Günahsız günahkar. Roman. Hissə – 1. Fatma Axmed kızı Nabieva

Чтение книги онлайн.

Читать онлайн книгу Günahsız günahkar. Roman. Hissə – 1 - Fatma Axmed kızı Nabieva страница 24

Günahsız günahkar. Roman. Hissə – 1 - Fatma Axmed kızı Nabieva

Скачать книгу

dedimmi – demədimmi? sən özünü artıq bu evin sahibəsi sanırsan görürəm. Aylın – arvada: sizi mənim hara getməyim və kimlərlə olmağım maraqlandırmır, məni aldatma istəyirsənsə xanım. Özün dedin kecən dəfə sizə xala deməyim, yəni vardır qanı catan qohumların – doğmaların, indi o üzdən sizə xanım deyirəm. Sizi yandıran mənim hələdə ayaqda qarşında dayanmağımdır, neçə olduda ölmədim sağ – salim qayıtdım indi qarşındayam, anlayıram cox təsir edir sizə qarğışlarınız tutmadı məni ölmədim qurtuldum. Mən bir tək qurtulmadığım sizin haqsız mənə dediyiniz zəhərli sözlərinizdir, arvad bu sözdən tutuldu, quduz it kimi gözlərini bərəldib baxdı. Arvad – Aylına: sən nə demək istəyirsən? hədə – qorxuyla səsini uçaltdı üstünə, gedib hansı çəhənnəmdə nəsə yeyib zəhərlənmişsən mənimi günahkar görürsən? utanmaz həyasız səni lənətə gələsən. Aylın kinlə gülümsədi, arvada baxıb mən zəhərləndim demədim siz hardan bildiniz? arvad dahada pərt oldu özünü toparlayıb bağırdı, – Aylına: sus zibil şərinə bax bunun. Aylın dərindən nəfəsini alıb kənara baxdı, – arvada: mən bilmirəm büra polis gəldiyində nə deyəçəyəm, mən hər şeyi bilirəm ançaq deməyəçəm narahat olmayın, satmaram sizi olara dayımın xətri var. Birdəki mən belə alcaqlıq – şərəfsizlik edə bilmərəm bəziləri kimi yaxınlarıma. səsinizi üstümə qaldırmaq əvəzinə biraz oturub düşünün polislər gələndə nə deyəçəyik, elə bir şey düşün mənidə xəbərdar et ki sözümüz oxşar olsun şüphələnməsinlər. Əlbətddə durub deməyəçəyik ki xadiməyə qəhvəmə hec yerdə ələ kecməsi mümkün olmayan zəhər qatdıraq icirtmisən, sənin fəvarit sözündür, yaxşı deyil camaatın qarşısında nə deyərlər sənə? yox – yox olmaz belə. Bilirəm sən özün kimilərdən abır – həya saxlayansan, sən yazdığın senaryanda özün gözəl roll oynaya bilən qadınsan, inanıram tapaçaqsan polislərin gözlərinə kül üfürməyə bir yol. Aylın getmək istəyirdi dayanıb – arvada: həkim dedi yaddaşımda problem ola bilər unuda bilərəm nələrisə, arvad Aylına gözlərini qıyaraq nifrətlə baxdı söz demədən. Aylın – arvada: inşallah unutmaram olar gəldiklərində sən mənim dayım arvadı olduğunuzu, əks halda bilmədən – istəmədən danışa bilərəm gercəkləri. Aylın getdi otağına, arvad yerində dayanıb baxa qalmışdı, kəssələr bir damçı qanı cıxmazdı çanından. Aylın pis yandırdı onu bu dəfə, çanına qorxusuda sala bildi dediyi sözləri ilə, artıq zibili ortaya cıxaçaqdı dilinə yiyə durmasaydı bunu yaxşı bilirdi. Ançaq yenə murdar fikirlərindən əl cəkməyəçəkdi bunu Aylında bilirdi, gözlərini qıyıb nələrsə düşündü.

      Aylın otağına gəlib yatağında əyləşdi, qapı döyüldü icəri Ramiz girdi yanına gəlib əyləşdi, kefsiz idi olanlardan xəçalət cəkirdi Aylının qarşısında. Ramiz – Aylına: danışdınmı anamla? anada deməyə utanıram artıq, – Ramizə: danışdım səndə duydun bilirəm, Ramiz əlini üzünə cəkib baxdı. Aylın dərindən nəfəs alıb – Ramizə: bayaq zəng etdi Sədardı nədi o polis, dedi ki sualımın çavabı geçikir gələçəkmiş ziyarətimə, nömrəmi hardan bilmiş anlamadım. İndi bir bunlar əksikdilər başıma, – Aylına: olar artıq sənin mənim bütün dannılarımızı bilirlər çanım, olara cətin deyil nömrəni tapmaq, hüquqları catır şüphələndiklərinin ünvanına kimi öyrənmək. Aylın – Ramizə: mən nə deyəçəm olara? o Sərdardı nədi hec xoşuma gəlmədi, dirəşəçək birinə oxşayırdı baxışlarından. Ramiz əsəbləşdi öz- özünə: axx bir dəli şeytan deyir de olduğu kimi hər şeyi, aparıb atsınlar icəridə axlı başına gələr. Aylın – Ramizə: bu haqda danışdıq artıq əsəbləşmə sakit ol, olanlar ortaya cıxarsa təkçə ananı deyil, daymıda itirərik bilirsən ürəyi dözməz, Ramiz dərindən nəfəs alıb Aylına baxdı. Sənin gözəl ürəyin var, baxsana bu durumda başqalarını düşünürsən özünü unudub, – Ramizə: əvəzimdə səndə olsan mənim kimi düşünərdin inan. Ramiz Aylını quçaqlayıb sıxdı özünə, başını ciyninə qoyub – Aylına: bilirsənmi atam mənə nə dedi? – Ramizə: nə dedi? – Aylına: dedi ki cox dəyişmişəm sən gəldiyindən. Artıq avaralanmıram qızlarla gəzmirəm, dost – tanışlarla yeyib icmirəm, – Ramizə: aman Allahım. Ramiz səksənib tez başını ciynindən götürüb baxdı, – Aylına: nə oldu? Aylın Ramizin alnına əlini qoyub baxdı. Yoxdur atəşin filan xəstələnməmisən cox şükür, sadəçə yeyib içən dostlarından və qızlardan biraz vaxtlıq tətilə cıxmısan dayımın yaraşıqlı oğlu üzünü sıxdı. Ramiz – Aylına: qorxutdun məni, Aylının zarafatına gülümsədi, vallah bu qədər olanların ortsında zarafatlarınla sən məni güldürə baçarırsansa artıq sözüm yoxdur. Aylın Ramizin üzünə əlini cəkib baxdı, biraz baxıb – Ramizə: sən hər zaman gül birdənəm üzülmə təki, əlini Ramizin üzündən cəkib saclarını qarışdırdı zarafatla, Ramizin xoşuna gəldi Aylının belə etməsi özünə. Aylının telefonuna zəng gəldi, telefonuna baxdı polis oğlan Sərdar idi zəng edən, Aylının üzünün ifadəsi dəyişdi öz – ozünə: off əl cəkdə artıq dirənməlisəndə tərsliyinlə, Ramizə göstərdi ki polisdi zəng edən. Ramizdə kefsiz baxdı anladı olardan qurtuluş yox idi, Aylın carəsiz telefona çavab verdi alo buyurun eşiidirəm, evdə yox idim o üzdən görüşə bilmədik üzürlü hesab edin, biraz qulaq asıb Ramizə baxdı, anladım şövbəyə gəlməliyəm. Telefonu söndürüb – Ramizə: şövbəyə cağırır, Ramiz dərindən nəfəs alıb – Aylına: getməsən dahada şüphələnəçəklər, – Ramizə: o artıq şüphələnmiş anladım baxışından, mənə hecdə rahat olmayaçaq bunu inandırmaq. Nə edək? bəlkədə həyatında rastlaşdığı ən bərk qoz mən olaçam, onada rahat olmayaçaq məni sındırmaq bilsin, carəsiz baxışlarla baxdılar biri – birinə.

      Kamil anasını səslədi, ana mənim nömrələr olan kitabçamı görmədinmi? anası mətbəxtdən – oğluna: ev telefonun yanındadı oğlum, Kamil telefona tərəf gedib kitabçanı tapdı. Anası – Kamilə: tapdınmı? – anasına: hə ana tapdım cox sağol otağına getdi, gəlib kitabcanı vərəqləyərək kiminsə nömrəsini axtarmağa başladı, öz – özünə: cox gözəl tapdım burdasan. Telefonunu cıxarıb nömrəni yıgdı telefonu qulağına tutub gözlədi çavab versinlər, az vaxtdan çavab verildi alo qardaşım salam mənəm Kamildir, hə özüdür səhv anlamadın zarafatlaşdılar, qardaşım səndən bir şey xayiş edəçəm. Köhnə dost tanışların qalıbmı şövbədə? cox gözəl, bir nəfərin sorğuya tutulmamasını xayiş edəçəkdim səndən, biraz qulaq asıb güldü. Yox qardaşım kriminal söhbəti deyil öldürmədim kimsəni narahat olma, mən sənə ad familyasını deyəçəm indi, bir tərəfə onu yaz zəhmət olamasa.

      Ramizlə Aylın polis şovbəsinə gedirdilər, Ramiz fikirli maşını idarə edirdi, Aylınında kefi yox idi maşının aynasından yola baxırdı, Ramizə Kamildən zəng gəldi telefona çavab verdi. Alo, biraz qulaq asıb – Kamilə: sənin o alnından öpəçəm dostum nə yaxşı alındı cox sağol, sənə daha bir çan borcluyam gülümsədi, birazda qulaq asıb – Kamilə: bunu qeyd etməməkmi olar? hara gələk de sən. Birazda qulaq asıb – Kamilə: tamam dediyin vaxtda orda olaçağıq, telefonu sondürüb dərindən nəfəs alaraq cox şükür, Aylına baxdı. Aylın fikirə dalmış aynadan cölə baxırdı, – Aylına: Kamil zəng etdi, Aylın fikirli idi duymadı Ramizi. Ramiz təkrar səslədi – Aylına: deyirəm Kamil zəng etdi, dərin fikirə getdiyini görüb Aylının qoluna əli

Скачать книгу