjası… Hər iki məktub “Qiyon” gəmiçilik şirkətindən göndərilib və gəmilərin Leverpuldan yola düşəcəyi vaxt yazılıb. Görünür, bu bədbəxt Nyu-Yorka qayıtmağa hazırlaşırmış.

      – Stencersonun şəxsiyyətini müəyyən eləməyə başlamısınız?

      – Bəli, cənab. Bütün qəzetlərə elan göndərmişəm. Adamlarımdan biri isə Amerika birjasına gedib, lakin hələ qayıtmayıb.

      – Klivlendə sorğu göndərmisiniz?

      – Səhər teleqram yollamışıq.

      – Teleqramda nə yazmısınız?

      – Stencersonla bağlı məlumat göndərməklərini xahiş etmişik.

      – Başqa heç nə? Sizcə, Drebber barədə öyrənməyə gərək yoxdur?

      – Vacib bildiyim hər şeyi soruşmuşam, – Qreqson incik tonla cavab verdi.

      Şerlok Holms gülümsədi. Nəsə demək istədi, bu vaxt bayaqdan bəri diqqətlə otağı gözdən keçirən Lestreyd özündənrazı halda, əllərini bir-birinə sürtərək danışmağa başladı:

      – Cənab Qreqson, elə indicə mühüm bir şey kəşf eləmişəm! Divarları yaxşıca nəzərdən keçirmək fikri ağlıma gəlməsəydi, yəqin ki, heç nə öyrənə bilməzdik!

      Mən fikir verdim ki, Lestreydin gözləri parıldayır. Deyəsən, Qreqsondan cəld tərpəndiyi üçün ürəyində bayram edirdi.

      – Buraya buyurun, – Lestreyd bunu deyib bizi divarlardan birinin qarşısına apardı. – Burada dayanın!

      O daha sonra kibrit çöpünü alışdırdı və divara yaxınlaşdırdı.

      – Baxın! – Lestreyd yenidən təntənə ilə dedi və divar kağızının qopduğu yerdəki suvaq yerini göstərdi. Orada qanla “Rache” yazılmışdı.

      Lestreyd tamaşaçı qarşısına çıxmış şoumen kimi lovğalanaraq sözlərinə davam etdi:

      – Gördünüz? Qatil hər kimdirsə, bunu öz qanı ilə yazıb. Hətta qan divardan aşağı süzülüb. Döşəmədə də qan ləkəsi var. Qatil nəyə görə buranı seçib, indi onu da deyərəm. Sobanın üstündəki şama baxın. Şübhə eləmirəm ki, həmin şam yanarkən daha çox buranı işıqlandırırmış.

      Qreqson etinasızlıqla soruşdu:

      – Yaxşı, bəs bu yazının mənası nədir?

      – Mənası? İndi deyərəm. Qatil divara qadın adı olan “Reçel” yazmaq istəyib, lakin nəyə görəsə tamamlamağa imkan tapmayıb. Yəqin, kimsə və ya nəsə mane olub. Sözlərimi unutmayın: əvvəl-axır bu işdə Reçel adlı qadının əli olduğu üzə çıxacaq. Nə qədər istəyirsiniz gülün, cənab Şerlok Holms, ancaq mən buna adım kimi əminəm. Doğrudur, siz ağıllı və savadlı adamsınız, ancaq qoca xəfiyyə Lestreyd, hər halda, sizdən bir neçə addım qabaqdadır!

      Kinayəli təbəssümü ilə balacaboy adamı qəzəbləndirən Holms dedi:

      – Üzr istəyirəm, cənab Lestreyd. Əlbəttə, bu tapıntıya görə sizə təşəkkür etmək lazımdır. Lakin mən hələ otağı gözdən keçirməyə imkan tapmamışam, icazənizlə oraya indi baxmaq istəyirəm.

      Bunu dedikdən sonra Holms cibindən ruletka[19] və iri, girdə lupa çıxarıb otağın hər tərəfini yaxşıca gözdən keçirməyə başladı. O gah ayaq üstə dayanır, gah da dizi üstə çökürdü. Hətta bir dəfə döşəməyə sərilib bir neçə dəqiqə künc-bucağa baxdı. Holms bütün diqqətini öz işinə cəmlədiyindən bizim otaqda olduğumuzu belə unutmuşdu. Biz hərdən onun donquldandığını, gah təəssüflə, gah

Скачать книгу


<p>18</p>

Covanni Bokkaçço (1313–1375) – italiyalı yazıçı və şair. "Dekameron" romanı ilə məşhurdur.

<p>19</p>

Ruletka – burada: fırlanan oxa sarınmış ensiz metal lentdən ibarət uzunluq ölçü aləti